Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında təhsil və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar Müəllim”

Kərimova Çimnaz Əli qızı

Qəribova Jalə Əhməd qızı

Quliyeva Balanisə Balış qızı

Quliyeva Sevinc Oqtay qızı

“Əməkdar Mədəniyyət İşçisi”

Adıgözəlova Zöhrə Umru qızı

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2012-ci il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin