Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ TORPAQ MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİK VƏ ƏLAVƏ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №8, maddə 478; 2001-ci il, №12, maddə 736; 2002-ci il, №5, maddələr 237, 241; 2003-cü il, №1, maddə 11, №6, maddə 256, №8, maddə 423; 2004-cü il, №2, maddə 59, №6, maddə 415, №10, maddə 761; 2006-cı il, №2, maddə 67, №6, maddə 478, №8, maddə 657, №11, maddə 932; 2007-ci il, №1, maddə 3, №8, maddə 745; Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 588-IIIQD nömrəli və 2 iyun tarixli 615-IIIQD nömrəli qanunları) 12-ci maddəsinə aşağıdakı dəyişiklik və əlavə edilsin:

1. 4-cü bəndin ikinci cümləsindən “və ya bələdiyyənin” sözləri çıxarılsın;

2. maddəyə aşağıdakı məzmunda 5-ci bənd əlavə edilsin:

“5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 iyul 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin