Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Çox hörmətli Heydər Əliyeviç,

Azərbaycan Respublikasında dini həyatın problemlərini dərindən başa düşdüyünüzə və Pravoslav Kilsəsinə, onun xadimlərinə göstərdiyiniz hörmət və diqqətə görə, icazə verin, Sizə minnətdarlığımı izhar edim.

Cənab Prezident, 50 illik yubileyim münasibətilə mənə göndərdiyiniz səmimi təbrikə görə də Sizə ürəkdən böyük ehtiramımı bildirirəm. Azərbaycanda yaşayan xristianlar Bakı və Xəzəryanı bölgənin yepiskopunun “Şöhrət” ordeni ilə təltif olunması haqqında Sizin Fərmanınızı sevinclə qarşıladılar. Siz mənəvi və əxlaqi dəyərlərin, amalların cəmiyyətdə hakim olması üçün öz qüvvələrini əsirgəməyərək, Qafqazda yaşayan xalqlar arasında sülh və qarşılıqlı anlaşma yaranması üçün Xəzəryanı bölgədə artıq bir çox illər ərzində öz yüksək vəzifəsini yerinə yetirən bütün Bakı yeparxiyası xadimlərinin əməyini ali dövlət mükafatı ilə qiymətləndirmisiniz. Cənab Prezident, icazə verin, Sizi əmin edim ki, Pravoslav Kilsəsi millətlərarası və dinlərarası münasibətlər sahəsində, Azərbaycan Respublikasının suverenliyinin möhkəmlənməsində və onun beynəlxalq nüfuzunun yüksəlməsində Sizin müdrik siyasətinizi dəstəkləyərək, Qafqazda yaşayan xalqların rifahı və tərəqqisi naminə Azərbaycan dövlətinin quruculuğuna əlindən gələn töhfəsini verməyə həmişə çalışmışdır və bundan sonra da çalışacaqdır.

Azərbaycan Respublikasının rifahı naminə çəkdiyiniz bütün zəhmətinizdə Sizə Tanrıdan kömək diləməklə və dərin hörmətlə,

Aleksandr

Bakı və Xəzəryanı bölgənin yepiskopu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin