Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm cənab Prezident! 

Sizin təsviri sənətə yaxın olmağınız, böyük diqqət və qayğınız, xeyirxahlığınız biz rəssamlara, təbii olaraq, hamıdan çox bəllidir. Sizin S.Bəhlulzadənin ecazkar sənəti haqqında dəyərli fikirləriniz və nəhayət, onun ən sevimli rəssamınız olduğunu hamıya elan etməyiniz təsviri sənətimizə olan dərin ehtiramınızın əyani sübutudur.

Siz bu gün də istedadlı rəssamların böyük bir qrupuna fəxri adlar verməklə onların ailə üzvlərinə, yaxınlarına, dostlarına həyatlarında ən yadda qalan əsl bayram əhval-ruhiyyəsini bəxş edib, onların yaradıcılığını yüksək qiymətləndiribsiniz.

Azərbaycan rəssamları ölkəmizin şərəfini həmişə yüksək tutmuşlar və bundan sonra da yüksək tutacaqlar.

Möhtərəm cənab Prezident!

İcazə verin, Azərbaycan rəssamları adından və şəxsən öz adımdan sənətimizə verdiyiniz yüksək qiymətə görə Sizə dərin təşəkkürümüzü bildirim, uzun ömür və cansağlığı arzulayım.

Dərin hörmətlə,

F.Xəlilov

Azərbaycan Rəssamlar

İttifaqının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin