Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

- Bugünkü görüşdə çox maraqlı fikirlər, təkliflər səsləndi. Mən hesab edirəm ki, Gənclər və İdman Nazirliyi bütün bunları ümumiləşdirib təkliflə çıxış etməlidir və biz əlavə tədbirlər haqqında qərar verməliyik. Bildiyiniz kimi, 2007-ci il Azərbaycanda gənclər ili elan olunmuşdur. Çoxlu tədbirlər keçiriləcəkdir. Mən çox istərdim ki, həm o tədbirlərin məzmunu, forması müasir səviyyəyə uyğun olsun, həm də gənclər 2007-ci ildə görüləcək işlərdən, doğrudan da, daha çox faydalansınlar.
Bildiyiniz kimi, indi bölgələrdə gənclər evlərinin tikintisi nəzərdə tutulubdur. Bu da çox gözəl təşəbbüsdür. Sadəcə olaraq, elə etməliyik ki, bu, hansısa bir formal tədbirə çevrilməsin. Yəni gənclər evlərində doğrudan da, gəncləri maraqlandıran tədbirlər, sərgilər, hansısa görüşlər keçirilsin. Bütövlükdə, gənclərin asudə vaxtını daha da səmərəli təşkil etmək üçün daha çox işləməliyik.
Bu gün səslənən fikirlərdə və təkliflərdə, eyni zamanda, hesabat xarakterli çıxışlarda mən bir daha gördüm ki, gənclər, doğrudan da, həyatımızın bütün sahələrində fəal iştirak edirlər. Siyasi, iqtisadi, ictimai işlərlə məşğuldurlar, ölkənin hərtərəfli inkişafında fəal iştirak edirlər. Çox gözəldir, çox yaxşıdır, çox əlamətdar hadisədir. Bununla bərabər, gənclərin asudə vaxtı da yaxşı keçməlidir. Təbii ki, hər bir insan, hər bir gənc öz asudə vaxtını özü bildiyi kimi keçirir. Mən də xatırlayıram, gənc olanda asudə vaxtımı, əlbəttə ki, özüm istədiyim kimi keçirirdim. Ancaq o illərdə o qədər də böyük seçim yox idi. Çünki qapalı bir ölkə idi, imkanlar da çox məhdud idi və ideoloji çərçivələr də çox insanları incidirdi. Bu gün isə biz tam başqa şəraitdə yaşayırıq və imkanlar da çoxdur. Amma bununla bərabər, hesab edirəm, gənclərin asudə vaxtının səmərəli, maraqlı keçirilməsi üçün dövlət qurumları da öz təkliflərini verməlidir.
Məsələn, idman çox gözəl bir imkandır. İnsanlar idmanla məşğul olanda pis vərdişlərdən uzaq olurlar, narkotik vasitələrdən istifadə etmirlər, mənəvi cəhətdən də sağlam olurlar. Bütövlükdə, geniş mənada insanları, gəncləri maraqlandıran tədbirlər keçirilməlidir. Həm şəhərlərdə, xüsusilə də rayonlarda. Şəhərlərdə, təbii ki, ictimai həyat, mədəni həyat daha zəngindir. Bölgələrdə isə hələ ki, o səviyyəyə çata bilməmişik. Ona görə də xüsusilə bölgələrdə, rayonlarda, kəndlərdə gəncləri cəlb etmək üçün, onların həyatını daha da maraqlı etmək üçün praktik tədbirlər keçirilməlidir.
Bəzi hallarda hesabat naminə hansısa tədbir keçirilir. Bundan biz yavaş-yavaş əl çəkməliyik. Tədbir gərək məhz maraqlılığı ilə insanları cəlb etsin və gənclər də onda iştirak etmək istəsinlər. Ona görə mən hesab edirəm ki, həm bu gün səslənən, eyni zamanda, nazirlik xətti ilə görülən işlər əsasında ümumiləşdirilmiş formada gərək təkliflər verilsin. 2007-ci il bu baxımdan çox önəmli ildir, çünki gənclər ilidir. Ondan sonrakı illər də gənclər ili olacaqdır. Çünki gənclər, yenə də deyirəm, cəmiyyətin aparıcı hissəsidir, böyük hissədir və elə etməliyik ki, onların həyatı mənalı, maraqlı keçsin.
Burada, eyni zamanda, eşitdim ki, beynəlxalq təşkilatlarda bizim gənclərimiz çox fəal iştirak edirlər. Bu, çox sevindirici haldır. Mən də bilirəm, bu gün də deyildi ki, beynəlxalq, regional təşkilatlarda, başqa təşkilatlarda Azərbaycan nümayəndələri artıq qabaqcıl yerlərə çıxırlar. Bu, bir tərəfdən ölkə gənclərinin potensialını əks etdirir. Çünki beynəlxalq təşkilatlarda yüksək vəzifədə çalışmaq böyük bilik və peşəkarlıq tələb edir. Digər tərəfdən, ölkənin ümumi inkişafını əks etdirir. Biz beynəlxalq təşkilatlarda iştirakımızı daha da artırmalıyıq və çalışmalıyıq ki, Azərbaycanda beynəlxalq tədbirlər daha çox keçirilsin.
Bu gün səslənən təkliflər arasında Azərbaycanda siyasətlə məşğul olan gənclərin tədbirlərinin keçirilməsi fikri də çox maraqlı məsələdir. Azərbaycanda tədbirlər nə qədər çox keçirilərsə, dünyada Azərbaycan haqqında bir o qədər çox məlumat olacaqdır. Biz hələ ki, özümüzü tanıtmalıyıq. Bəzi hallarda Azərbaycan haqqında dünyada mövcud olan məlumat həqiqəti tam əks etdirmir. Bunun müəyyən səbəbləri var. Obyektiv səbəblər var ki, ölkəmiz gəncdir və müstəqilliyimizin ilk illərində o qədər problem var idi ki, bu məsələ bir növ arxa plana keçmişdi. Digər tərəfdən, o da həqiqətdir ki, biz yeganə ölkələrdən biriyik ki, bizə qarşı mütəşəkkil qaydada kampaniya aparılır. Dünya erməni lobbisi Azərbaycanı hədəfə götürübdür. Azərbaycanı ləkələmək, hörmətdən salmaq üçün Azərbaycan haqqında olmazın şayiələr yayırlar. Onların pulu çoxdur, diasporları güclüdür və dünyanın kütləvi informasiya vasitələrində kifayət qədər imkanları var. Azərbaycan haqqında çirkin məqalələrin arxasında, əksər hallarda, erməni təşkilatları dayanır. Ancaq biz vəziyyəti artıq dəyişirik və Azərbaycan haqqında dünyada mövcud olan təsəvvür reallığa yaxınlaşır. Amma tam reallığı əks etdirmir.
Bilirsiniz ki, mənim həm ölkə daxilində, həm də xaricdə çoxsaylı görüşlərim olur. Xüsusilə xarici təşkilatların ilk dəfə Azərbaycana gələn nümayəndələri çox həyəcanla bildirirlər ki, biz başqa fikirdə idik. Hesab edirdik ki, Azərbaycanda vəziyyət tam başqadır. Biz bu barədə qəzetdən, internetdən oxuyuruq. Amma görəndə ki, Azərbaycan inkişaf edir, ölkədə siyasi vəziyyət sabitdir, Azərbaycan tolerantlıq məkanıdır, əhalinin, həyat səviyyəsi yaxşılaşır, şəhərimiz gözəlləşir, bölgələrimiz gözəlləşir, onlar, doğrudan da, bunu gözləmirlər. Xüsusilə son zamanlar gələn qonaqlar bölgələrə də gedirlər. Bölgələrə gedib oradakı dəyişən vəziyyəti görürlər. Əlbəttə ki, bu, Azərbaycanın, necə deyərlər, nə qədər vacib bir ölkə olduğunu bir daha göstərir. Ən önəmlisi isə ondan ibarətdir ki, reallığı əks etdirir. Özümüzü tərifləmək, yaxud da ki, olmayan məsələlərlə öyünmək bizə lazım deyildir. Sadəcə, bizim reallığımız dünyaya məlum olsa bu, bizim üçün kifayətdir. Ona görə beynəlxalq əlaqələrin möhkəmlənməsi işinə daha da böyük diqqət göstərilməlidir.
                                Mən qeyd etdim ki, artıq Prezident proqramı işlənir, xarici institutlarda, aparıcı ali məktəblərdə Azərbaycan tələbələrinin oxuması məsələsi həll olunur. Bu məsələ Təhsil Nazirliyinə həvalə olunub, amma hesab edirəm ki, Gənclər və İdman Nazirliyi də iştirak etməlidir ki, biz ən dəyərli, ən bilikli gənclərin təhsil almasını bu proqrama daxil edək. Bu məsələ dövlət xətti ilə maliyyələşdiriləcək və əlbəttə ki, xaricdə, xarici ölkələrin aparıcı məktəblərində oxuyan gənclər Vətənə dönəndə artıq öz peşəkarlığı ilə ölkəmizin inkişafına xidmət göstərəcəklər.
Bəzi hallarda belə fikirlər də səslənir ki, onlar gedib, orada oxuyacaqlar, sonra qalacaqlar, gəlməyəcəklər. Belə fikirlər də var. Mən hesab edirəm, səmimi deyirəm, əgər belə olarsa, bunda da böyük qəbahət görmürəm. Hər halda, onlar Azərbaycan vətəndaşlarıdır, Azərbaycana bağlı olan insanlardır. Xaricdə də yaşasalar, işləsələr, yenə də əminəm ki, Azərbaycana xidmət edəcəklər. Ancaq biz elə etməliyik, onlar orada öz təhsilini başa çatdırandan sonra Azərbaycanda elə vəziyyət olsun ki, burada elə imkanlar yaransın, elə əmək haqqı olsun ki, onlar üçün fərq olmasın ki, ya xaricdə işləsinlər, yaxud da Azərbaycanda. Biz Azərbaycanda bu meyarları qaldırmalıyıq. Məsələn Avropa İttifaqı ilə noyabr ayında imzalanmış yeni qonşuluq siyasəti proqramının tərkib hissəsi ondan ibarətdir ki, Azərbaycanda mövcud olan standartlar qaldırılsın. Biz bunu istəyirik. Biz istəyirik ki, standartlar Avropa İttifaqının standartlarına uyğun olsun. O, ikinci məsələdir ki, biz Avropa İttifaqına daxil olacağıq, ya olmayacağıq, Avropa İttifaqı bunu istəyəcək, yaxud da ki, Azərbaycan istəyəcək. Bu, sonranın məsələsidir. Azərbaycan üçün, özünü hər cəhətdən təmin edən ölkə üçün o qədər də vacib məsələ deyildir. Ancaq biz istəyirik ki, dünyanın ən qabaqcıl praktikası, təcrübəsi Azərbaycanda tətbiq olunsun. O da Avropadadır. Siz də xaricdə olursunuz, internet vasitəsilə, başqa vasitələrlə bunu bilirsiniz, biz də görürük. Ən mütərəqqi quruluş, ən qabaqcıl texnologiyalar Avropadadır, iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələr Avropa İttifaqı ölkələridir. Biz də çalışmalıyıq ki, Azərbaycanda bütün standartlar yüksək səviyyəyə cavab versin. Bunu etmək üçün bizim imkanlarımız var, maliyyə, iqtisadi imkanlar var, istedadlı insanlar var, ölkədə bütövlükdə inteqrasiya meyilləri güclüdür, ölkə rəhbərliyinin siyasəti də bundan ibarətdir. Ona görə bu yolda heç bir maneə yoxdur, sadəcə olaraq, iradə lazımdır, o da var. Bir də ki, işin düzgün qurulması.
Ona görə mən istisna etmirəm ki, yaxın zamanlarda Azərbaycanda həyat səviyyəsi, mövcud olan standartlar, demokratik proses, ictimai proseslər Avropanın aparıcı ölkələrindəkindən fərqlənməyəcəkdir. Həyat səviyyəsinin yaxşılaşdırılması bu işdə vacib məsələdir. Çünki biz, ilk növbədə, zəngin ölkəyə çevrilməliyik. İnsanlar varlı, zəngin olmalıdır, yaxşı maaş almalıdır, rahat yaşamalıdırlar. Budur məqsəd, hər bir ölkə bunu istəyir. Biz də buna yaxınlaşırıq və bu prosesi biz kompleks şəkildə aparmalıyıq.
                                               Bir məsələ o biri məsələyə təkan verir. Yaxşı hazırlıqlı kadrlar, peşəkar mütəxəssislər, bilikli insanlar, eyni zamanda, ölkənin tərəqqisini müəyyən edəcəkdir, ölkənin sosial-iqtisadi inkişafı, siyasi proseslərin müsbət məcrada inkişaf etməsi şərait yaradır ki, belə mütərəqqi kadrlar yetişsin, hazırlansın.
Bəzi ölkələr var ki, onların da təbii sərvətləri var. Bəzi hallarda onlar hesab edirlər ki, bu təbii sərvətlər 100 il, 200 il olacaq, ondan sonra nə olacaq, Allah bilir. Biz başqa yolla gedirik. Bizim də təbii sərvətlərimiz bizə, ən azı, 100 il ərzində xidmət edəcəkdir, özü də böyük həcmdə. Onu da bilirsiniz ki, Azərbaycanı hansı böyük imkanlar gözləyir. Neft-qaz hasilatı və nəqli hesabına əldə olunacaq gəlirlər milyardlarla ölçülür. Ancaq düşünürük ki, bu, bizim üçün, sadəcə olaraq, gözəl bir imkandır. Sərvətləri bizə Allah yetirib və biz də onların işlənilməsinə nail olmuşuq, neft-qaz kəmərlərini tikmişik. Bu imkandan da istifadə etməliyik ki, ölkəmiz hərtərəfli inkişaf etsin. Bu işdə hər bir vətəndaş fəal iştirak etməlidir. Dövlət siyasəti bundan ibarətdir və bütün görülən işlər bunu göstərir. Neft-qaz ehtiyatları və onların işlənilməsi, nəqli, satışı, sadəcə, bir vasitədir ki, Azərbaycanda bütün başqa sahələr - təhsil, səhiyyə, sosial məsələlər, elm inkişaf etsin.
Bu gün burada deyildi ki, informasiya-kommunikasiya texnologiyalarına da biz böyük diqqət göstəririk. Qeyd olundu ki, mənim Davos İqtisadi Forumu çərçivəsində dünyanın aparıcı informasiya-kommunikasiya şirkətlərinin rəhbərləri ilə söhbətlərim, görüşlərim olmuşdur. Özü də demək istəyirəm ki, onların təşəbbüsü ilə olmuşdur. Yəni bu görüşlər üçün onlar təşəbbüs göstərmişdilər. Bunu nəyə görə deyirəm? Çünki bu, onu göstərir ki, Azərbaycan çox cəlbedici, çox maraqlı ölkəyə çevrilir. Nəyin hesabına? Azərbaycan kimi çox ölkə var. Onun hesabına ki, artıq sübut etmişik ki, biz böyük şirkətlər üçün etibarlı tərəfdaşıq. Sübut etmişik ki, Azərbaycanda gözəl investisiya mühiti var. Biz göstərmişik ki, iqtisadi artım baxımından Azərbaycana dünyada bərabər ölkə yoxdur. İkinci ildir biz bu liderliyi saxlayırıq və 2007-ci ildə də belə olacaqdır. Biz sübut etmişik ki, bu iqtisadi artım, ümumi daxili məhsulun artımı və neft gəlirləri Azərbaycanda yoxsulluğun azaldılmasına xidmət edir. Neft hasil edən bəzi başqa ölkələrdə belə deyildir. Nə qədər çox neft hasil edilirsə, yoxsulluq o qədər də çox artır. Çünki o gəlirlər bərabər şəkildə bölünmür. Çox kiçik təbəqə varlanır, ölkə əhalisi isə kasıblaşır və səfalət içində yaşayır. Amma baxın, Azərbaycanda üç il ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 20 faizə enibdir. Yəni bu onu göstərir ki, bizim siyasətimiz öz nəticəsini verməkdədir. Dünyanın aparıcı biznes elitası, hansı ki, Davos Forumunda iştirak edirdi, bunu görür və ona görə informasiya-kommunikasiya texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etmək istəyirlər. Eyni zamanda, görürlər ki, biz də bu sektoru prioritet etmişik. Mən hesab edirəm ki, bizim gənclərimiz də bu məsələyə çox böyük diqqət göstərməlidirlər. Çünki gələcək bununla bağlıdır. Dünyanın texnologiya baxımından gələcək inkişafı bu sektorla bağlıdır və bütün imkanlar var ki, Azərbaycan bu sahədə regional mərkəzə çevrilsin.
Çünki bir daha demək istəyirəm, beynəlxalq maliyyə qurumları ilə bizim gözəl münasibətlərimiz artıq 10 ildən artıqdır ki, davam edir. Ölkədə ibtidai baza yaradılır. Bu sahəni inkişaf etdirmək üçün insanlar gərək geniş mənada bu texnologiyalara sahib olsunlar. Biz isə məktəblərdə artıq kompyuter sinifləri yaradırıq. Hər bir uşaq kompyuteri bilməlidir.
Coğrafi vəziyyətimiz və eyni zamanda, öz maddi imkanlarımız. Mən də o görüşlərdə dedim ki, biz çox istəyirik ki, dünyanın aparıcı şirkətləri ilə bu sahədə əməkdaşlıq edək, ancaq siz sərmayə qoya da bilərsiniz və qoymaya da. Sizin sərmayənizə o qədər də ehtiyacımız yoxdur, bizim öz imkanımız var, öz pulumuz var. Biz, sadəcə olaraq, o texnologiyaları Azərbaycana gətirmək və güclü istehsal bazası yaratmaq istəyirik. Bu müasirlikdir, dünyaya inteqrasiyadır. Görün, neft-qaz amili nə qədər qısa müddət ərzində Azərbaycanın hərtərəfli inkişafında artıq öz rolunu oynamışdır. Bu sahə inkişaf edir, qeyri-neft sektoru inkişaf edir, yol infrastrukturu, elektrik stansiyalarının tikintisi, su xətlərinin çəkilişi, qazpaylayıcı şəbəkənin bərpası, səhiyyə ocaqlarının, məktəblərin tikintisi - bütün bunların təməlində 1994-cü ildə ulu öndər tərəfindən başlanmış uğurlu neft strategiyamız dayanır. O illərdə çoxlu mülahizələr, bəzilərinin gözü götürmürdü, bəzi hallarda şayiələr var idi ki, Azərbaycanda neft strategiyası iflasa uğrayacaq, Bakı-Ceyhan neft kəməri boş qalacaq, başqa ölkələrin nefti olmasa, o, səmərəsiz olacaqdır. İndi artıq altı aydır ki, Bakı-Tbilisi-Ceyhan fəaliyyətdədir. Yaxın vaxtlarda tam gücü ilə işləyəcək, özü də Azərbaycan nefti ilə. Əgər başqa ölkələrin nefti daxil olacaqsa, gərək onda əlavə tədbirlər görək ki, kəmərin imkanlarını genişləndirək. Yəni sübut elədik və bizim də əsas məqsədimiz kiməsə nəsə sübut etmək deyildir. Biz öz işimizi görürük, öz iqtisadiyyatımızı inkişaf etdiririk. Azərbaycanın milli maraqlarını müdafiə edirik, heç kimə güzəştə getmirik. Eyni zamanda, əməkdaşlığa da hazırıq. Nə vaxt ki, bu əməkdaşlıq bizim işimizə uğun gəlir, biz bunu edirik. Görəndə ki, bu əməkdaşlıq, yaxud da hansısa təklif birtərəfli əməkdaşlıqdır, əlbəttə, biz buna gedə bilmərik və heç kim bizi buna məcbur edə bilməz.
Bir daha demək istəyirəm, Azərbaycanda artıq reallıq ondan ibarətdir ki, ölkəmiz dünya birliyinin çox önəmli ölkəsinə çevrilib və bunu təkcə neftlə, qazla bağlamaq da düzgün deyildir. Əlbəttə, neft-qaz məsələləri indi dünyada gündəliyin birinci məsələlərinə çevrilibdir. Avropanın enerji təhlükəsizliyi məsələləri Avropa üçün bütövlükdə təhlükəsizlik məsələləri deməkdir. Əgər xəritəyə və neft-qaz hasil edən ölkələrə baxsaq görərik ki, burada Azərbaycan Avropa bazarı üçün yeganə yeni mənbədir. Yəni başqa yeni mənbə yoxdur. Köhnə mənbələr var, orada da hasilat artırıla bilər, yaxud da azala bilər. Amma yeni mənbə yoxdur. Bu, Azərbaycandır. Bu, Azərbaycanın önəmini artırır və şübhəsiz ki, Azərbaycan rəhbərliyi bundan istifadə edir. Sözün yaxşı mənasında istifadə edir ki, öz önəmini artırsın, özünü narahat edən problemləri həll etsin, istifadə edir ki, Azərbaycanı çox güclü ölkəyə çevirsin.
Ancaq Azərbaycanın artan önəmi təkcə bununla ölçülmür. Azərbaycan dünyəvi dövlətdir, ölkəmizdə dini tolerantlıq ən yüksək səviyyədədir.
İndi dünyada, hətta ən inkişaf etmiş ölkələrdə sivilizasiyalar arasında dialoq haqqında danışırlar, əslində isə, əfsuslar olsun ki, qarşıdurma baş verir. Bəzi hallarda bunu süni şəkildə yaradırlar, bəzi hallarda təbii olaraq baş verir. Yəni, deyə bilərəm ki, dinlərarası dialoq bir az zəifləyibdir. Amma Azərbaycanda mövcud olan vəziyyət tolerantlığın, birliyin ən gözəl, ən parlaq nümunəsidir. Bizim bu təcrübəmiz başqa ölkələr üçün də maraqlıdır. Bizim təcrübəmiz artıq öyrənilir və soruşurlar ki, siz buna necə nail ola bilmisiniz? Bizim üçün bu, təbiidir. Əlbəttə, bu, dövlət siyasətidir. Amma bununla bərabər, bu, insanların ürəyində olan duyğulardır. Azərbaycan xalqının mentalitetidir. Azərbaycanda yaşayan bütün xalqların birliyidir. Milliyyətindən, dinindən asılı olmayaraq, hər bir vətəndaş bizim üçün əzizdir, bizim qardaşımızdır.
Azərbaycanın coğrafi vəziyyəti. Avropanı Asiya ilə birləşdirən yollar Azərbaycandan yan keçə bilməz. Biz nəinki coğrafi nöqtəyik, məntəqəyik, eyni zamanda, infrastruktur məsələlərini də həll edirik. Dəmir yolları, aeroportlar, dəniz tankerləri, avtomobil yolları onun üçündür ki, Azərbaycan bölgənin əsas mərkəzi olsun. Bunu edirik və qısa müddət ərzində artıq etmişik. Dünyada Azərbaycanın artan imkanları da bəllidir. Bunu görürlər, ona görə də bizim nüfuzumuz, təsiretmə imkanlarımız da artır. Yəni, bütövlükdə, mən deyə bilərəm ki, yaxın və uzaq gələcəkdə ölkə qarşısında problem görmürəm.
Bir problem var - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi. Onu da biz həll edəcəyik. Təbiidir ki, biz bunu həll edəcəyik, çünki Ermənistan bizimlə heç cür rəqabət apara bilməyəcəkdir. Xarici havadarları, xarici diasporu nə qədər də olsa rəqabət apara bilməyəcəkdir. Çünki bizim aramızda olan fərq getdikcə artır. Nəzərə alsaq ki, bizim üçün Dağlıq Qarabağ məsələsi bir nömrəli məsələdir, bütün səylərimizi , - siyasi, iqtisadi, hərbi, coğrafi, nəqliyyat, - bu məsələnin həllinə biz yönəldirik. Hamı belə etməlidir, bu hər bir vətəndaş üçün bir nömrəli problem olmalıdır. İşlədiyi yerdən asılı olmayaraq, hər bir vətəndaş öz fəaliyyəti ilə bu problemin həllini yaxınlaşdırmalıdır. Kiminsə buna daha da çox imkanı var, kiminsə az, amma hər bir insanın beynində bu, daim olmalıdır. Bu, bizim ağrılı yerimizdir. Bu, azərbaycanlıları oradan etnik təmizləmə nəticəsində çıxarıb, sonra “referendum” keçirmək ən böyük ədalətsizlik, ən böyük cinayətdir. Heç kim “referendumu” tanımadı, heç kim də heç vaxt tanımayacaqdır. Biz bu problemi həll edəcəyik. Bunu həll etmək üçün bizim siyasətimiz var, qısamüddətli və uzunmüddətli planlarımız var, biz bunu həyata keçiririk və keçirəcəyik. Yaxşı olar, Ermənistanda bunu tez başa düşsünlər ki, özlərini daha da ağır vəziyyətə salmasınlar.
Bəzi hallarda hesab olunur ki, bu münaqişədə Azərbaycan uduzmuş tərəfdir. Mən isə belə hesab etmirəm.
Düzdür, bizim torpaqlarımız işğal altındadır və Azərbaycan bundan əziyyət çəkir. Amma biz o torpaqları geri qaytaracağıq. Ancaq bu atəşkəs rejimi ərzində Ermənistanın da inkşafına baxın, Azərbaycanın da inkişafına. Atəşkəs rejimi ərzində Ermənistan əhalisinin yarısı ölkəni tərk edibdir. Bu, hamıya aydın olan məsələdir. Düzdür, Ermənistanda onlar statistik rəqəmləri süni şəkildə artırırlar ki, bilinməsin ki, orada axın var. Amma biz bunu bilirik, qonşu ölkələr də, hamı bunu bilir. İqtisadi cəhətdən Ermənistan bütün beynəlxalq layihələrdən təcrid olunmuş vəziyyətdədir. Onları təcrid olunmuş vəziyyətə biz salmışıq. Mən bunu deyirəm və açıq şəkildə bəyan edirəm. Bəzi hallarda bəzi təşkilatlar, ölkələr bizi qınamaq istəyirlər ki, siz Ermənistanı təcrid edirsiniz. Deyirəm, bəli, biz edirik və bundan sonra da edəcəyik. Bütün imkanlardan istifadə edəcəyik ki, istədiyimizə nail olaq.
Bu müddət ərzində Azərbaycan möhkəmləndi, qarşıda duran bütün vəzifələri yerinə yetirdi, əvvəllər müəyyən mənada başqa ölkələrdən olan asılılığımızı aradan qaldırdıq. Bu, indi sıfır səviyyəsindədir. Həyat da bunu göstərir. Ermənistan isə, əksinə, getdikcə həm beynəxalq təşkilatlardan, həm də regional ölkələrindən daha da çox asılı vəziyyətə düşür. İqtisadi baxımdan, sosial inkişaf baxımından müqayisəedilməz vəziyyətdəyik. Ona görə, bu, hələ böyük sualdır ki, müharibənin birinci mərhələsi kimin xeyrinə başa çatdı. Nəzərə alsaq ki, bu müharibənin birinci mərhələsidir və əgər məsələni sülh yolu ilə həll edə bilməsək, onun, ikinci mərhələsi olacaqdır. İkinci mərhələ, faktiki olaraq, Ermənistanın sonu ola bilər. Onlar bunu bilməlidir və başa düşməlidirlər ki, bizim də səbrimizin hüdudları var.
Mən bu gün burada səslənən fikirlərlə çox razıyam, gənclərin əhval-ruhiyyəsi də yaxşıdır. Onların fikirləri də məni çox sevindirir. Sizin simanızda, - burada siz bütün Azərbaycan gənclərini təmsil edirsiniz, - bir daha görürəm ki, Azərbaycanda çox dəyərli gənc nəsil yetişir. Bu, çox böyük nailiyyətdir, çox böyük sərvətdir. Çünki çıxışımın əvvəlində onu qeyd etdim, bir daha demək istəyirəm ki, Azərbaycanı gələcəkdə siz idarə edəcəksiniz. Bugünkü gənclər, fəal gənclər, vətənpərvər, ölkəyə bağlı olan, bilikli, peşəkar insanlar. Bütün bu amillər olmalıdır. Adam vətənpərvər ola bilər və olmalıdır! Amma onun biliyi olmaya bilər, yaxud da ki, peşəkar olmaya bilər. Onda onun Vətənə xidməti bizi tam qane edə bilməz. Həm peşəkarlıq, həm torpağa bağlılıq, həm yüksək insani keyfiyyətlər - bütün bu amillər olmalıdır. Bütün bunlar da Azərbaycan gənclərində var. Azərbaycan gəncləri Azərbaycanın tarixindən, milli dəyərlərindən qidalanırlar. Onlar Azərbaycan xalqının bir parçasıdır. Milli mənəvi dəyərlərimiz bizim üçün ən başlıca rol oynayır. Bizim tariximiz, dəyərlərimiz, ənənələrimiz - budur bizi yaşadan. Uzun illər, əsrlər boyu müstəmləkə vəziyyətində yaşayan Azərbaycan insanlarını millət kimi, azərbaycanlı kimi saxlayan da məhz bunlar - bizim ənənələrimiz, tariximiz, dilimiz, mədəniyyətimiz olub və gələcəkdə də belə olacaqdır. Müəyyən dövrlər olur, ölkənin inkişaf dövrü, yaxud da ki, tənəzzül dövrü olur. Ancaq əgər bu dəyərlər varsa, heç kim millətə heç nə edə bilməz.
Bax, bu gözəl əhval-ruhiyyə ilə mən sizdən bu gün ayrılıram, sizi bir daha bu gözəl bayram münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan gəncləri həmişə olduğu kimi, ölkəmizin inkişafına öz töhfələrini verəcəklər.
Bu gün bizimlə bərabər Teymur Rəcəbov buradadır. Onu böyük qələbə münasibətilə sizin adınızdan, bütün Azərbaycan xalqı adından təbrik etmək istəyirəm. Dünyanın ən mötəbər turnirində birinci yeri tutmaq böyük qəhrəmanlıq və böyük qələbədir. Biz hamımız ona azarkeşlik edirdik. İzləyirdik ki, necə oynadı, necə oynayacaq və çox sevinirdik. Biz inanırdıq ki, belə də olacaqdır. Bəlkə də hələ 10 il bundan əvvəl mən bilirdim ki, belə olacaqdır. Bu, böyük qələbədir və şahmat tacının əldə edilməsi üçün böyük addımdır. Şəhriyarı da mən təbrik edirəm, onlar ikisi dünya şahmatçılarının reytinq cədvəlində birinci onluğa daxil olublar. Bu da böyük nəticədir. Başqa ölkələrdən orada Rusiyadan iki nəfər var. Bundan sonra Azərbaycandan yəqin ki, daha da çox olmalıdır.
            Sizi bir daha təbrik edirəm və hamınıza uğurlar arzulayıram. Həmişə fəal olun, möhkəm olun və bilin ki, mən həmişə sizinləyəm.
     

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Araz çayında batan şəxsin meyiti tapılıb

Kuba ABŞ sanksiyalarını mümkün hərbi müdaxilə üçün bəhanə kimi görür

Mərkəzi Komandanlıq: ABŞ helikopterin vurulmasına cavab olaraq həyata keçirdiyi zərbələri yekunlaşdırıb

Tramp İranın ABŞ helikopterini vurmasını ciddi hadisə saymır

Yeni Zelandiyanın cənubunda güclü zəlzələ qeydə alınıb

Şimali İrlandiyada gərginlik: Belfastda zorakılıq aksiyaları baş qaldırıb

Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər

Vens: ABŞ-İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

Samirə Səfi: HÜDUD sərgisi sabitliklə parçalanması arasındakı sərhədləri araşdırır

Tramp: İrana cavabımız çox güclü və qətiyyətlidir

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

NYT: ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

Belçikanın Baş naziri Fransa və Almaniyanı Avropa döyüş təyyarəsi layihəsinə görə tənqid edib

Ayxan Abbasov: Nəticə bizim üçün önəmli idi

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır

Dioqo Balau “Turan Tovuz”a keçib

Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb

“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub  FOTO  VİDEO

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO VİDEO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib

“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib