Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV DÖVLƏT İNCƏSƏNƏT MUZEYİNİN YAXINLIĞINDAKI PARKDA BAŞA ÇATMIŞ ƏSASLI TƏMİR VƏ YENİDƏNQURMA İŞLƏRİ İLƏ TANIŞ OLMUŞDUR

Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyinin yaxınlığındakı, Niyazi küçəsindəki parkda başa çatmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur. Dövlətimizin başçısına məlumat verildi ki, burada işlərə iki ay əvvəl başlanmış və qısa müddətdə tamamlanmışdır. Ötən əsrin 20-ci illərində memar K.Sençixinin layihəsi üzrə burada salınmış kiçik bağça sonralar bağ-park memarlığı nümunəsi kimi yenidən qurulmuşdur. Parkın elementlərinin özünəməxsus formaları keçmiş Dağüstü parkın arxitekturasını xatırladırdı. Bura ətrafda yaşayan sakinlərin xoşladıqları istirahət guşələrindən biri idi.
Dövlətimizin başçısı İlham Əliyev parkın təmir-bərpa işlərindən əvvəlki vəziyyətini əks etdirən fotoşəkillərlə tanış oldu. Bildirildi ki, görkəmini itirən park sakinlərin istirahəti üçün də yararsız vəziyyətdə idi. Şəhərin mərkəzində yerləşən bu guşənin yenidən əvvəlki görkəminə qaytarılması bir növ zərurətə çevrilmişdi. Əsaslı təmir işləri ən yüksək səviyyədə görülmüş, parkın ərazisi başdan-başa yenidən qurulmuşdur. Yaşıllaşdırma işləri aparılmış, yeni dekorativ bitkilər əkilmişdir. Dörd fəvvarə və bir neçə süni bulaq gözəl mənzərə yaradır. Burada xüsusi işıqlandırma sistemi də quraşdırılmış, yeni oturacaqlar qoyulmuşdur.
Prezident İLHAM ƏLİYEV tikintidə iştirak etmiş inşaatçılarla görüşüb onlarla söhbət etdi:
-Bu park çox gözəlləşibdir. Bura Bakının tarixi yeridir və indi yeni görkəm alıbdır. Amma bütün öz tarixi simasını saxlayıb, yəni burada heç nə dəyişilməyibdir. Sadəcə olaraq, yeniləşib və Bakının çox gözəl yerinə çevrilibdir. Gördüyünüz işlər mənim çox xoşuma gəldi, çox gözəldir.
Mən dünən axşam da gəlmişdim, gecə görüntüsü də çox gözəldir. İndi də gəldim ki, baxım gündüz necə görünür. Gündüz görüntüsü də gözəldir. Siz də iki ay ərzində burada çox fəal işləmisiniz, çox gözəl əsər yaratmısınız. Sizə təşəkkür edirəm.
Bakının gözəl yerləri çoxdur. Biz gərək onların hamısını abadlaşdıraq. Bütün meydanlar, tarixi küçələr, binalar təzə görkəm alır. Görürsünüz, bu binalara da yeni üzlük daş çəkilir ki, ətraf gözəl olsun. O biri tərəfdəki parkda da işlər başlanmalıdır. O da tarixi parkdır. Orada da təmirə ehtiyac var. Amma yenə də əvvəlki əsas tarixi quruluşunu saxlamaq şərtilə, heç nə dəyişmədən, sadəcə olaraq, bərpa etmək lazımdır. Çox gözəl, müasir, səliqəli, təmiz, gözəl bir park yaranacaqdır.
Burada da istirahət etmək, dincəlmək, gəzmək üçün hər cür şərait var, oturacaqlar da qoyulmuşdur. Azərbaycanda bir neçə gözəl park yaranıbdır. Heydər Əliyev adına Sarayın qarşısında da. Yadınızdadır, ora əvvəllər nə gündə idi. Yerə iri beton plitələr döşənmişdi. Mən ilk dəfə heykəl qoyulacaq yerə baxanda gördüm. İndi isə ən gözəl parklardan biridir. Bakıda belə yerlər çoxdur. Sadəcə olaraq, biz gərək onları müasir səviyyəyə çatdıraq, səliqə ilə həm gözəlləşdirək, həm də onların funksional mənası da olsun. Yəni indi insanlar Heydər Əliyevin abidəsinin ətrafında gecə-gündüz gəzirlər, dincəlirlər. Yayın istisində fəvvarələr ətrafa sərinlik verir. Mən hər dəfə oradan maşınla keçəndə görürəm ki, park uşaqlarla, yaşlı insanlarla doludur. Amma əvvəllər qaranlıq idi, heç bir şərait yox idi və oraya heç kim də gəlmirdi. İndi bura da insanlarla dolu olacaqdır. Çünki belə gözəl şərait var, camaat gələcək, dincələcəklər.
