Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib
Bakı, 28 iyun, AZƏRTAC
Parisin nəqliyyat həmkarlar ittifaqları sağçı Milli Birlik partiyasının parlament seçkilərində qalib gələcəyi təqdirdə tətillə hədələyib. AZƏRTAC Avropa 1 radiosuna istinadla xəbər verir ki, Marin Le Penin partiyası parlament seçkilərin ikinci turunda deputat yerlərinin mütləq əksəriyyətini qazanarsa, “Solidaires” həmkarlar ittifaqı Parisin nəqliyyat işçilərini tətil və nümayişlərə çağırıb. “Solidaires” hesab edir ki, Le Penin partiyası “fəhlələrin düşmənidir” və dövləti parçalayır.
Bundan əvvəl Ümumi Əmək Konfederasiyası həmkarlar ittifaqı (CGT) “Solidaires” ilə birlikdə “sağlara qarşı vahid cəbhə” yaratmağa və “təcili sosial ədalət tədbirləri” tətbiq etməyə çağırmışdı. CGT solçu partiyaların koalisiyasına, “Yeni Xalq Cəbhəsi”nə dəstəyini açıq şəkildə ifadə edir.
İyunun 9-da Fransada Avropa Parlamentinə keçirilən seçkilərdə Milli Birlik partiyası 31,36 faiz səs toplayaraq prezident Emmanuel Makronun tərəfdarlarının koalisiyasını iki dəfədən çox qabaqlayıb. Bundan sonra Makron Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyanın buraxıldığını və iki mərhələdə - iyunun 30-da və iyulun 7-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bəyan edib. Sorğulara görə, fransızların 37 faizi Milli Birlik partiyasına səs verməyə hazırdır, prezident koalisiyası isə 20 faizdən də az səs toplaya bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]