SİYASƏT
AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİ ATƏŞƏ TUTULMUŞDUR
Bakı, 25 dekabr (AZƏRTAC). Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 24-də saat 17.10-dan 17.30-dək və 18.55-dən 19.10-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 15.15-dən 15.40-dək və dekabrın 25-də saat 3.30-dan 3.40-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur.
İtki yoxdur.