Formula 2 Azərbaycan Qran-Prisində ikinci sıralama turu başa çatıb - YENİLƏNİB 2
Bakı, 24 sentyabr, AZƏRTAC
Formula 2 Azərbaycan Qran-Prisində ikinci sıralama turu başa çatıb.
AZƏRTAC xəbər verir ki, “Rodin”in pilotu Martinius Stenşorne birinci, onun komanda yoldaşı Aleks Dann ikinci, "İnvicta"nın sürücüsü Rafael Kamara üçüncü olub.
Birinci sıralama turunda ən yaxşı nəticəni A.Dann göstərib.
Bu gün, həmçinin saat 16:00-da Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.
14:49
Formula 2 Azərbaycan Qran-Prisində birinci sıralama turunun qalibi bəlli olub.
AZƏRTAC xəbər verir ki, "Rodin" komandasından Aleks Dann birinci, onun komanda yoldaşı Martinius Stenşorne ikinci, "Campos"un sürücüsü Noel Leon üçüncü yeri tutub.
Sərbəst yürüşdə isə ən yaxşı nəticəni “Art Grand Prix”in hindistanlı pilotu Kuş Maini göstərib.
Bu gün, həmçinin saat 16:00-da Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.
14:00
Formula 2 Azərbaycan Qran-Prisində sıralama turuna start verilib.
AZƏRTAC xəbər verir ki, yarışda 11 komanda mübarizə aparır.
Sərbəst yürüşdə ən yaxşı nəticəni “Art Grand Prix”in hindistanlı pilotu Kuş Maini göstərib.
Bu gün, həmçinin saat 16:00-da Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.
Fotoqraflar – Tofiq Babayev, İlkin Cavanşirov