Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 93-4-cü maddəsinə uyğun olaraq aşağıdakı şəxslər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:

Cəfərov İlqar Xanlar oğlu,

Vəliyev Sərvər Yaqub oğlu.

2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:

Baxışova Vüsalə Ələkbər qızı,

Həsənov Rəşad Məhəmməd oğlu,

Qurbanov Raqib Əliddin oğlu.

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası

Milli Məclisinin sədri          Sahibə Qafarova

Bakı şəhəri, 8 oktyabr 2024-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin