AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Azərbaycan Respublikasının milli günü münasibətilə Kipr Respublikasının xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alilərinizə səmimi təbriklərimi yetirməkdən məmnunluq duyur, Sizə möhkəm cansağlığı və səadət, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da genişlənəcəkdir.
QLAFKOS KLIRIDIS
Kipr Respublikasının Prezidenti