Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda ekoloji təmiz dəmir yolu nəqliyyatının inkişaf istiqamətləri

Azərbaycanda ekoloji təmiz dəmir yolu nəqliyyatının inkişaf istiqamətləri

Bakı, 28 iyun, Təhminə Verdiyeva, AZƏRTAC

XXI əsrdə iqlim dəyişikliyi və ətraf mühitin qorunması məsələsi qlobal miqyasda ön plana çıxıb. Hazırda dövrümüzdə ekoloji təmiz nəqliyyat ən önəmli məsələlərdən hesab olunur. Bu baxımdan ölkəmizin ekoloji təmiz nəqliyyat strategiyasının həyata keçirilməsində əhəmiyyətli rol oynayan Azərbaycan Dəmir Yolları dəmir yolu nəqliyyatının inkişafı və modernləşdirilməsi, ölkənin ekoloji izini azaltmağa və iqlim dəyişikliyi ilə mübarizədə mühüm töhfələr verməyə yardımçı olur.

Ulu Öndər Heydər Əliyev 1998-ci il dekabrın 6-da dəmiryolçular qarşısında çıxışında Azərbaycanda dəmir yolu sahəsinin tarixi və ənənələri barədə danışıb, öz uşaqlıq xatirələrini bölüşüb: “Tərcümeyi-halımdan məlumdur ki, mənim atam da dəmiryolçu olub. Mən dəmiryolçu ailəsində böyümüşəm. Hələ uşaq ikən dəmir yollarının üzərində, atamın yanında olmuşam. Hesab edirəm ki, dəmir yolunu həm bilirəm, həm də sevirəm. Dəmir yolu sahəsinin Azərbaycanda dərin kökləri və böyük ənənələri var. Dəmiryolçular həmişə çox intizamlı olublar. Dəmir yolunun özü çox intizam tələb edir. Keçmişdə belə bir ənənə var idi ki, saatları həmişə dəmir yolunun saatları ilə düzəldirdilər. Çünki dəmir yolunun saatı həddindən artıq dəqiq işləyən saat idi”.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda dəmir yolu nəqliyyatı mühüm əhəmiyyət kəsb edirdi. O, dəmir yolu şəbəkəsinin modernləşdirilməsi və genişləndirilməsi üçün müxtəlif tədbirlər həyata keçirib. Bu, həm daxili, həm də beynəlxalq səviyyədə nəqliyyat əlaqələrinin inkişafına kömək edib. Onun rəhbərliyi ilə həyata keçirilən dəmir yolu layihələri ölkənin iqtisadi inkişafına böyük təkan verib və Azərbaycanı regional nəqliyyat mərkəzinə çevirib. Bu layihələr sayəsində Azərbaycan tranzit ölkə kimi mövqeyini möhkəmləndirib və beynəlxalq nəqliyyat dəhlizlərində əhəmiyyətli rol oynamağa başlayıb.

Ekoloji təmiz dəmir yolu nəqliyyatı

Ekoloji təmiz dəmir yolu nəqliyyatı ətraf mühitə minimal zərər vuran və davamlı enerji mənbələrindən istifadə edən dəmir yolu sistemini ifadə edir. Bu nəqliyyat növünün aşağıdakı beş müsbət xüsusiyyətlərinə nəzər salaq:

1. Elektrifikasiya - dizel lokomotivlər əvəzinə elektriklə işləyən qatarların istifadə edilməsi deməkdir. Elektrik enerjisi, xüsusən də yenilənə bilən mənbələrdən (Günəş, külək, su enerjisi) əldə edilərsə, karbon emissiyasını əhəmiyyətli dərəcədə azaldır.

2. Enerji effektivliyi - dəmir yolu nəqliyyatı, yük və sərnişinlərin uzaq məsafələrə səmərəli daşınmasını təmin edir. Qatarlar avtomobillərə və təyyarələrə nisbətən daha az enerji sərf edirlər.

3. Yaşıl texnologiyalar - hibrid və ya hidrogen yanacaqlı lokomotivlərin inkişaf etdirilməsi də ekoloji təmiz dəmir yolu nəqliyyatının bir hissəsidir. Bu texnologiyalar daha az karbon emissiyası və hava çirkliliyi ilə işləyir.

4. Ekoloji cəhətdən təmiz infrastruktur - dəmir yolu infrastrukturunun tikintisi və istismarı zamanı ətraf mühitə minimal zərər verilməsi, məsələn, biomüxtəlifliyi qoruyan keçidlər və səs-küy baryerlərinin istifadəsi vəziyyətidir.

5. Sərnişinlər üçün alternativ - şəhərlərarası və şəhərdaxili səyahətlər üçün dəmir yolu nəqliyyatı alternativ olaraq təqdim edilir. Bu, avtomobil istifadəsini azaldır və beləliklə ətraf mühitə təsiri minimuma endirir.

Ekoloji təmiz dəmir yolu nəqliyyatı təkcə ətraf mühitə deyil, həm də iqtisadi və sosial sahələrə müsbət təsir göstərir. Həmçinin daha sağlam həyat şəraitinin təmin edilməsinə, nəqliyyat xərclərinin aşağı salınmasına və şəhər tıxaclarının azaldılmasına kömək edir.

Azərbaycanda ekoloji təmiz dəmir yolu nəqliyyatının inkişafındakı təşəbbüslər

Azərbaycanın ekoloji təmiz dəmir yolu nəqliyyatının inkişafı, ölkənin iqtisadi inkişafına və ekoloji vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş mühüm addımlardan biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə bir sıra mühüm layihələr və təşəbbüslər həyata keçirilib və bu təşəbbüslər davam etdirilməkdədir. Dövlətimizin başçısının rəhbərliyi ilə, Azərbaycanda nəqliyyat sektorunun modernləşdirilməsi və ekoloji cəhətdən təmiz nəqliyyat sistemlərinin yaradılması sahəsində əhəmiyyətli addımlar atılıb. Bu addımlar arasında dəmir yolu infrastrukturunun yenidən qurulması, yeni layihələrin həyata keçirilməsi və müasir texnologiyaların tətbiqi xüsusi yer alır. Azərbaycanda dəmir yollarının elektrikləşdirilməsi layihələrinə də böyük diqqət yetirir. Bu, karbon emissiyalarını azaltmaq və ekoloji təmiz nəqliyyat yollarının sayını artırmaq məqsədi daşıyır. Xüsusilə, Bakı-Sumqayıt və Bakı-Astara marşrutlarında elektrikləşdirilmiş dəmir yollarının inkişafı bu istiqamətdə mühüm addımdır. Ekoloji cəhətdən təmiz və enerji baxımından səmərəli yeni qatarların alınması, nəqliyyat sektorunun modernləşdirilməsinin vacib tərkib hissəsidir. Bu qatarlar, yanacaq sərfiyyatını azaltmaqla yanaşı, ətraf mühitə minimal zərər verir. Ölkəmizdə bu istiqamətdə həyata keçirilən siyasət yalnız nəqliyyat sektorunun inkişafına deyil, həm də ətraf mühitin qorunmasına yönəlib. Bu məqsədlə, Azərbaycan dövləti nəqliyyat sektorunda bərpaolunan enerji mənbələrindən istifadənin artırılması ilə bağlı layihələr həyata keçirir. Həmçinin ictimai maarifləndirmə - ekoloji təmiz nəqliyyatın üstünlükləri və ətraf mühitin qorunması barədə ictimaiyyətin məlumatlandırılması istiqamətində kampaniyalar aparılır.

Azərbaycan dəmir yollarının inkişaf hədəfləri

Azərbaycanın dəmir yollarının inkişafı son illərdə daha böyük hədəflərə doğru inamla irəliləyir.

İnfrastrukturun yenilənməsi və modernləşdirilməsi - Azərbaycan dövləti dəmir yolu infrastrukturunu modernləşdirmək üçün genişmiqyaslı layihələr həyata keçirir. Bu layihələrə yolların təmiri və yenidən qurulması, yeni dəmir yolu xətlərinin çəkilməsi və mövcud stansiyaların modernləşdirilməsi daxildir. Məsələn, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycanın dəmir yolu infrastrukturunun modernləşdirilməsinin bir nümunəsidir. Bu, Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yolu nəqliyyatını birləşdirən strateji əhəmiyyətli bir layihədir. Bu xətt Avropa və Asiyanı birləşdirən mühüm bir nəqliyyat dəhlizidir, eyni zamanda, regionun iqtisadi və logistika imkanlarını genişləndirir. Həmin dəmir yolu xətti Azərbaycanın paytaxtı Bakıdan başlayaraq Gürcüstanın Tbilisi şəhəri vasitəsilə Türkiyənin Qars şəhərinə qədər uzanır. Layihənin ümumi uzunluğu təxminən 846 kilometrdir, bunların 504 kilometri Azərbaycan ərazisində, 263 kilometri Gürcüstan ərazisində və 79 kilometri Türkiyə ərazisində yerləşir. Layihə çərçivəsində yeni dəmir yolu xətləri çəkilib və mövcud xətlər modernləşdirilib. Bu layihənin əsası 2007-ci ildə qoyulub və tikinti işləri 2017-ci ildə tamamlanıb. Xətt rəsmi olaraq 2017-ci il oktyabrın 30-da istifadəyə verilib. Layihənin əsas məqsədi Avropa və Asiya arasında birbaşa dəmir yolu bağlantısını təmin edərək ticarət və yük daşımalarını asanlaşdırmaqdır. Bu dəmir yolu xətti, xüsusilə Çindən Avropaya yükdaşımalarında strateji bir marşrut olaraq çıxış edir. Layihə həm də regionda iqtisadi inkişafı stimullaşdırır və yeni iş yerlərinin yaradılmasına kömək edir. Dəmiryolu xətti müasir dəmir yolu texnologiyaları ilə təchiz olunub. Xətt üzərində yüksəksürətli və yüksək yükgötürmə qabiliyyətli qatarlar hərəkət edir. Yükdaşımalarının həcmi ildə təxminən 5 milyon ton, sərnişindaşımalarının həcmi isə ildə təqribən 1 milyon nəfər olaraq planlaşdırılıb. Bu layihə regionda ticarət əlaqələrini gücləndirməklə yanaşı, Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsinə töhfə verir. Həmçinin region ölkələri arasında iqtisadi inteqrasiyanı artırır və yeni ticarət yollarının açılmasına imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı əməkdaşlığın nəticəsidir və Avropa ilə Asiya arasında mühüm bir əlaqə yaradır. Bu layihə regionun iqtisadi inkişafına və beynəlxalq ticarət əlaqələrinin gücləndirilməsinə böyük töhfə verir.

Rəqəmsallaşma və texnologiyaların tətbiqi - dəmir yolu nəqliyyatının rəqəmsallaşması, sərnişin və yükdaşımalarının daha səmərəli idarə olunmasına kömək edir. Müasir dispetçer sistemləri, elektron bilet sistemi və rəqəmsal monitorinq sistemləri bu sahədə tətbiq olunan texnologiyalardandır.

Beynəlxalq nəqliyyat dəhlizləri - Azərbaycan dəmir yolları beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Belə ki, ölkəmiz Avropa və Asiyanı birləşdirən beynəlxalq nəqliyyat dəhlizlərində strateji mövqeyə malikdir. Xüsusilə, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Azərbaycanın tranzit imkanlarını genişləndirir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, həmçinin Orta Dəhliz adlandırılan, Avropa ilə Asiya arasında yükdaşımalarının həyata keçirildiyi mühüm bir nəqliyyat marşrutudur. Bu marşrutun əsas məqsədi Çin və Orta Asiya ölkələrinin Avropaya yükdaşımalarını təmin etməkdir. Bu marşrut Çindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, sonra Türkiyə və ya Qara dəniz vasitəsilə Avropaya uzanır. Marşrutun bir hissəsi Qazaxıstan, Xəzər dənizindən gəmi ilə keçərək Azərbaycan və daha sonra dəmir yolu ilə Gürcüstan və Türkiyə ərazisindən keçməklə Avropaya qədər uzanır. Burada müxtəlif nəqliyyat növləri, o cümlədən dəmir yolu, dəniz və avtomobil yolları istifadə olunur. Bu marşrut ənənəvi Trans-Sibir marşrutuna və Cənub Dəhlizinə alternativ olaraq çıxış edir, həmçinin Avropa və Asiya arasında daha sürətli və təhlükəsiz bir əlaqəni təmin edir. Marşrutun istifadəsi yüklərin çatdırılma vaxtını əhəmiyyətli dərəcədə azalda bilir, bundan başqa marşrut keçdiyi ölkələr üçün iqtisadi faydalar təmin edir və onların nəqliyyat infrastrukturlarının inkişafına töhfə verir, marşrut boyunca yerləşən ölkələr arasında regional əməkdaşlığı və iqtisadi əlaqələri gücləndirir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üçün müxtəlif layihələr və investisiyalar həyata keçirilir. Bu layihələr, marşrutun keçdiyi ölkələrin nəqliyyat və logistika infrastrukturlarının inkişaf etdirilməsinə yönəldilib. Gələcəkdə marşrutun daha da genişləndirilməsi və effektivliyinin artırılması gözlənilir.

Yükdaşımalarının artması - Azərbaycanın dəmir yolları vasitəsilə daşınan yük həcmi son illərdə artıb. Bu artım, həm daxili tələbatın, həm də tranzit yüklərin həcminin çoxalması ilə əlaqədardır. Xüsusilə, Bakı-Tbilisi-Qars xətti və digər beynəlxalq marşrutlar vasitəsilə həyata keçirilən yükdaşımaları bu artımda mühüm rol oynayır.

Ekoloji və davamlı nəqliyyat - Dəmir yolu nəqliyyatının ekoloji üstünlükləri nəzərə alınaraq, Azərbaycan bu sahədə davamlı inkişafı təmin etməyə çalışır. Dəmir yollarının inkişafı, avtomobil nəqliyyatına nisbətən daha az karbon izi buraxdığı üçün, ekoloji baxımdan da mühüm əhəmiyyət kəsb edir.

Bütün bunlar ölkəmizin dəmir yolu sektorunun daha səmərəli, etibarlı və beynəlxalq səviyyədə rəqabətqabiliyyətli olmasını təmin etmək məqsədini daşıyır. Azərbaycan dəmir yollarının ekoloji təmiz nəqliyyat sisteminə keçidini təmin etmək məqsədilə müxtəlif strategiyalar və tədbirlər həyata keçirilməkdədir. Bu, həm yerli, həm də regional səviyyədə dayanıqlı inkişafı dəstəkləyir.

“Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb