RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Zati-aliləri,
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Makedoniya Respublikasının vətəndaşları və öz adımdan böyük məmnuniyyətlə Sizi təbrik edir, ölkənizə çiçəklənmə və xalqınıza firavanlıq arzulayıram.
Fürsətdən istifadə edərək, Sizi əmin edirəm ki, dövlətlərimiz arasındakı əlaqələrimiz gələcəkdə müvəffəqiyyətlə inkişaf edəcək və əməkdaşlığımız qarşılıqlı marağımız naminə bütün sahələrdə genişlənəcəkdir.
Boris Traykovski
Makedoniya Respublikasının Prezidenti