RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞININ ALİ TURİZM TƏŞKİLATININ BAŞ KATİBİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 11-də Prezident sarayında Səudiyyə Ərəbistanı Krallığının Ali Turizm Təşkilatının Baş katibi Sultan bin Salman bin Əbdüləziz Al Səudu qəbul etmişdir.
Dövlətimizin başçısı İlham Əliyev qonağın bu səfərini, İKT-nin Bakıda keçirilən tədbirində iştirak etməsini Azərbaycan haqqında daha geniş və dolğun məlumat alması üçün gözəl fürsət kimi dəyərləndirdi.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına səfərlərini və keçirdiyi görüşləri məmnunluqla xatırlatdı.
Sultan bin Salman bin Əbdüləziz Al Səud Bakıda yüksək səviyyədə təşkil edilən konfransın əhəmiyyətini vurğuladı.
Görüşdə Azərbaycanda turizm infrastrukturunun sürətlə inkişaf etdiyi, bu sahənin əməkdaşlıq üçün yeni imkanlar açdığı bildirildi.