Bura mənə də doğma yerdir. Burada vaxtımı çox keçirmişəm. Məktəbi də təmir etdik, indi gərək biz onu da üzlük daşla yenidən gözəlləşdirək. Bakının gözəl naxışları ilə, Bakı memarlığına xas olan elementlər bərpa olunmalıdır. Yadınızdadır, bu bina da nə gündə idi. Biabırçı vəziyyətdə idi, indi isə elə bil ki, təzə gözəl binadır. Hər tərəf belə olmalıdır. Ona görə hələ qabaqda iş çoxdur. Siz də hazır olun, şəhərimizi bərabər gözəlləşdirək. Sağ olun.
İnşaatçılar dövlətimizin başçısına təşəkkürlərini bildirdilər, onun rəhbərliyi altında aparılan abadlıq işlərindən məmnunluqlarını vurğuladılar.
X   X   X
Daha sonra dövlətimizin başçısı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının yerləşdiyi bağa gəldi, burada əsaslı təmir işlərinin aparılmasının vacibliyini bildirdi. Bildirildi ki, şəhərin ilk bağlarından olan və keçmişdə “Qubernator bağı” kimi tanınan bu ərazinin özünəməxsus bitki aləmi var. XIX əsrin 30-cu illərində salınan bu bağın ərazisi elə həmin əsrin 60-70-ci illərində xeyli genişləndirilmişdir. Ötən əsrin 70-ci illərində isə yenidən qurulmuş, əlavə yaşıllaşdırma işləri görülmüşdür. Lakin ərazinin təkrarolunmaz koloriti qorunub saxlanılmışdır. Bağdakı sıx yaşıllıq, fəvvarə, pavilyon və köşklər buranı paytaxt sakinlərinin daimi istirahət yerinə çevirmişdir. Lakin park mənzərəsinin yaddaqalan və ifadəli elementlərinin mövcud olduğu bu ərazinin müasir görkəm alması üçün təmir işlərinin aparılmasına ehtiyac vardır.
Prezident İlham Əliyev ərazi ilə yaxından tanışlığı zamanı paytaxtın əsas istirahət yerlərindən olan bu bağın da təmir olunması üçün tapşırıq və tövsiyələrini verdi. Dövlətimizin başçısı bildirdi ki, təmir işləri elə aparılmalıdır ki, mövcud memarlıq ansamblı pozulmasın.
Prezident İlham Əliyev bağla tanışlıq zamanı paytaxt sakinləri ilə də görüşdü.
Sakinlər dövlətimizin başçısına Allahdan cansağlığı, işlərində uğurlar diləyərək dedilər ki, cənab Prezident, hamı Sizi çox istəyir, sevir. Allah atanıza rəhmət eləsin. Ulu tanrı Sizə yar olsun!
Prezident İlham Əliyev bağda yerləşən fəvvarənin kənarına gəldi, xüsusi memarlıq üslubuna malik fəvvarənin yenidən qurulması ilə bağlı tapşırıqlarını verdi, fəvvarənin yaxınlığındakı ərazinin də abadlaşdırılmasının, burada təmir işlərinin aparılmasının vacibliyini vurğuladı.
Dövlətimizin başçısı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında aparılan təmir işlərinin gedişi ilə də maraqlandı. Bakıdakı memarlıq baxımından əhəmiyyətli binaların qorunmasının və təmir-bərpasının davam etdirilməsinin vacibliyini bildirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Problemlərin inkarı Fransa üçün Afrikanın itirilməsi ilə nəticələndi, növbədə “xarici ərazilərdir” TƏHLİL

Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Cənubi Qafqazda sülhün qarantı ŞƏRH

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc Sahibkarların 10-cu Beynəlxalq Kazan Forumu başa çatıb

Milli Kitabxanada növbəti treninqin müdavimlərinə sertifikatlar təqdim olunub

Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti açılıb

Qarabağ Universitetinin bukleti hazırlanıb

Azərbaycan boksçuları Konstantin Korotkov Memorialını 5 medalla başa vurublar

Güclü leysan və dolu Qaxın kəndlərində fəsadlar törədib, dəymiş ziyan hesablanır

Polkovnik: Heç bir qüvvə Azərbaycanda xalq-ordu birliyinə xələl gətirə bilməz

Fransa Kaledoniyada baş verənləri Azərbaycanın adına yazmaqla dünya ictimaiyyətində çaşqınlıq yaradır ŞƏRH

ADPU-nu 50 il əvvəl bitirən məzunların görüşü keçirilib

Türkiyə Əfqanıstana 24 ton humanitar yardım yollayıb

Türkiyədə “Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə “Gənclik həftəsi” keçirilir

Azərbaycanın güləş üzrə daha bir yığması Avropa çempionu olub

GDU-da tələbələr imtahanların keçirilmə qaydaları barədə məlumatlandırılıblar

Ədəbiyyat Muzeyinin Aran regional filialı “Açıq qapı” günü təşkil edib

GDU-nun Regional Kollecində Məzun günü keçirilib

Azərbaycan gimnastlarının Neftçalada nümunəvi çıxışları olub

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərarlar çıxarılıb

Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri bəlli olub

Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir

Türkiyə Prezidenti: Su mübahisələri qlobal münaqişələrə səbəb olur

Mil-Muğan regionunda IV sinif üzrə monitorinqdə 7209 şagirdi iştirak edib VİDEO

Şimal bölgəsi üzrə 8 min 337 şagird monitorinqə cəlb olunub

Solmaz Amanova Azərbaycanı Həştərxan Ədəbiyyat Festivalında təmsil edir

Azərbaycan Beynəlxalq Hərbi İdman Şurasının 79-cu Baş Assambleyasında təmsil olunub

Azərbaycanın həndbol millisi Özbəkistanda üçüncü qələbəsini qazanıb

Qərbi Azərbaycan İcmasında Yunis Rzayevin 100 illiyi qeyd olunub

Qərbin “demokratiya cəngavərləri” və onların yerli “marionet kuklaları”nın nəzərinə

“Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb VİDEO

Nazir: Türk İnvestisiya Fondu beynəlxalq təcrübəyə uyğun fəaliyyət göstərəcək

Seneqalın Baş naziri ölkə ərazisində Fransa hərbi bazalarının olmasını tənqid edib

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub YENİLƏNƏCƏK

Ombudsman Masallıda vətəndaşların müraciətlərini dinləyib

Nikol Paşinyan devrilərsə hakimiyyət yenidən “Qarabağ klanı”na təhvil veriləcək ŞƏRH

Aqrar sektorda yeni innovasiyalar tətbiq edən Çex şirkəti Azərbaycana sərmayə qoymaqda maraqlıdır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər  YENİLƏNİB

Üçqat dünya çempionu: Növbəti finalda da Vətənimi layiqincə təmsil edəcəyəm

“Gənc İstedadlar” liseyində Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib

“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib YENİLƏNİB

Naxçıvanda 5 minə yaxın şagird monitorinqdə iştirak edib

Yerli brendin yaradıcısı: Azərbaycanda qalstukları ən çox qadınlar alır - MÜSAHİBƏ

Pakistanda mikroavtobus dərəyə aşıb, azı 13 nəfər ölüb

Başkent Universitetinin Bakıda nümayəndəliyi açılıb FOTO

Agentlik: IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib

UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək

Naxçıvanda "Mir Kazım ağa" kəhrizi təmir edilib

Prezident İlham Əliyev Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Baş katib: Azərbaycan xizək alpinizmi üzrə Dünya Kubokunu qəbul etməyə tam hazırdır

“Sən həmişə mənimləsən” yenidən Şuşa Teatrının səhnəsində

Nazir: “Azerbaijan Coca-Cola Bottlers”in ikinci müəssisəsinin açılması bölgənin inkişafına töhfə verəcək

Məleykə Abbaszadə: Hər bir uşaq hiss etməlidir ki, evdə ona bəslənilən sevgi imtahanın nəticəsinə görə deyil

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbirlər keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər  YENİLƏNİB

Paytaxt üzrə 50 minə yaxın lV sinif şagirdi imtahan verib

“Kəpəz” – “Zirə” oyununa əcnəbi hakimin təyin edilməməsinin səbəbi məlum olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşüb

Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyulub YENİLƏNİB

Avropa çempionu olan Azərbaycan güləş yığması Vətənə qayıdıb

“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açır VİDEO

Keçən il Naxçıvanın büdcəsində gəlirlər üzrə proqnoza 121,1 faiz əməl olunub

Belarus-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirən qarşılıqlı maraqlar ŞƏRH

Hyustonda fırtına nəticəsində ölənlərin sayı yeddiyə çatıb

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub YENİLƏNİB

Cəbrayılın Karxulu kəndinin təməli qoyulub YENİLƏNİB

Azərbaycan nümayəndə heyətinin Mərakeş Krallığına səfəri davam edir

Rumıniya voleybol millisinin baş məşqçisi: Azərbaycan yığması bizə təhlükəli anlar yaşatdı

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub YENİLƏNİB

Azərbaycan atleti 3-cü dəfə dünya çempionu olub

Azərbaycan-Belarus tərəfdaşlığı özünün ən yüksək mərhələsindədir ŞƏRH

Macarıstanın xarici işlər naziri: Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtması vacibdir

Məleykə Abbaszadə: İmtahan modelinin dəyişilməsi üçün əvvəlcə hüquqi addımlar atılmalıdır

Rumıniyalı voleybolçu: Azərbaycan millisinə hörmətimiz sonsuzdur

Ukrayna dağılmış elektrik stansiyalarının bərpasına 38 milyon dollar ayırıb

Daşqınlardan zərərçəkmişlərə yardımlar Braziliya büdcəsinə azı 2 milyard dollara başa gələcək

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Roma Papası iqlim dəyişməsi ilə mübarizədə təcili addımlar atmağa çağırıb

Binəqədi rayonunda usta işlədiyi evlərdən oğurluqlar etdiyi üçün saxlanılıb VİDEO

“Yuğ” teatrı “21:45 qatarı” premyera tamaşasını növbəti dəfə təqdim edib

Şirvanda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub

Bu il hansı ixtisaslar üzrə keçid balı artacaq?

Əfqanıstanda daşqınlar 50 nəfərin həyatına son qoyub

Azərbaycanda ilk dəfə xizək alpinizmi üzrə Dünya Kuboku keçiriləcək

Zelenski Kiyevə yenidən hücum təhlükəsinə aydınlıq gətirib

Yerli düyüyə tələbat artdıqca, əkin sahələri də genişlənir VİDEO

Xorvatiyada keçirilən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin iclasında iştirakçılar COP29-la bağlı məlumatlandırılıblar

“Qərbi Azərbaycanda kitab və kitabxana mədəniyyəti” - BDU-da elmi konfrans

Məleykə Abbaszadə: XI sinif buraxılış imtahanları ilə bağlı apellyasiyanın nəticəsi ümumi vəziyyəti dəyişməyəcək

Fransa Yeni Kaledoniyada hərbi vəziyyət elan edib

İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd ediləcək

Azərbaycan Premyer Liqası: İki oyuna əcnəbi VAR hakimi təyin olunub

Müdafiə Nazirliyi: Mayda 254 hektardan çox ərazi minalardan tam təmizlənib VİDEO

DİM rəhbəri müsabiqədə imtahansız iştirak etmək istəyən subbakalavrlara müraciət edib