Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV İLƏ ABŞ PREZİDENTİ CORC BUŞUN GÖRÜŞÜ

Xəbər verdiyimiz kimi, fevralın 26-da Vaşinqtonda – Ağ evdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Buşun görüşü olmuşdur. 

ABŞ Prezidenti Azərbaycan dövlətinin başçısını böyük hörmət və ehtiramla qarşıladı, dövlətimizin başçısı ilə yenidən görüşməyindən məmnunluğunu bildirdi.

Səmimilik və dostluq şəraitində keçən görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, beynəlxalq terrorizmə qarşı birgə mübarizə, Xəzərin karbohidrogen ehtiyatlarının işlənilməsi və nəqli ilə bağlı məsələlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, regionda və beynəlxalq aləmdə baş verən proseslər haqqında fikir mübadiləsi aparıldı.

ABŞ Prezidenti beynəlxalq terrorizmə qarşı mübarizədə, antiterror koalisiyasında Azərbaycanın iştirakına və bu sahədə xidmətlərinə görə Azərbaycan Prezidentinə dərin təşəkkürünü bildirdi, ölkəmiz tərəfindən bu istiqamətdə görülən işlərdən məmnun qaldığını söylədi. Prezident Corc Buş dedi ki, Azərbaycan Amerikanın yaxın dostu, tərəfdaşıdır və biz bununla fəxr edirik.

Prezident Heydər Əliyev ABŞ-a səfərə dəvət olunduğuna, özünə və nümayəndə heyətinin üzvlərinə göstərilən qonaqpərvərliyə, Azərbaycan tərəfindən görülən işlərə yüksək qiymət verdiyinə görə Prezident Buşa minnətdarlığını bildirərək dedi ki, Azərbaycan Amerika ilə dostluq və tərəfdaşlıq münasibətlərini daim inkişaf etdirməyə çalışır.

Xəzərin zəngin karbohidrogen ehtiyatlarının işlənilməsi və nəqli ilə bağlı məsələlərdən söhbət gedərkən Prezident Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan layihəsi, Vaşinqtonda Azərbaycan, Gürcüstan, Türkiyə və Amerika Birləşmiş Ştatlarının “Şərq-Qərb enerji dəhlizi reallıqdır” mövzusunda birgə keçirdikləri beynəlxalq konfrans, əsas ixrac boru kəməri layihəsinin həyata keçirilməsi yolundakı maneələr barədə danışdı. Azərbaycan Prezidenti bununla əlaqədar ölkəmizin mövqeyini bir daha bəyan edərək dedi ki, bu layihənin həyata keçirilməsi yolundakı bütün əngəllərə baxmayaraq, Azərbaycan neftin nəqli üçün seçilmiş marşrutun reallaşdırılmasına nail olmuşdur.

Prezident Corc Buş Bakı-Tbilisi-Ceyhan layihəsinin ABŞ üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq bildirdi ki, qarşıya çıxan maneələrin, problemlərin aradan qaldırılması üçün lazımi tapşırıqlar və göstərişlər verəcək və layihənin gerçəkləşməsini mütləq təmin edəcəkdir.

Söhbət zamanı Prezident Heydər Əliyev ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışdı və xəritə üzərində geniş məlumat verdi. Dövlətimizin başçısı qeyd etdi ki, Ermənistanin təcavüzü nəticəsində on ildən çoxdur ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşərək, əksəriyyəti çadırlarda ağır, dözülməz şəraitdə yaşayır. Azərbaycanın bu münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu nəzərə çarpdıran Prezident Heydər Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın nizamlama prosesində öz səylərini daha da artıracağına ümidvar olduğunu bildirdi.

Prezident Corc Buş bu məsələ ilə bağlı Azərbaycanın narahatlığını başa düşdüyünü vurğuladı, münaqişənin tezliklə sülh yolu ilə ədalətli həlli üçün öz ölkəsinin əlindən gələni əsirgəməyəcəyini bildirdi və elə oradaca dövlət katibi Kolin Pauellə tapşırıqlar verdi.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər, regionda və beynəlxalq aləmdə baş verən hadisələr barədə fikir mübadiləsi aparıldı.

Görüşdə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Kolin Pauell, müdafiə naziri Donald Ramsfeld, Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Kondoliza Rays, Dövlət katibinin Avrasiya məsələləri üzrə müavini Elizabet Cons, ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avrasiya məsələləri üzrə direktoru Dan Frid, ABŞ-ın Azərbaycandaki səfiri Ross Uilson, Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev, iqtisadi siyasət üzrə dövlət müşaviri Vahid Axundov, Prezidentin İcra Aparatının şöbə müdiri Novruz Məmmədov, Azərbaycanın ABŞ-dakı səfiri Hafiz Paşayev və digər rəsmi şəxslər iştirak edirdilər.

X X X

Görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti Heydər Əliyev Ağ evin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı:

“Mən məmnunam ki, yenə də Ağ evdə, Ruzvelt otağındayam. Təşəkkür edirəm”.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

26.02.2003-cü il”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO