Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xanım Əziz: Hamı kimi olmaq məcburiyyətində deyilsən, özəlliyini tapmalısan!

Xanım Əziz: Hamı kimi olmaq məcburiyyətində deyilsən, özəlliyini tapmalısan!

Bakı, 28 iyun, Anara Axundova, AZƏRTAC

AZƏRTAC Azərbaycanın məşhur blogerləri ilə müsahibələr silsiləsini davam etdirir. Növbəti həmsöhbətimiz talış ləhcəsində danışan, ətrafdakı hər şeyi parlaq tənqidi üslubu ilə şərh edən lənkəranlı “Şoşu nənə” kimi tanınan Xanım Əzizdir. O, bu və digər obrazların necə yarandığından danışıb və blogerlərin gələcəyini müzakirə edib.

- Gəlin əvvəldən başlayaq, bloqunuz nədən başladı?

- Bloq yaranmağa başlayandan, bloger olmaq fikrim yox idi. Mən bundan tamamilə uzaq idim. Məncə, bütün məsələ bundadır. Biz xaricdə yaşayırdıq - əvvəlcə, ABŞ-da, sonra Gürcüstanda. 2019-cu ilin sonunda Bakıya qayıtdıq və dərhal pandemiya başladı. Mən evdən işləyirdim - HR ilə məşğul oldum. Bir illik müqaviləm var idi və onun müddəti bitəndə başa düşdüm ki, bu il - hamı üçün çətin bir ildə gördüyüm işdən heç həzz almadım. Anladım ki, sərbəst olmaq istəyirəm. Mən həyat yoldaşımla danışdım və bu barədə ona bəhs etdim. Həyat yoldaşım mənə bir növ biznes açmağı təklif etdi. Deyirdi ki, mən bunu yaxşı edəcəyəm. O, mənə inanırdı. Düşündüm ki, sınaya bilərəm, lakin hər şeyi götür-qoy etməli idim. O vaxta qədər biz artıq bir ilə yaxın idi ki, Azərbaycanda yaşayırdıq. Gördüm ki, Azərbaycanda hər şey instaqram vasitəsilə edilir. Anladım ki, hansı biznesə başlasam, istənilən halda instaqram səhifəsi açmalıyam. Hansı bizneslə məşğul olacağımı hələ düşünməmişdim. 2021-ci ilin mart ayının ortaları idi. Səhifə açdım, oturmuşam və bunun nə olduğunu, hansı sahədən bəhs edəcəyini və necə adlanacağını da bilmirəm. Düşündüm ki, onu belə də adlandırım: “about nothing” (“heç nə haqqında” – müəllifin qeydi). Qoy insanlar dərhal bilsinlər ki, söhbət heç nədən gedir (Gülür). Sonda düşündüm ki, orada faydalı bir şey göstərməliyəm. Qərara gəldim ki, 11 il xaricdə yaşayan və indi Azərbaycana qayıdan bir ailənin mədəni reinteqrasiyasını göstərim. Mən sadəcə olaraq hara getdiyimizi, nə etdiyimizi göstərirdim - pandemiyadan dərhal sonra hər yer açılmağa başladı.

- Bəs sizin yumoristik obrazlarınız necə yaranıb?

- Məni işlə bağlı müsahibəyə dəvət etdilər. Dedilər ki, Azərbaycan dilində keçiriləcək. O vaxt mən Azərbaycan dilində çox pis danışırdım, amma indi artıq dilimizi yaxşı bilirəm, 11 il idi ki, bu dildə danışmırdım. Düşündüm ki, İlahi, bu sadəcə gülməli olacaq! HR haqqında Azərbaycan dilində necə danışacağam? Bunun nə qədər gülməli olacağını təsəvvür edəndə, hətta ürəkdən qəhqəhə çəkdim. Mən işlə bağlı Azərbaycan dilində müsahibədən necə keçdiyimə dair video hazırladım. Bundan əvvəl mənim 100-150 abunəçim var idi - və bütün dostlarım. Kim abunə olacaq ki? Bir aydır ki, bloq aparıram, orada maraqlı heç nə baş vermir, heç kim çanta açmır, bahalı əşyalar göstərmir, restoranda yeməklərin şəklini çəkmir - ailənin reinteqrasiyası haqqında çox darıxdırıcı bloq (Gülür). Ona görə də bu videonu yüklədim və o, “yerinə düşdü”. Dostlarım onu paylaşmağa başladılar və yavaş-yavaş tanımadığım insanlar səhifəmə gəldilər. Həmin andan “Ostap getdi” (Gülür). Sanki hansısa bağlı olan qapı açıldı.

- Nəticədə sizin üç komediya obrazınız var.

- Bir çox fərqli olanları var idi, amma üçü qaldı. Videolar çəkməyə, dostlarıma, həyat yoldaşıma göstərməyə başladım - o, mənim senzorum kimi çox dəstək oldu. Axşam evə gəlib soruşurdu ki, “necədir, bu gün yeni nəsə çəkmisən?” İlk personajım Şoşu nənə - lənkəranlı nənə idi.

- Bu obraz necə yarandı?

- Evimizin yaxınlığında park salınırdı, həm də çox uzun müddət ərzində . Mən isə düşünürdüm – axı onlar bunu nə vaxt başa çatdıracaqlar! Hər dəfə eyvana çıxıb baxırdım. Şoşu-nənənin yarandığı gün birdən anladım ki, artıq ucadan danışıram, bu, necə olan şeydir? Onlar bir ildir ki, bu bədbəxt parkı tamamlaya bilmirlər! Orada nə qazırsınız? Sonra öz-özümə dedim: Xanım, sən nənə kimi danışırsan! Həmin an düşündüm ki, nənənin parkın tikintisinə necə nəzarət etməsi barədə bir video çəkim. Bizim həm də durbinimiz var (Gülür). Mən də nənə kimi geyinib onu çəkdim. Hər şey kortəbii idi, heç nə yazmamışdım. Talış ləhcəsi ilə danışan qarı, Şoşu-nənə haqqında ilk videoçarxım bax belə yarandı.

- Amma sizin tamamilə başqa obrazınız da var, orada heç də yaşlı qadın deyilsiniz!

- Masya (Gülür). Masya da ürəkdən gələn fəryaddır. Çünki Bakıya qayıdandan sonra hər yerdə bu “masya”larla qarşılaşırdım. Amma mən bu “masya”lara pərəstiş edirəm. Öz Masyama da pərəstiş edirəm, baxmayaraq ki, həyat yoldaşım ona nifrət edir və deyir: “Mən ona qulaq asa bilmirəm, ona baxa bilmirəm, görə bilmirəm!” (Gülür).

- Bəs Harmony?

- Harmony də narazılıqdır. Bu, hamımızın nifrət etdiyi obrazdır - ideal sosial media qadını. Onun haqqında bilirik ki, “səndə hər şey o qədər də gözəl deyil, əzizim...”. Ailəndə nə baş verdiyini, ərinlə aranda nə olduğunu və başına nələr gəldiyini bilirik! Amma eyni zamanda bloq açıb bütün dünyaya necə yaşamağı öyrədirsən. Səndə hər şeyin mükəmməl olduğunu və “ideallığın ta özü” olduğunu göstərirsən. Bu, hər kəsi çox həyəcanlandırır və mənə də çox pis təsir edirdi.

- Obrazlarınızdan istifadə edərək hər hansı bir şou hazırlamaq barədə heç düşünmüsünüzmü?

- Bu il mən nəhayət yutub kanalımı açmaq üçün özümdə güc tapdım; bu, Şoşu-nənə ilə yemək bişirməkdir. İndi bloqdan qazandığım bütün gəliri bu layihəyə yatırıram. Artıq iki proqram buraxılıb və daha ikisi hazırda montaj olunur. Bir il bunu davam etdirəcəyəm: yaxşı alınsa - əla, alınmasa, demək ki, yox. Mən bundan həzz alıram! Nə qədər ki, prosesdən zövq alıram, nə qədər ki, çəkiliş zamanı gülürəm, nə qədər ki, montaj zamanı qəhqəhə çəkiriksə, deməli, bunu etməliyik. Artıq gülməli, maraqlı olmadıqda, hamısını dayandıracağıq.

- Gəlin bloqunuzdan bir az uzaqlaşaq və ümumiyyətlə blogerliyin gələcəkdə - 5-10 ildən sonra necə olacağından danışaq.

- İndi bloq aparmaq çətindir, çünki Instagram özünü TikTok kimi göstərir və bu çox da yaxşı deyil. İndi onlar rilsı tam şəkildə təbliğ edirlər. Instagramın məqsədi nədir? İnsanlar bu platformada daha çox qalsınlar. Onlar bunu necə edirlər? Əlbəttə, blogerlər sayəsində. Ona görə də çox izlənilən blogerləri tanıtmaq onlar üçün faydalıdır. Kimi çox izləyirlər? Qısa rils hazırlayanları. Təbii ki, blogerlər buna uyğunlaşmaq məcburiyyətindədir... Bundan sonra nə olacaq, yəqin ki, ən güclü olanlar “sağ qalacaq”. Məzmunu çoxlu baxış sayına “gedənlər” duruş gətirə biləcəklər. Bu, orada keyfiyyətin yaxşı olması demək deyil. Burada sadəcə olaraq “baxılan məzmun” anlayışı var. Bunu bilmək və dərk etmək lazımdır, yəni sənin nə istədiyini? Niyə bloger oldun? Hər dəfə məzmunu "kəsdiyin" zaman, necə deyərlər, onun sənin nəyinə lazım olduğunu başa düşməlisən.

- Bloger olmaq istəyənlərə başqa nə məsləhətiniz var?

- Bir blog aç, özünü sına və nəticəsinə bax. Əsas odur ki, ondan zövq alıb-almadığını dərk edəsən. Bunu yalnız insanların səni restoranlara dəvət etmələrini və hədiyyələr vermələrini istədiyin üçün edirsənsə... Tamam. Bunu nə vaxta qədər edə bilərsən? Bir il? Üç il? Beş il? Sənin üçün maraqlı deyilsə, bu, çox çətin iş olacaq. Hamı kimi olmaq məcburiyyətində deyilsən – səni başqalarından nəyin fərqləndirdiyini göstərmək üçün öz özəlliyini tap. Heç vaxt özünü “çırağın qulu” etməməlisən. Sabah bloqumu bağlaya bilərəm və deyə bilərəm: hamınıza təşəkkür edirəm, bu, əla təcrübə idi və gedib başqa işlə məşğul olaram. Ancaq bloqdan asılısansa, bu, pisdir. Ona görə də bloqunu inkişaf etdirmisənsə, daha bir başqa işlə də məşğul ol. Populyarlığına güvənmək lazım deyil - bu, bütün psixi sağlamlığını, özünə qiymətini sərf edə biləcəyin ən çox əldən çıxa bilən anlayışdır. Heç bir halda özünə qiymətini bloqdan asılı tutmamalısan! Bax bu prioritetləri əvvəlcədən özün üçün müəyyən etməlisən, sonra isə bloger olmaqla bağlı qərar verməlisən.

- Sağ olun, Şoşu-nənə!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb