Cənubi Koreya daha 243 adda məhsulun Rusiya və Belarusa ixracına qadağan qoyub
Pekin, 29 iyun, AZƏRTAC
Cənubi Koreya hökuməti hərbi məqsədlər üçün istifadə olunma ehtimalı olan daha 243 adda məhsulun Rusiya və Belarusa ixracına qadağa qoyub.
AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Koreyanın Ticarət, Sənaye və Enerji Nazirliyi açıqlama yayıb. Qadağan olunan məhsullar arasında metalkəsən avadanlıqlar, optik alətlər və sensorlar da var. Bununla da Ukrayna müharibəsi başlayandan bəri Rusiya və Belarusa ixracı qadağan olunan Cənubi Koreya məhsullarının sayı 1402-yə çatıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyaya səfəri zamanı iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq sənədinin imzalanması rəsmi Seulun etirazına səbəb olub. Bir neçə gün əvvəl Cənubi Koreya Prezidentinin milli təhlükəsizlik müşaviri Çanq Ho-cin Rusiya və Belarusa məhsul ixracına qoyulan qadağanın genişləndirilməsinə eyham vurmuşdu. O, Cənubi Koreya hökumətinin Ukraynaya silah tədarükü ilə bağlı mövqeyini yenidən nəzərdən keçirəcəyini söyləyib, ölkəsinin Ukraynaya ölümcül silah verməkdən imtina siyasətini dəyişdirməyi təklif edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]
Moldovada Dnestrin dayazlaşması fonunda fövqəladə vəziyyət elan edilə bilər
- 22.09.2026 [11:20]
Sudanda 5 milyondan çox məcburi köçkün evlərinə qayıdıb
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-də iki böyük hava limanında uçuşlar dayandırılıb
- 21.09.2026 [23:54]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [23:28]
Saatlıda regionlarda kibertəhlükəsizlik məsələləri müzakirə olunub
- 21.09.2026 [22:50]
Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır
- 21.09.2026 [22:16]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [21:54]
"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır
- 21.09.2026 [21:39]
Azərbaycan cüdoçuları dünya çempionatında daha 3 medal qazanıblar
- 21.09.2026 [21:36]