Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm Prezident, əziz qardaşım,

Siz yalnız Azərbaycan Respublikasının Prezidenti deyil, eyni zamanda Türk dünyasının görkəmli lideri, dünya şöhrətli siyasətçisiniz. Sizin Türk dünyasına, Türkiyə-Azərbaycan strateji əməkdaşlığına verdiyiniz tarixi xidmətlər unudulmazdır. Sizi yaxından tanıdığıma, dostunuz olduğuma görə qurur duyur və özümü xoşbəxt hesab edirəm.

Təhsil və səhiyyə sahəsində xidmətlərimə görə mənim heykəlimi yaradıb və açılışını həyata keçirdiyiniz anları həyatımın zirvəsi hesab edirəm. Bu alicənablığınıza görə Sizə nə qədər minnətdar olsam, yenə azdır.

Uca Tanrıdan Sizə tarixi fəaliyyətinizdə böyük uğurlar, möhkəm cansağlığı və uzun ömür diləyirəm.

Dərin hörmətlə,

İhsan Doğramacı

Bilkənd Universiteti İdarə

Heyətinin sədri

15 iyul, 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin