AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. ”Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 413; 1999-cu il, № 5, maddə 284, № 7, maddə 396, № 10, maddə 570; 2001-ci il, № 5, maddə 292, № 6, maddə 379, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 4, № 12, maddə 706; 2003-cü il, № 6, maddə 278; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199, № 8, maddələr 597, 598, № 9, maddə 669; 2005-ci il, № 1, maddə 7; № 8, maddə 686; 2006-cı il, № 1, maddə 4, № 12, maddə 1005) 88-ci maddəsinin ikinci hissəsində “məhkəmə katibi” sözlərindən sonra “, Ali Məhkəmə və apellyasiya məhkəmələrində isə əlavə olaraq köməkçi” sözləri əlavə edilsin.
II. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 17, № 5, maddə 323; 2002-ci il, № 5, maddə 236; 2003-cü il, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004-cü il, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005-ci il, № 4, maddələr 277, 278; 2006-cı il, № 2, maddə 64, № 12, maddə 1006; Azərbaycan Respublikasının 2006-cı il 19 dekabr tarixli 200-IIIQD nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddələr 3, 4) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 21.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır.”;
2. aşağıdakı məzmunda 21.6-cı maddə əlavə edilsin:
“21.6. Eyni hakimə, ekspertə, mütəxəssisə, tərcüməçiyə və ya məhkəmə iclasının katibinə eyni əsaslar üzrə eyni şəxs, onun nümayəndəsi və ya vəkili tərəfindən məhkəməyə təkrar etiraz verilə bilməz.”;
3. 22.5-ci maddədə “məhkəməsinin bütün tərkibinə və ya” sözləri “məhkəməsində işə baxan” sözləri ilə əvəz edilsin;
4. 38-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Müflisləşmə (iflas) haqqında işlərə borclu fiziki şəxsin yaşadığı yerin, hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsində baxılır.”;
5. 44.2.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa;”;
6. aşağıdakı məzmunda 44.2.5-ci maddə əlavə edilsin, 44.2.5-ci maddə müvafiq olaraq 44.2.6-cı maddə hesab edilsin:
“44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə;”;
7. 52.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır.”;
8. 63.4-cü maddədən “və ya rəy verməkdən imtina etməyə görə” sözləri çıxarılsın;
9. 67-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Kassasiya və əlavə kassasiya şikayətləri, yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilə və yalnız vəkilin iştirakı ilə baxıla bilər.”;
10. 98.3-cü maddədən “və ya işçisi ekspertiza keçirən ekspert idarəsi rəhbərinin” sözləri çıxarılsın;
11. 155.1-ci maddənin birinci cümləsində “iş üzrə qətnamə çıxarılana qədər cavabdeh” sözləri “Cavabdeh” sözü ilə əvəz edilsin;
12. 187-ci maddənin birinci cümləsindən “rəy verməkdən imtinaya və” sözləri çıxarılsın;
13. 216-cı maddənin adında “çıxarılması” sözündən sonra “və elan edilməsi” sözləri əlavə edilsin;
14. aşağıdakı məzmunda 216.4-cü maddə əlavə edilsin:
“216.4. Müşavirədən sonra hakimlər qəbul edilmiş qətnaməni elan edirlər.”;
15. 217.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.”;
16. 227.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“227.1. Məhkəmə qətnaməsi elan edilənədək tərtib olunmalıdır.”;
17. 253.3-cü maddədə “verilməsi” sözündən sonra “və ona baxılması” sözləri əlavə edilsin;
18. 255.0.5-ci maddənin sonundakı nöqtə nöqtəli vergüllə əvəz edilsin və aşağıdakı məzmunda 255.0.6-cı maddə əlavə edilsin:
“255.0.6. xarici dövlətlərin məhkəmələrinə məhkəmə tapşırığı göndərildikdə.”;
19. 256.0.2-ci maddədə “təqdim edilənədək” sözlərindən sonra “, məhkəmə tapşırığına cavab alınanadək” sözləri əlavə edilsin;
20. 366.1-ci maddədə “məhkəməsi” sözündən sonra “iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində” sözləri əlavə edilsin;
21. 368.3-cü maddədə “2 ay müddətində baxılmalıdır” sözləri “3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir” sözləri ilə əvəz edilsin;
22. 394-cü maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 394. Apellyasiya instansiyası məhkəməsinin xüsusi qərardadı
394.1. İşə Apellyasiya qaydasında baxan məhkəmə bu Məcəllənin 265-ci maddəsində nəzərdə tutulmuş hallarda, habelə işə birinci instansiya məhkəməsində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər.
394.2. Hakimlər barəsində çıxarılmış xüsusi qərardad intizam icraatının başlanması üçün apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən Məhkəmə-Hüquq Şurasına göndərilir.”;
23. 398.0.2-ci maddənin sonundakı nöqtə nöqtəli vergüllə əvəz edilsin və aşağıdakı məzmunda 398.0.3-cü maddə əlavə edilsin:
“398.0.3.qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.”;
24. 405.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“405.1. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən sonra 3 ay, qərardad qəbul edildikdən sonra 10 gün müddətində verilə bilər.”;
25. 407.1.2-ci maddədə “vəziyyəti” sözündən sonra “, şikayəti verən hüquqi şəxsin adı, yerləşdiyi ünvan” sözləri əlavə edilsin;
26. 407.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.”;
27. 407.4-cü maddədə “Şikayətə” sözündən sonra “vəkilin orderi və” sözləri əlavə edilsin;
28. 408.1.3-cü maddədə “şikayətinə” sözündən sonra “vəkilin orderi və” sözləri əlavə edilsin;
29. 408.1.4-cü maddədə “verilməmişsə” sözü “təmin olunmamışsa” sözləri ilə əvəz edilsin;
30. aşağıdakı məzmunda 415.3-cü maddə əlavə edilsin:
“415.3. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.”;
31. aşağıdakı məzmunda 415-1-ci maddə əlavə edilsin:
“Maddə 415-1. Kassasiya instansiyasında işə baxılması
415-1.1. Sədrlik edən məhkəmə iclasını açır və hansı işə, kimin kassasiya şikayəti ilə baxıldığını elan edir, işdə iştirak edən şəxslərdən kimin gəldiyini aydınlaşdırır və gəlmiş şəxslərin şəxsiyyətini müəyyən edir, həmçinin vəzifəli şəxslərin və vəkillərin səlahiyyətlərini yoxlayır.
415-1.2. Məhkəmə tərkibi elan edilir. İşdə iştirak edən şəxslərə onların hüquq və vəzifələri izah olunur.
415-1.3. İşə baxılması sədrlik edənin məruzəsi ilə başlayır. Əvvəl kassasiya şikayəti verən şəxs və onun vəkili, daha sonra isə digər tərəf dinlənilir.
415-1.4. Sonra məhkəmə müşavirə otağına gedir. Müşavirə otağında qərar səs çoxluğu ilə qəbul edilir. Azlıqda olan hakim xüsusi rəyini yazıb işə əlavə edə bilər. Qəbul edilən qərar sədrlik edən və ya hakimlərdən biri tərəfindən elan edilir.”;
32. 417.0-cı, 417.0.1-ci, 417.0.2-ci, 417.0.3-cü, 417.0.4-cü maddələr müvafiq olaraq 417.1-ci, 417.1.1-ci, 417.1.2-ci, 417.1.3-cü, 417.1.4-cü maddələr hesab edilsin;
33. aşağıdakı məzmunda 417.1.4-cü maddə əlavə edilsin və 417.1.4-cü maddə müvafiq olaraq 417.1.5-ci maddə hesab edilsin:
“417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər;”;
34. 417.1.5-ci maddədə “259.0.1, 259.0.2” rəqəmləri “259.0.1-259.0.3-cü” rəqəmləri ilə, “261.0.1-261.0.3, 261.0.6 və 261.0.7-ci” rəqəmləri “261.0.1-261.0.7-ci” rəqəmləri ilə əvəz edilsin;
35. aşağıdakı məzmunda 417.2-ci maddə əlavə edilsin:
“Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.”;
36. aşağıdakı məzmunda 421-1 və 421-2-ci maddələr əlavə edilsin:
“ Maddə 421-1. Məhkəmə iclasının protokolu
Kassasiya icraatında bu Məcəllənin 22-ci fəsli ilə müəyyən edilmiş qaydada protokol yazılır.
Maddə 421-2. Kassasiya instansiyası məhkəməsinin xüsusi qərardadı
421-2.1. İşə kassasiya qaydasında baxan məhkəmə bu Məcəllənin 265-ci maddəsində nəzərdə tutulmuş hallarda, habelə işə birinci və apellyasiya instansiyası məhkəmələrində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər.
421-2.2. Hakimlər barəsində çıxarılmış xüsusi qərardad intizam icraatının başlanması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri tərəfindən Məhkəmə-Hüquq Şurasına göndərilir.”
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 aprel 2007-ci il.