Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ZƏMANƏMİZİN GÖRKƏMLİ MUSİQİÇİSİ MSTİSLAV ROSTROPOVİÇƏ “İSTİQLAL” ORDENİ TƏQDİM ETMİŞDİR

Martın 4-də Prezident iqamətgahında zəmanəmizin görkəmli musiqiçisi Mstislav Rostropoviçə ölkəmizin ali dövlət mükafatının – “İstiqlal” ordeninin təqdim edilməsi mərasimi olumuşdur. 

Mərasimdə mədəniyyət, ədəbiyyat və elm xadimləri, bir sıra xarici ölkələrin Bakıda akkreditə olunmuş səfirləri iştirak edirdilər. Mərasimə toplaşanlar Azərbaycan Prezidenti Heydər Əliyevi hərarətlə qarşıladılar. Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN

NİTQİ

- Əziz Slava! Sizi anadan olmağınızın 75 illiyi münasibətilə təbrik edirəm, Sizə cansağlığı, firavanlıq və yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Həyatınızın artıq arxada qalan illəri coşğun yaradıcılığınızla və ictimai fəaliyyətinizlə, zəngin, maraqlı və məzmunlu fəaliyyətinizlə dolğun olmuşdur. Siz istedadınıza görə özünüzü musiqi sənətinə həsr etmisiniz və bu sahədə çox böyük uğurlar qazanmısınız. Mübaliğəsiz demək olar ki, Siz dünya şöhrətinin zirvələrinə ucalmısınız. 

Siz musiqiçi kimi, dirijor kimi, incəsənət xadimi kimi, ictimai xadim kimi bütün dünyada tanınmısınız. Özü də “bütün dünyada” ifadəsi böyük insanlar barəsində işlədilir və nəzərdə tutulur ki, bu adam öz əsərləri ilə, çox geniş yayılmış və dünya ictimaiyyətinin sərvətinə çevrilmiş fəaliyyəti ilə tanınmışdır. Sizin isə dünya şöhrətiniz onunla fərqlənir ki, Siz hər bir ölkədə konsertlər verirsiniz, insanlarla görüşürsünüz, onlarla ünsiyyətdə olursunuz, ictimai fəaliyyət göstərirsiniz. Beləliklə, Siz hər bir ölkədə təkcə kitablardan deyil, əsərlərinizlə deyil, şəxsən tanınırsınız.

Sizin dünyanın bir çox ölkələrindəki çıxışlarınız və insanlarla ünsiyyətiniz, deyərdim ki, musiqiçinin, ictimai xadimin, incəsənət xadiminin fəaliyyətinin nadir nümunəsidir. Sizin yaradıcılığınız, şəxsiyyətiniz əfsanəyə çevrilmişdir. Özü də bu, ilk növbədə, Sizin qeyri-adi istedadınız sayəsində, sənətinizin zəngin məzmunu sayəsində, coşğun ictimai fəaliyyətiniz, xüsusən haqq-ədalət uğrunda, həqiqət uğrunda, insan hüquqları uğrunda mübarizə məsələlərində fəaliyyətiniz sayəsində olmuşdur. Sizin həyatınız xoşbəxt həyatdır, lakin o, belə böyük adamların həyatında olduğu kimi, heç də həmişə hamar və şirin olmayıbdır. Sizin yaradıcılığınızın xüsusiyyəti, həyatınızın fərqləndirici cəhəti bəlkə də məhz bundadır, lakin nə etmək, həyatınız belə gətirmişdir. Siz böyük insan, böyük musiqiçi, ictimai xadim olmaqla yanaşı, bir çox illər ərzində təqiblərə məruz qalmış, öz ölkənizdən baş götürüb getməyə məcbur olmuşsunuz. Qərbdə yerbəyer olub, şan-şöhrət qazanana və öz yaradıcılıq və ictimai fəaliyyətiniz üçün lazımi şərait yaradanadək ədalətsizliyə qarşı çıxaraq, çox çətinliklər çəkmisiniz.

Ancaq Siz cəsur insansınız və Sizi fərqləndirən cəhət həm də odur ki, Siz bu məhrumiyyətlərə, bu məşəqqətlərə, bu qanunsuzluğa mərdliklə sinə gərərək və tab gətirərək sübut etdiniz ki, həqiqət Sizin tərəfinizdədir. Ona görə çox gec də olsa, həm öz ölkənizdə, həm də bir çox digər ölkələrdə Sizi incəsənət xadimi, musiqiçi kimi və ictimai xadim kimi, həqiqət uğrunda, insan hüquqları uğrunda mübarizə aparan insan kimi başa düşdülər.

Siz bizim həmyerlimiz, bizim üçün əziz insansınız. Bizim Dövlət filarmoniyasındakı konsertlərinizi yaxşı xatırlayırıq. Bunlar çox maraqlı konsertlər idi və böyük maraq doğururdu. Biz ötən dəfə Sizinlə söhbət edərkən o vaxtlar görüşdüyünüz, ünsiyyətdə olduğunuz və hətta birlikdə xaş yediyiniz dostlarınızı xatırlayırdınız.

Ona görə də Siz bizim üçün yaxın, əziz adamsınız. Siz fəal konsert proqramları ilə çıxış etdiyiniz illərdə də həmişə qəlbən Azərbaycanla olmusunuz. Siz sürgündə olduğunuz illərdə də Azərbaycanda bir çox ədalətli və xeyirxah adamlar Sizin haqqınızda, taleyiniz haqqında düşünürdülər və Sizin tərəfinizdə idilər.

Budur, dünyada böyük dəyişikliklərin baş verdiyi, Vətəniniz Azərbaycanın müstəqil dövlət olduğu indiki vaxtda biz yenə də birlikdəyik. Çox xoşdur ki, Siz o illərdə bir çox ölkələri gəzib-dolaşsanız da, öz Vətəninizi unutmadınız. İmkan düşən kimi Azərbaycana gəldiniz və sıx əlaqələrimiz – istər qohumluq əlaqələrimiz, istər musiqi əlaqələrimiz, istərsə də ictimai fəaliyyət sahəsində əlaqələrimiz bərpa oldu. Son beş ildə Siz beynəlxalq əlaqələrin inkişafında, musiqi sənətinin inkişafında respublikamıza çox böyük kömək göstərmisiniz. Biz bunu yüksək qiymətləndiririk. Əziz Slava, buna görə mən Sizə təşəkkür edirəm, çünki Sizin burada, Azərbaycanda gördüyünüz işlərin bizim üçün çox böyük əhəmiyyəti var.

Dünən biz Sizin yubiley konsertinizdə olduq. Parlaq konsert idi, gözəl əsərlər idi, ən başlıcası isə, əziz Slava, özünüzün ifaçılığınızın və Sizin rəhbərliyiniz ilə Azərbaycan dövlət simfonik orkestrinin ifaçılığının səviyyəsi çox yüksək idi. Orkestr son beş ildə Sizin köməyiniz sayəsində xeyli inkişaf etmişdir və indi yüksək səviyyəli orkestr kimi dünyanın bir çox ölkələrində tanınmağa layiqdir. Dünən Siz yubiley konsertinizdə bizi dünyanın böyük bəstəkarlarının gözəl əsərləri ilə sevindirdiniz. Lakin Siz, eyni zamanda, bizi özünüzün parlaq sənətinizlə, yorulmazlığınızla da sevindirdiniz və bizə olduqca böyük zövq bəxş etdiniz. Hesab edirəm ki, dünənki konsert Azərbaycanın ictimai-siyasi və musiqi həyatında mühüm hadisədir.

Mən Sizin sürgündə olduğunuz çətinliklərlə dolu illərdən danışdım. Sizin üçün çətin olmuşsa da, bu, eyni zamanda, öz fikirlərinizi – xeyirxahlıq haqqında fikirlərinizi, həqiqət, düzlük haqqında, haqq-ədalət haqqında fikirlərinizi, insan haqqında, insan hüquqları haqqında fikirlərinizi bütün dünya qarşısında ifadə etmənizə şərait yaratmışdır. Ona görə də Siz dünyada insan hüquqlarının müdafiəçisi kimi tanındınız və bu, bir şəxsiyyət kimi, bir insan kimi, bir musiqiçi kimi Sizin üçün olduqca böyük əhəmiyyətə malikdir. Siz Azərbaycana təkcə mədəniyyətimizin inkişafına, incəsənətimizə kömək etməklə böyük diqqət yetirmisiniz. Siz ölkəmiz haqqında həqiqəti, Azərbaycan xalqı haqqında həqiqəti, müstəqil dövlətimiz haqqında həqiqəti, bugünkü real həyatımız haqqında həqiqəti bir çox ölkələrdə yayırsınız.

Qaçqınların çadır şəhərciklərinə şəxsən getdiyinizə, onların necə çox ağır şəraitdə yaşadıqlarını gördüyünüzə, Dağlıq Qarabağ üstündə Ermənistanla Azərbaycan arasındakı münaqişənin necə məşəqqətli nəticələrə gətirib çıxardığının və Azərbaycan xalqının erməni təcavüzündən, bu münaqişədən necə böyük zərər çəkdiyinin şahidi olduğunuza görə mən Sizə təşəkkür edirəm. Bu insanlar öz ölkəsində qaçqına çevrilmişlər, artıq neçə illərdir çadırlarda ən dözülməz şəraitdə yaşayırlar, öz torpağından məhrum olmalarından əzab-əziyyət çəkirlər. Bütün bunları gördükdə bu mənzərənin Sizə necə təsir etdiyini xatırlayıram. Gördüyünüz mənzərədən gözlərinizin necə yaşardığı yadımdadır. Azərbaycanın düşdüyü vəziyyət haqqında, dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların Azərbaycana, münaqişəyə ədalətsiz münasibəti haqqında və münaqişənin nizama salınması işinə yardım göstərilməsi üçün kifayət qədər tədbir görülmədiyi haqqında həqiqəti dünya ictimaiyyətinə çatdırmağınızı qiymətləndiririk.

Əziz Slava! Siz Azərbaycanda doğulmusunuz. Yadımdadır, Siz dünən konsertdən sonra dediniz ki, ananız Sizi Azərbaycanda doğduğuna görə ona minnətdarsınız. Mən bu ifadəni yadımda saxladım.

Siz xoşbəxt bir insan kimi məhz burada, Azərbaycanda anadan olmusunuz, Sizin xoşbəxt taleyiniz olmuşdur – həm yaradıcılığınızda, həm də şəxsi həyatınızda. Ən böyük xoşbəxtliyiniz ondadır ki, Sizin ömür-gün yoldaşınız Qalina Pavlovna Vişnevskaya kimi gözəl bir qadındır. Əlbəttə, sizi məhəbbət birləşdirmişdir. Ağır sınaqlara, məhrumiyyətlərə və iztirablara məruz qalmış belə möhkəm münasibətlər məhəbbət olmadan yarana bilməz. Bəli, birgə həyatınızın əsası qarşılıqlı məhəbbətdir. Lakin bununla yanaşı, siz ona görə xoşbəxtsiniz ki, həyat yoldaşınız görkəmli müğənni və Sizin kimi, bəlkə də Sizdən daha qorxmaz qadındır. Mən çox ağır cətinliklərlə üzləşdiyiniz illəri nəzərdə tuturam. Bu cətinliklərə sinə gərməkdə Sizə möhkəm iradənizlə yanaşı, Qalina Pavlovna da kömək etmişdir. Sizə olan sədaqəti ilə, yorulmaz musiqi və ictimai fəaliyyəti ilə. Siz haqq-ədalət, insan hüquqları uğrunda birgə mübarizə aparmısınız. Bu mənada hansınızın çox, hansınızın az iş gördüyünü özünüz müəyyən edə bilərsiniz. Lakin, hər halda, kənardan aydın görünür ki, Slava da, Qalina Pavlovna da ədalət və insan hüquqları uğrunda əsl mübariz olmuşlar.

Qalina Pavlovna gözəl qadındır. Bilirsiniz, axı, kişilər gözəl qadınları sevirlər. Bilirəm ki, Slava da belələrindəndir. Slava, ümumiyyətlə, qadınları sevir, mən bunu bilirəm. Lakin başqaları nə qədər gözəl olsalar da, onların ən gözəli Qalina Pavlovnadır. Qalina Pavlovna çox ağıllı, dəmir iradəli, möhkəm xarakterli qadındır. Bu həmişə gözə çarpır. Bu isə Sizə böyük həyanlıqdır. O, özü-özlüyündə böyük şəxsiyyətdir. Bilirsiniz, bəzən elə olur ki, iki şəxsiyyət bir evdə yola gedə bilmir və bu, bir həqiqətdir. İki şəxsiyyət bir yerdə olanda tez-tez çəkişmə, qalmaqal baş verir, çünki kişi də şəxsiyyətdir, qadın da.

Sizin səadətiniz ondadır ki, Qalina Pavlovna da şəxsiyyətdir, Siz də şəxsiyyətsiniz və bir yerdəsiniz, bir-birinizi tamamlayırsınız, bir-birinizə kömək edirsiniz. Şadam ki, Sizin 75 illiyiniz, yəni 75 illiyinizə həsr olunmuş yubiley şənlikləri Azərbaycanda, Vətəninizdə başlayır. Beş il əvvəl, Siz 70 illiyinizi qeyd edərkən şənliklər Parisdə başlamışdı və mənə də oraya dəvət edilmək və 70 illiyinizə həsr olunmuş şənliklərə qoşulmaq şərəfi nəsib olmuşdu. Bunun ardınca şənliklər Azərbaycanda geniş miqyasda keçirildi. İndi bu şənliklər Azərbaycanda başlayır. Ona görə də çalışdıq ki, hər şey Sizə layiq olsun. Hesab edirəm ki, biz nə isə edə bildik və 75 illiyinizə yaxşı start verdik. Zənnimcə, 75 illiyinizin qeyd ediləcəyi başqa ölkələrdə də Sizin Vətəninizin təsiri, hər halda, duyulacaqdır.

Şadam ki, burada atanızın muzeyi və Sizin muzeyiniz yaxşı vəziyyətdədir. Bu gün muzeydə olmusunuz, bu barədə mənə məlumat verdilər, danışdılar. Hər şey beş il əvvəl Sizinlə şərtləşdiyimiz kimi inkişaf edir. Slava, hamı təəccüblənir ki, Siz bütün bu illər ərzində bir gün belə dincəlməyib, bütün dünyanı gəzib-dolaşmısınız, həyatınızın əksər hissəsini təyyarələrdə keçirmisiniz, hər bir ölkədə dünənki kimi tükənməz enerji ilə, böyük qüvvə ilə çıxış etmisiniz, özü də bəzən bir deyil, iki deyil, daha çox konsert verirsiniz, formanızı isə saxlayırsınız. Siz çox sağlamsınız, Sizdə çox böyük enerji var, bu isə, şübhəsiz, belə düşünməyə əsas verir ki, qarşıda hələ iş çoxdur və Siz onları yerinə yetirməyə qadirsiniz.

Mən Sizi bir daha təbrik edirəm, Sizə cansağlığı arzulayıram. Yəqin artıq mətbuatdan Sizə məlumdur, televiziya ilə xəbər vermişlər, məncə, bu gün “Bakinski raboçi” qəzetində də dərc edilmişdir ki, Azərbaycan Prezidentinin Fərmanı ilə Siz Azərbaycanın ali ordeni – “İstiqlal” ordeni ilə təltif olunmusunuz. Bizim ali ordenimiz məhz belə adlanır. Xalqımız bir çox əsrlər boyu müstəqilliyə can atmışdır. Ona görə də xalqımızın müstəqillik əldə etməsi bizim üçün olduqca böyük tarixi əhəmiyyətə malik hadisədir.

Biz ötən il Azərbaycanın müstəqilliyinin 10 illiyini qeyd etdik və bizim ən ali ordenimiz “İstiqlal” adlanır. Siz bu ordenlə təltif edilmisiniz. Mən Azərbaycanın bu ali ordenini böyük məmnuniyyətlə Sizə təqdim etmək istəyirəm. Zənnimcə, bu orden ən müxtəlif ölkələrdə aldığınız çoxsaylı ordenləriniz arasında öz layiqli yerini tutacaqdır. Sizi bir daha təbrik edirəm.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev maestro Mstislav Rostropoviçə “İstiqlal” ordenini və ordenin vəsiqəsini, onun 75 illik yubileyi münasibətilə təbrik məktubunu, Azərbaycan Respublikasının ali ordeni –“İstiqlal” ordeni ilə təltif edilməsi barədə Fərmanın əslini təqdim etdi.

X X X

Sonra mərasimdə Mstislav Rostropoviç çıxış etdi.

MSTİSLAV ROSTROPOVİÇİN ÇIXIŞI

- Əziz və sevimli Prezident!

Əziz qonaqlar!

Əziz həmkarlar!

Əziz dostlar!

Əlbəttə, mən çox həyəcanlıyam. Orden almağa öyrəşməyimə baxmayaraq, mən hansı ordeni aldığımı və bu ordeni kimin təqdim etdiyini çox gözəl başa düşürəm. Bilirsiniz ki, ordenlərimin arasında lap çoxdan, demək olar, min il bundan əvvəl – 1054-cü ildə Danimarkada təsis edilmiş orden də var. İndi aldığım orden isə bu yaxınlarda təsis edilmişdir və ən başlıcası budur ki, o, ”İstiqlal” adlanır. Onu isə mənə sevimli ölkəmi – Azərbaycanı müstəqil etmiş Prezident Heydər Əliyev təqdim etmişdir.

İndiyədək heç vaxt belə şey təkrar olmamışdır. Bilirsiniz, hesab etmək olar ki, bəzi ölkələr çətin vəziyyətdə olmuşlar, o cümlədən də Azərbaycan. Çünki Azərbaycan zəngin ölkədir, öz faydalı qazıntıları ilə zəngindir, istedadları ilə zəngindir, ona görə də dünyada hökmranlıq etmək istəyən hər bir ölkə Azərbaycanı tabe etməyə çalışmışdır. Ona görə də həqiqətən, güclü iradəyə, əsl siyasi dühaya malik olmaq lazım idi ki, çox da ağrılı nəticələr olmadan, vətəndaş müharibəsi baş vermədən Azərbaycanı müstəqil, gözəl və azad bir məmləkətə çevirmək mümkün olsun. Budur, indi bu ordeni şəxsən Sizdən qəbul edərkən deyim ki, o, malik olduğum bütün 42 orden arasında mənim üçün ən əziz ordenlərdən biridir.

Əziz Heydər Əliyeviç, sağ olun. Sağ olun ki, dünyaya göz açmaq səadətinin nəsib olduğu ölkəmi Siz belə bir haqq-ədalət qalasına, bütün sahələrdə tərəqqi diyarına çevirmisiniz. Dünən mən əsl artistləri dinlədim, dünən bizim şərəfimizə ziyafət verildi və orada folklor sənətçilərinin fantastik, bənzərsiz çıxışları oldu. Bu gün mən musiqi məktəbində oldum, orada 6-7 yaşlı uşaqlar musiqi parçaları ifa etdilər və bu da heyrətamiz idi. Ona görə də demək istəyirəm ki, çox böyük imkanlara malik olan bu xoşbəxt ölkənin əsl sükançısı var və o, bizim Azərbaycan gəmisini firavanlığa və səadətə doğru aparır.

Hər şeyə görə çox-çox sağ olun və Allah Sizə cansağlığı versin.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev maestronun xanımına müraciət edərək, ona səadət və firavanlıq arzuladı. Qalina Vişnevskaya da diqqətə görə Azərbaycan dövlətinin başçısına təşəkkür etdi və ona möhkəm cansağlığı arzuladı.

X X X

Mərasimdə Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət naziri Polad Bülbüloğlu iştirak edirdilər.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan hərbi qulluqçuları “Kurtaran – 2024” sualtı axtarış və xilasetmə təlimində iştirak ediblər

İrandan idxal olunan bəzi qida məhsulları ilə əlaqədar bu ölkəyə bildiriş göndərilib

Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü

ANAMA sədri İsveçrədəki beynəlxalq tədbirdə ölkəmizin üzləşdiyi mina problemindən danışıb

COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir

Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb

Qlazqo Universitetinin tələbələri COP29-la bağlı məlumatlandırılıb

® Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb

Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın aktiv məşğulluq proqramları barədə məlumatlandırılıb

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb VİDEO

BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub

ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib

Ziyanvericilərin törətdikləri xəstəliklər səbəbindən qurumuş ağaclar götürülür

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Azərbaycanda müasir idarəetmə formaları: yeni reallıqlar və perspektivlər” – DİA-da elmi konfrans

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Mormon Kilsəsinin və Stirlinq Fondunun nümayəndələrini qəbul edib VİDEO

Azərbaycanla Əlcəzair arasında ikitərəfli və regional məsələlər müzakirə olunub

Naxçıvan şəhərində evdə yanğın olub

Politoloq: Azərbaycan enerji təhlükəsizliyində Avropa İttifaqının önəmli strateji tərəfdaşıdır

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb

Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib

Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq

Xalq yazıçısı Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşüb

İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib

Çiğdem Erdoğan: Azərbaycan-Türkiyə əlaqələri dinamik inkişaf edir

Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb

XTQ-nin yaradılmasının 25-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib VİDEO

Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb

Türkiyədə “Heydər Əliyev adına təqaüd” proqramında iştirak etmək üçün ərizələrin qəbuluna başlanılıb

RF XİN: Rusiyaya gələn əcnəbi vətəndaşların ətraflı yoxlanılması müvəqqəti xarakter daşıyır

Azərbaycan ombudsmanı autizmli şəxslərlə görüşüb

BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər

Azərbaycan Respublikası Prezidentinin “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 225 nömrəli, “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 3 mart tarixli 391 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli və “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

APOPO-nun nümayəndələri Bakı Mühəndislik Universitetində olublar

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” 2004-cü il 29 dekabr tarixli 172 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 262 nömrəli və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir

Dövlət Məşğulluq Agentliyi yenidən “Antikorrupsiya İdarəetmə sistemi” üzrə ISO sertifikatına layiq görülüb

Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira partiyası əməkdaşlığı genişləndirir VİDEO

Sumqayıtda avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər saxlanılıb

BMTM-də Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının heyəti ilə görüş olub

Bakı-Ələt-Qazax avtomobil yolunun 284-cü kilometrliyində qurumuş ağaclar ərazidən götürülüb

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları sərhədçilərlə görüşüb

Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır

Ərəb Liqası-Azərbaycan və Mərkəzi Asiya formatını dəstəkləyən Doha Bəyannaməsi qəbul edilib

Xəbərdarlıq: Temperatur 4-8° enəcək, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq

Respublika fənn olimpiadalarının biologiya və coğrafiya üzrə final turu keçirilib

Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO

Azərbaycanlı alim tərtibçisi olduğu “Divanü lüğat-it-türk” əsərini Türkiyə səfirliyinə təqdim edib

Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib

Nizami rayonunda küçənin bir hissəsi təmir olunub

Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Livanın xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

“Yaşıl şəbəkə” maarifləndirmə proqramı çərçivəsində IX Ekoloji Forum keçirilib

Şuşaya qayıdış başlayır VİDEO

Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub

XİN: Fransa rəsmisinin Azərbaycana qarşı əsassız və ittiham xarakterli iddialarını qətiyyətlə rədd edirik

Mayda bəzi günlərdə havanın temperaturu 35 dərəcəyə yüksələcək

Səksən iki minə yaxın uşaq avtomatik olaraq birinci sinfə yerləşdirilib

Lənkəranda baş verən qəzada piyada ölüb

Nazir: Azərbaycan qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazırdır

G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər

Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib

Vyanada keçirilən konfransda Fransanın assimilyasiya siyasətindən danışılıb VİDEO

Akademik İsa Həbibbəyli: Əli Tudənin yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur

Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb

İndoneziyada Ruanq vulkanı yenidən püskürüb

Azərbaycan Dövlət Rəqs Ansamblı Xivədə “Lazgi” Beynəlxalq Festivalında birinci yerə layiq görülüb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri açıqlanıb: 4 nəfər 300 bal toplayıb

Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib

Əməkdar artist Osman Hacıbəyovun 100 illiyi münasibətilə tədbir keçirilib

ADNSU-da törədilmiş terror aktının 15-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Reabilitasiya Müəssisəsində tibbi aksiya keçirilib

Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır

Azərbaycan COP29 sədrliyi zamanı “Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlıdır

Ceyhun Bayramov: Yaxın Şərqdə gərginliyin davam etməsi dərin narahatlıq mənbəyidir

Nazir müavini: Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində 6 məktəb tikiləcək

Hindistanda polislə atışmada yeddi üsyançı öldürülüb

Aqrar Sığorta Fondu 2024-cü ilin ilk rübü üzrə nəticələrini açıqlayıb

“Tron 3” filminin nümayiş tarixi məlum olub

Məhəmməd Füzuli yaradıcılığı Polşa ədəbiyyat portallarında

Yaponların ənənəvi qeyri-adi festivalı keçirilib

Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilir

Türkiyə və Azərbaycan kitabxanaları arasında əməkdaşlıq və birgə layihələr müzakirə olunub

Kral Çarlz Londonda ictimai vəzifəsinə davam edir - AZƏRTAC-ın eksklüziv fotoları VİDEO

Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək

Azad Gözəlov: Azərbaycanda avarçəkmə və kanoenin fəaliyyətini genişləndirmək niyyətindəyik

Avropada 51 mindən çox azyaşlı qaçqın itkin düşüb

Akademik Milli Dram Teatrı may repertuarını açıqlayıb

Mingəçevirdə “Prezident Kuboku-2024” reqatasının iştirakçılarının rəsmi paradı olub

Azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqların sayı açıqlanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qətərli həmkarı ilə görüşüb

400-dən çox məktəbli və universitet tələbəsi “IDDA CUP – Bahar 2024” olimpiadasında iştirak edib

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Azərbaycan ilə İtaliya arasında diaspor sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Latviya Belarusla sərhəddə yeddi yeni döyüş taboru formalaşdıracaq