Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ “ŞƏRƏF” VƏ “DOSTLUQ” ORDENLƏRİNİN TƏSİS EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının “Şərəf” və “Dostluq” ordenləri təsis edilsin.
II. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 23, maddə 996; 1993-cü il, № 23, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 251; 2003-cü il, № 12, I kitab, maddə 677; 2005-ci il, № 4, maddə 291; 2006-cı il, № 10, maddə 846) 1-ci maddəsinin altıncı və yeddinci abzasları müvafiq olaraq yeddinci və doqquzuncu abzaslar hesab edilsin və maddəyə aşağıdakı məzmunda altıncı və səkkizinci abzaslar əlavə edilsin:
“Şərəf” ordeni;
“Dostluq” ordeni;”.
III. Azərbaycan Respublikasının “Şərəf” ordeninin statutu təsdiq edilsin (əlavə olunur).
IV. Azərbaycan Respublikasının “Şərəf” ordeninin təsviri təsdiq edilsin (əlavə olunur).
V. Azərbaycan Respublikasının “Dostluq” ordeninin statutu təsdiq edilsin (əlavə olunur).
VI. Azərbaycan Respublikasının “Dostluq” ordeninin təsviri təsdiq edilsin (əlavə olunur).

VII. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 fevral 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin