AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Zati-aliləri,
Şahzadə Filip və mən Qızıl yubiley münasibətilə səmimi təbrikinizdən çox məmnunuq.
Bu ildönümü 1952-ci ildə taxta əyləşdiyim vaxtdan bəri çoxsaylı insanların mənə bəslədiyi etibar və dəstəyə görə minnətdarlığımı bildirməyimə imkan vermişdir.
Mən həmçinin ad günüm münasibətilə səmimi təbrikinizə görə şəxsən Sizə, Azərbaycan hökumətinə və xalqına ən xoş arzularımı və minnətdarlığımı yetirmək istərdim.
II Elizabet
Böyük Britaniyanın Kraliçası