RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV KOREYA RESPUBLİKASININ “CU ANG LİBO” QƏZETİNİN BAŞ REDAKTORU VƏ RƏHBƏRİ ÇANQ KYU LİYƏ VƏ QƏZETİN MÜXBİRİ Lİ SEK-HUYA MÜSAHİBƏ VERMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Prezident sarayında Koreya
Respublikasının “Cu Ang Libo” qəzetinin baş redaktoru və rəhbəri Çanq Kyu Liyə və qəzetin müxbiri Li Sek-Huya müsahibə vermişdir.
Dövlətimizin başçısı Azərbaycan-Cənubi Koreya ikitərəfli münasibətləri, ölkəmizin sürətli iqtisadi inkişafı, dünyanın aparıcı şirkətlərinin Azərbaycana olan marağı və digər məsələlərlə bağlı suallara ətraflı cavab vermişdir.