Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri, 

Respublika Günü münasibətilə Koreya hökuməti və xalqı adından Sizə və Azərbaycan Respublikası xalqına səmimi təbriklərimi göndərməkdən böyük məmnuniyyət duyuram.

Koreya və Azərbaycan respublikaları arasında son 10 il ərzində təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunam və əminəm ki, bu münasibətlər hər iki xalqın ümumi rifahı naminə gələcəkdə daha da güclənəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, böyük ölkənizə isə uğurlar və tərəqqi arzulayıram.

Kim De Cjun

Koreya Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin