Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti Davosda: inkişaf kursu davam etdiriləcək

Azərbaycan Prezidenti Davosda: inkişaf kursu davam etdiriləcək

İsveçrənin Davos şəhərində ənənəvi olaraq keçirilən İqtisadi Foruma dünya KİV-ləri böyük maraq göstərib. Qlobal iqtisadi və maliyyə məsələlərinin geniş müzakirə edildiyi tədbirdə müxtəlif ölkələri təmsil edən yüksək səviyyəli nümayəndələr öz fikirlərini ifadə ediblər. Konkret olaraq, hər bir dövlətin mövcud vəziyyəti və ondan çıxış yollarını necə görməsi barədə deyilənlər maraq oyadıb. O cümlədən Azərbaycan Prezidentinin fikirləri diqqəti çəkib. Bunun əsas səbəbləri - birincisi, Azərbaycanın Cənubi Qafqazın lider dövləti kimi tanınması; ikincisi, Azərbaycanın neft ölkəsi olması; üçüncüsü isə Azərbaycanın müsəlman dövləti olaraq islahatlarda qərarlı olmasıdır. Prezident İlham Əliyev bütün bu məqamları dolğun və aydın şəkildə ifadə edən fikirlər söyləyib. Həm də Forumun saytında analitik məqalə dərc etdirib. Bu kimi məqamlar üzərində geniş dayanmağa ehtiyac görürük.

Qlobal böhran və Davos zirvəsi: Azərbaycandan baxış

Davos İqtisadi Forumu vacib beynəlxalq tədbirlərdən hesab edilir. Forumda təmsilçilik bir qayda olaraq yüksək səviyyədə olur. Dünyanın qabaqcıl iqtisadçıları, iri şirkətlərin nümayəndələri ilə yanaşı, siyasətçilər də iştirak edir. Yalnız qlobal miqyasda aktual olan məsələlər müzakirə edilmir, həm də çıxış yolları axtarılır. Builki Forum isə bütün bunlarla yanaşı, hazırda dünya səviyyəsində müşahidə olunan maliyyə-iqtisadi böhran fonunda daha çox maraq doğurub.

İştirakçılar, əsasən, neftin qiymətinin sürətlə aşağı düşməsinin müxtəlif ölkələrin iqtisadiyyatına təsiri məsələsi ətrafında fikir mübadiləsi aparıblar. Doğrudan da, indi bu məsələ hətta böyük dövlətlərin iqtisadi durumuna belə ciddi təsir göstərməkdədir. Əlavə olaraq, ondan geosiyasi və siyasi məqsədlər üçün maksimum dərəcədə istifadə etmək cəhdləri də müşahidə olunur. Nəticədə, qlobal geosiyasi və iqtisadi sistemin qarşılıqlı təsirləri məsələsi daha da aktuallaşır. Həmin sistem çərçivəsində isə enerji siyasətinin bütövlükdə təhlükəsizlik probleminin həlli kontekstində təhlili önə çıxır.

Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı və orada söylədiyi fikirlər, bütün bunlara görə, böyük maraq doğurmaqdadır. Mütəxəssislər Azərbaycanın dövlət başçısının təhlillərinə və irəli sürdüyü fikirlərə ciddi diqqət yetiriblər. Ölkə rəhbərinə Forum çərçivəsində keçirilən “Yeni enerji tarazlığı” mövzusuna həsr olunmuş sessiyada moderator tez-tez müraciət edib (bax: The New Energy Equation - World Economic Forum Annual Meeting, 20-23 January 2016 Davos-Klosters, Switzerland/weforum.org; Prezident İlham Əliyev Davos Forumunun “Yeni enerji tarazlığı” mövzusunda sessiyasında iştirak edib/AZƏRTAC, 21 yanvar 2016).

Verilən suallardan belə başa düşülür ki, ekspertləri Azərbaycanın indi özünü göstərən iqtisadi və maliyyə böhranlarına reaksiyası maraqlandırıb. Prezident İlham Əliyev dolğun surətdə ölkəmizlə bağlı yaranmış situasiyanı izah edib. Manatın məzənnəsinin aşağı düşməsinin obyektiv səbəblərini göstərib. Burada iki faktora diqqət yönəldib.

Birincisi, milli valyutanın dəyərinin azalmasının ölkədaxili sosial-iqtisadi vəziyyətlə əlaqəsi yoxdur. Burada, əsas olaraq, beynəlxalq miqyasda özünü göstərən və bir sıra hallarda siyasi xarakter daşıyan amillər nəzərə alınmalıdır. İkincisi, manat hələ də Cənubi Qafqazın ən qiymətli valyutası olaraq qalır. Bunun da səbəbi ondan ibarətdir ki, bir neçə il əvvəl manat 1,3 ABŞ dolları qədərində idi. Dalbadal 3 qiymətdən düşmə mərhələsi nəticəsində bu nisbət dəyişərək indi dolların xeyrinədir. Ona görə də, manatın 70 faiz dəyərdən düşməsindən danışarkən, real vəziyyəti nəzərə almaq lazımdır (bax: əvvəlki mənbəyə).

Neftin qiymətinin aşağı düşməsinə gəldikdə isə, Prezident İlham Əliyev xatırladıb ki, Azərbaycanda enerji sahəsində islahatlar prosesinə başlananda qara qızıl 12 dollara idi. O zaman maksimum 23 dollar olacağı proqnozlaşdırılırdı. Yəni başlanğıcdan Azərbaycan rəhbərliyi və cəmiyyət neftin ucuzlaşmasına psixoloji olaraq hazır olub. İndi vəziyyətdə sürətli dəyişikliklər müşahidə edilsə də, ölkənin adaptasiya imkanları genişdir.

Bunlar belə deməyə əsas verir ki, dünyada gedən iqtisadi və maliyyə böhranından Azərbaycan özünü maksimum dərəcədə qorumağa çalışır, bunun üçün konkret tədbirlər həyata keçirir. Azərbaycan cəmiyyəti üçün xeyli dərəcədə gözlənilməz olan bu hadisələrin fonunda müəyyən stress vəziyyəti yarandı. Lakin artıq o, geridə qalıb. Ölkə başçısı həmin kontekstdə vurğulayıb: “...qiymətlərin artması bir sıra narahatlıqlara səbəb oldu. Bu, kiçik bir etiraz idi. Bunun səbəbi də insanların hazır olmadığı bir stress vəziyyəti yaşaması idi. Amma artıq bu, bitdi və zənn edirəm ki, Azərbaycandakı inkişaf davamlı olacaq. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına sahib idi. Son 10 ildə iqtisadiyyatımız 300 faiz artmışdı və zənnimcə bu, bizim üçün bir qədər yüksək göstərici idi. İndi də bu tempin azalması vaxtıdır. Valyuta ehtiyatları ilə biz bu vəziyyətdən çıxacağıq” (bax: əvvəlki mənbəyə).

Dəqiq ifadə edilsə, artıq ölkə rəhbərliyinin yeni şəraitdə uğurlu fəaliyyət üçün konkret proqramları vardır və cəmiyyət də hakimiyyətin səmərəli işləyəcəyinə inanır. Eyni zamanda, Prezident artıq bu ilin üçüncü rübündən enerji sahəsində qlobal miqyasda situasiyanın sabitləşəcəyi və hətta gələn ilin əvvəllərində neftin qiymətinin 60-70 ABŞ dolları civarında olacağını proqnozlaşdırır.

Dörd vacib məqam: davamlı inkişafın əsas komponentləri

Yuxarıda vurğulanan məsələlərə daha geniş məntiqi bazada ölkə başçısı Davos Forumunun saytında dərc edilmiş “Azərbaycan iqtisadiyyatının gələcəyi” adlı analitik məqaləsində nəzər salıb (bax: Ilham Aliyev. The future of Azerbaijan's economy/weforum.org, 20 yanvar 2016; Prezident İlham Əliyev: “Azərbaycan iqtisadiyyatının gələcəyi”/AZƏRTAC, 21 yanvar 2016). Ölkə rəhbəri həmin yazıda vurğulayıb: “Azərbaycan bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə dinamik inkişafını müvəffəqiyyətlə davam etdirən tolerant bir ölkədir. Son vaxtlar neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ölkə iqtisadiyyatı özünün inkişaf templərini davam etdirməkdədir” (bax: əvvəlki mənbəyə). Bu, maraqlı məqamdır. Faktiki olaraq, dünya üçün yaranmış çox çətin və mürəkkəb vəziyyətdə Cənubi Qafqazın lider dövlətinin real durumunu ifadə edir. Həmin kontekstdə 4 məqamı vurğulamağa ehtiyac görürük.

Əvvəla, Azərbaycan qlobal böhran şəraitində belə inkişaf templərini davam etdirir. Bu o deməkdir ki, ölkənin iqtisadi sistemi davamlı inkişaf üçün kifayət qədər uyğunlaşdırılmış mexanizmlərə malikdir. Çətin mərhələlərdə belə onlar işlək ola bilirlər. Əslində, bu, bütün postsovet məkanı üçün düşündürücü həqiqətdir. Çünki indi bu məkanın geniş imkanlara malik və güclü dövlətləri belə böhran şəraitində optimal inkişaf kursunu müəyyənləşdirməkdə çətinlik çəkirlər. İndi onların qarşılaşdığı problemləri həll etmək üçün model axtarışları davam edir.

Etiraf etmək gərəkdir ki, Rusiyada “daunşifter” ölkə anlayışı təsadüfən meydana gəlməyib (bax: məs., Как выглядит страна-дауншифтер/ “Ведомости”, 18 yanvar 2016). Yəni təbii xammal əsasında inkişaf kursu artıq yaramır, lakin yeni texnologiyalara dayanan yüksəliş üçün lazım olan islahatlar da aparılmayıb. Azərbaycan məhz bu vəziyyətə düşməyən ölkədir. O, böhranlı məqamlara baxmayaraq, bütün sahələrdə müasir tələblərə uyğun templə inkişaf imkanlarını saxlayır. Bu prinsipial məqam işığında həyata keçirilən islahatların nə dərəcədə səmərəli olduğu aydın görünür.

O cümlədən, belə nəticə çıxır ki, ümumi səviyyədə Azərbaycan müstəqil dövlət quruculuğu ilə azad iqtisadiyyat sistemini uyğunlaşdıra bilib. Demək lazımdır ki, bu kursun əsasını keçən əsrin 90-cı illərində Ulu öndər Heydər Əliyev qoyub. Mövcud şərtlər dəyişdikcə, Prezident İlham Əliyev həmin strategiyanı yeni məqamlarla zənginləşdirib. Və bu proses indi də davam edir. Təsadüfi deyil ki, müəyyən mərhələlərdə problemlər yaransa da, bütövlükdə ərsəyə gətirilmiş sistem səmərəli işləyir. Bizcə, cənab Prezidentin də vurğuladığı davamlı inkişafın mühüm təməllərindən biri məhz bundan ibarətdir.

Bu aspektdə Prezidentin “Cənub qaz dəhlizi” layihəsini analiz etməsi də bir çox cəhətdən əhəmiyyətlidir. Əvvəlcə onu vurğulayaq ki, İlham Əliyev bu layihənin strukturuna diqqət yönəldir. Nəzərə çatdırır ki, “Cənub” qaz dəhlizinin özü 4 iri layihədən ibarətdir. Bura “Şahdəniz-2”, Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi, Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi və Trans-Adriatik boru kəməri (TAP) layihəsi daxildir (bax: əvvəlki mənbəyə). Bunlardan Azərbaycan TANAP layihəsində əsas səhmdardır, digərlərində isə önəmli yer tutur.

Həmin məqam adıçəkilən enerji layihəsinin strukturca mürəkkəb, strateji hədəf baxımından isə geniş əhatəli olduğunu ifadə etməkdədir. O, sadəcə bir elementi olan bəsit funksiyalı proqram deyil. Tərkibində hər biri strateji əhəmiyyət kəsb edən 4 enerji layihəsini birləşdirir. Deməli, söhbət sistemli xarakter daşıyan və funksional göstəriciləri ilə qlobal siyasətin mühüm faktorlarından biri olan uzunmüddətli layihədən gedir. Bu bağlılıqda “Cənub” qaz dəhlizinin dünyanın enerji təhlükəsizliyi sistemində tutduğu yeri və oynadığı rolu aydın dərk etmək mümkündür.

Həmin proqrama qarşı qlobal miqyasda atıla biləcək addımları da gözləmək olar. Təxribatları istisna etmək risklidir və hətta onun keçdiyi ərazilərdə münaqişələr belə törədilə bilər. Bununla Azərbaycan rəhbəri Avropanın diqqətinə bir daha çatdırır ki, qarşıya qoyulan məqsədə çatmaq üçün bütün iştirakçı tərəflər son dərəcə məsuliyyətli və qərarlı olmalıdırlar. Azərbaycan məhz həmin mövqedədir.

Ölkə başçısının bunlara görə nəhəng işlərin aparılmalı olduğunu ifadə etməsi olduqca vacibdir. İlham Əliyev həmin məqaləsində yazır: “Cənub” qaz dəhlizinin icrası nəticəsində bir çox ölkələr alternativ qaz mənbəyi kimi Azərbaycan qazına çıxış əldə edəcəkdir. Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya “Cənub” qaz dəhlizi layihəsinin iştirakçılarıdır. Eyni zamanda, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya bu layihəyə qoşulmaq barədə Azərbaycan tərəfi ilə anlaşma memorandumu imzalamışlar. Beləliklə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli və etibarlı tərəfdaşa çevrilir” (bax: əvvəlki mənbəyə).

Aydın görünür ki, “Cənub” qaz dəhlizi Avropanın enerji təhlükəsizliyinin təminində həlledici rol oynaya bilər. Bunu son zamanlar həmin layihənin tərkib hissəsi olan TAP-a qarşı bir sıra dairələrin qeyri-müəyyən mövqe tutması fonunda bir daha vurğulamaqda fayda vardır.

Qeyri-neft sektoru: strateji faktor kimi

Əlbəttə, uzunmüddətli qlobal böhran şəraitində davamlı inkişaf üçün beynəlxalq enerji layihələrində aktiv iştirak kifayət etmir. Enerji sektoru nə qədər əhəmiyyətli olsa da, strateji baxımdan qeyri-neft sahəsinin keyfiyyətli islahatlara ehtiyacının olması hamı tərəfindən qəbul edilmiş faktdır. Məhz buna görədir ki, Azərbaycan rəhbərliyi həmin istiqamətdə ciddi addımlar atır. Prezident məqaləsində məsələnin bu aspektinin əsas məqamlarını təhlil edir. İlham Əliyev Azərbaycan üçün qeyri-neft sektorunun inkişafının prinsipial əhəmiyyət daşıdığını ayrıca vurğulayır.

Bu, ikinci məqamı təşkil edir. Ölkə rəhbəri bununla bağlı həmin məqalədə yazır: “Qeyri-neft sektoru, əlbəttə ki, iqtisadi inkişafımızın əsas hərəkətverici sahəsidir. Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır. Qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir. Məqsədimiz qarşıdakı illərdə qeyri-neft sektorunun sürətli inkişafına nail olmaqdır” (bax: əvvəlki mənbəyə).

Azərbaycan iqtisadiyyatının çoxşaxəli olmasında yerli istehsala daha yüksək səviyyədə diqqət yetirilməsi əhəmiyyətli rol oynayıb. Təsadüfi deyil ki, 2015-ci il ölkədə “Kənd təsərrüfatı ili” elan olunmuşdu. Azərbaycanda bu sahənin geniş imkanları vardır. Onları real proqramlar vasitəsilə inkişaf etdirmək zəruridir. Dövlət başçısı bu aspektə ciddi diqqət yetirir və əldə olunan nəticələr də bunun əyani göstəricisidir. Lakin həyata keçirilən proqramlar yalnız kənd təsərrüfatı sferası ilə məhdudlaşmır.

Bütövlükdə həm dövlət, həm də özəl sektordakı istehsal sahələrinə böyük vəsaitlər qoyulur. Biznes mühiti yaxşılaşdırılır, süni maneələr aradan qaldırılır. Qanunçuluğun təmin edilməsi istiqamətində addımlar atılır. Lazımsız yoxlamalar aradan qaldırılır. Lisenziyaların verilməsi məsələsində islahatlar davam etdirilir. Azərbaycanda iqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesi məzmun və mahiyyətcə yeni səviyyəyə yüksəlir. Bütün bunların nəticəsi olaraq 2015-ci ilin yekunlarına görə inflyasiya 4 faizdən az olub. Hakimiyyət 2016-cı ildə də bu rəqəmi ən aşağı səviyyədə saxlamağı qarşısına məqsəd qoyub. Davos İqtisadi Forumu isə Azərbaycanı rəqabətlilik qabiliyyətinə görə dünyada 40-cı yerə layiq görüb. MDB məkanında ölkə həmin göstərici üzrə birinci yeri tutur (bax: əvvəlki mənbəyə).

Demək lazımdır ki, mütəxəssislər iqtisadi rəqabətliliyi müasir mərhələdə davamlı inkişafın çox vacib faktoru hesab edirlər. Çünki qloballaşma prosesi dərinləşdikcə inteqrasiya çərçivəsində ayrı-ayrı ölkələrin rəqabəti də güclənir. Hər bir dövlətə müxtəlif faktorların təsiri artır. Əgər mövcud iqtisadi sistem düzgün qurulmayıbsa, ölkə bazarda olan rəqabətə dözə bilmir və tənəzzülə uğrayır. Bunun qarşısını kənardan heç kəs almır və almaqda maraqlı da deyillər. Həmin səbəbdən hər bir müstəqil dövlət öz iqtisadi sistemini mümkün riskli silkələnmələrə maksimum dərəcədə dayanıqlı formada qurmalıdır. Bu səbəblərdən Prezident məqaləsində “Dövlət bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək” deyə, - xüsusi qeyd edir (bax: əvvəlki mənbəyə).

İndi əsas olaraq makroiqtisadi vəziyyəti sabit saxlamağa və inflyasiyanı normal səviyyədə qərarlaşdırmağa çalışılır. Ancaq qeyri-neft sektorunda proqramların reallaşdırılması ilə tərəqqi xəttinə çıxmaq məqsədi prioritet olaraq qalır. Həmin aspektdə Prezidentin başqa bir faktora da diqqət yönəltməsini vurğulamaq istərdik.

Bu, üçüncü məqamı ifadə edir. Biz, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsini nəzərdə tuturuq.

Yeni texnologiyalarla multikultural cəmiyyətə doğru

Nəqliyyat sahəsi uzun illərdir prioritet istiqamətlərdən biri kimi qəbul edilir. Çünki kommunikasiya imkanlarının genişlənməsi qloballaşma proseslərinin əsas əlamətlərindən biridir. Azərbaycan da tranzit ölkə kimi əhəmiyyətli geosiyasi və coğrafi mövqeyə malikdir. Onu, faktiki olaraq, Asiya ilə Avropa arasında körpü keyfiyyətində görürlər. Müstəqillik illərində Azərbaycan rəhbərliyi bu istiqamətdə əhəmiyyətli addımlar atıb.

Həmin sırada dövlət başçısı tarixi İpək Yolunun bərpasını və Türkiyəyə qədər uzanacaq Bakı-Tbilisi-Qars dəmir yolunun salınmasını ayrıca qeyd edib. Yeni İpək Yolunun işə salınması böyük bir coğrafiyada nəqliyyat sahəsində əlaqələrin inkişafı üçün ciddi təkandır. Artıq bu dəhliz fəaliyyətdədir. Azərbaycan onun reallaşması üçün çox aktiv mövqe tutub və indi də etibarlı surətdə bu prosesin iştirakçısıdır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti nəqliyyat əlaqələrini yeni səviyyəyə qaldıracaqdır. Lakin Azərbaycan bunlarla kifayətlənmir. Artıq bir neçə beynəlxalq hava limanı tikilib və Yeni Beynəlxalq Dəniz Ticarəti Limanı da tikilməkdədir.

Burada bir vacib özəlliyi mütləq qeyd etmək lazımdır. Məsələ ondan ibarətdir ki, Azərbaycan yuxarıda ifadə edilən bütün islahatları müasir texnologiyaları tətbiq etməklə aparır. Azərbaycan “Azerspace-1” və “Azersky” peyklərini orbitə çıxarıb. Müasir idarəetmənin səmərəli təmini və şəffaflığın artırılması üçün “elektron hökumət” quruculuğunu uğurla inkişaf etdirir. Bu kontekstdə “ASAN xidmət” mərkəzlərinin rolunu ayrıca vurğulamaq gərəkdir.

Hətta bir sıra ölkələr Azərbaycanın bu təcrübəsindən istifadə etməyə başlayıblar. Konkret desək, Azərbaycan islahatların əhatə etdiyi bütün sahələrdə ən müasir texnologiyaları tətbiq edərək, çevik və səmərəli sistem yaratmaq xəttini seçib (bax: əvvəlki mənbəyə).

Burada onu xüsusi vurğulamaq yerinə düşərdi ki, Azərbaycanda iqtisadiyyat, enerji və nəqliyyat-kommunikasiya sahələrində həyata keçirilən proqramlar sosial infrastruktur layihələri ilə uğurlu surətdə uyğunlaşdırılıb. Çoxlu sayda məktəb, uşaq bağçası, tibb müəssisəsi tikilib, turizm sektoru inkişaf etdirilib. Prezident məqaləsində bu məqamla bağlı qeyd edir: “Son bir neçə ildə dünyanın ən məşhur beşulduzlu otel brendləri Azərbaycana gəlmişdir. Bakıda indi dünyanın bütün aparıcı otelləri fəaliyyət göstərir. Turizmin inkişafı qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin olduğunu bir daha təsdiqləyir” (bax: əvvəlki mənbəyə).

Nəhayət, bütün bu yeniliklərə başqa bir fakt da xüsusi məzmun verir ki, bunu da dördüncü məqam hesab edirik. Söhbət Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna böyük əhəmiyyət verilməsindən gedir. Bu bağlılıqda multikulturalizmin dövlət siyasəti səviyyəsində reallaşdırılması ayrıca məna kəsb edir. Postsovet məkanında ikinci belə ölkə yoxdur.

Multikulturalizm müasir tarixi mərhələdə müxtəlif mədəniyyət mənsublarının vahid cəmiyyətdə birgə yaşaya bilməsi imkanlarını ifadə edir. Azərbaycan tarixən fərqli dinlərin və mədəniyyətlərin vəhdət təşkil etdiyi məkan olub. Bu barədə ulu öndər Heydər Əliyevin çox gözəl fikirləri vardır. İndi həmin xətt inkişaf etdirilir. Hər bir Azərbaycan vətəndaşı sərbəst şəkildə öz mənəvi-əxlaqi dəyərlərini saxlaya bilir, milli ənənəni inkişaf etdirir. Dinlər arasında heç bir ixtilaf yoxdur. Əsas məsələ ondan ibarətdir ki, dövlət bu istiqamətdə sistemli siyasət yeridir. Bunlarla yanaşı, Azərbaycan beynəlxalq səviyyədə dinlər və mədəniyyətlər arasında dialoqa həsr edilmiş mötəbər tədbirlər həyata keçirir.

Buradan strateji aspektdə sosial-iqtisadi yeniləşmə ilə güclü cəmiyyət quruculuğu prosesinin bir-birinə uyğunlaşdırılmış formada aparıldığı nəticəsini çıxarmaq olar. Ulu öndərin güclü dövlət quruculuğu kursu ilə vətəndaş cəmiyyəti formalaşdırılması xəttinin uyğunluğu aydın görünməkdədir. Azərbaycan güclü cəmiyyət yaratmaqla demokratik dövlət olduğunu təsdiq edir. Şübhə yoxdur ki, tarixi perspektiv baxımından həmin məqam çox mühüm rol oynayır.

Bütün bunlar tarixi Davos Forumunda Azərbaycan Prezidentinin dərin məzmunlu məqaləsində ölkə üçün tarixi hesab ediləcək müddəalar irəli sürüldüyünü təsdiqləyir. Azərbaycan regionun lider dövləti kimi sosial-iqtisadi və mənəvi-mədəni sahələrdə islahatlar sahəsində aparıcı mövqedə olduğunu nümayiş etdirir. Davamlı inkişaf xəttinin uğurla həyata keçirilməsi Cənubi Qafqazda inteqrasiya tendensiyasının gələcəyi ilə bağlı nikbin nəticələr əldə etməyə imkan verir. Bunun dünya üçün də əhəmiyyətli olduğuna şübhə etmirik.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qızıl və gümüş bahalaşıb

Birjalarda neft ucuzlaşıb

“İMZA” fəaliyyət istiqamətlərini genişləndirir

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

NİİM: Bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb

Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

Bu gün Beynəlxalq Həkimlər Günüdür

Xətai rayonunun bəzi hissələrində qaz təchizatında fasilə yaranacaq

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Azərbaycan Dövlət Pantomim Teatrı V Şəki Beynəlxalq Teatr Festivalının səhnəsində

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Cənubi Koreyada balıqçı gəmisi çevrilib, itkin düşənlər var

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyinə həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik