İQTİSADİYYAT
“Emissiyanın sıfıra enməsində startapların artan rolu” mövzusunda müzakirə aparılıb
Bakı, 28 iyun, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin tərəfdaşı olduğu Bakı İnvestisiya Günü (Baku ID) tədbirinin ikinci günü “Emissiyanın sıfıra enməsində startapların artan rolu” paneli baş tutub.
AZƏRTAC xəbər verir ki, 4SİM-in icraçı direktoru Fariz Cəfərov paneldə spiker qismində çıxış edib. O, Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi yolu ilə sənayedə səmərəlilyə nail olunması və emissiyaların azaldılması imkanları barədə danışıb. 4SİM-in icra etdiyi “4Sİ Akademiyası” layihəsi və onun ölkədə rəqəmsal bilik və bacarıqların inkişafında önəmi qeyd olunub.
Festival çərçivəsində iştirakçılar 4SİM stendinə yaxınlaşaraq “4Sİ Akademiyası”nın təklif etdiyi “Coursera” platformasında təklif olunan kurslardan ödənişsiz yararlanmaq üçün kuponlar qazanıblar.
Qeyd edək ki, AZƏRTAC “Baku ID” tədbirinin media tərəfdaşı olaraq informasiya dəstəyi göstərir.