ELM VƏ TƏHSİL
“Azərbaycan şərqşünaslığı” jurnalının növbəti nömrəsində ...
Bakı, 18 noyabr, AZƏRTAC
“Azərbaycan şərqşünaslığı” elmi-kütləvi jurnalının növbəti nömrəsi çap olunub.
AMEA-nın Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildiriblər ki, jurnalın bu nömrəsində AMEA-nın 70 illik yubileyi ilə əlaqədar “Elm tariximizdə Azərbaycan Milli Elmlər Akademiyası” məqaləsi yer alıb. Daha sonra Çanaqqala zəfərinin 100 illiyi və həmin hadisəyə həsr olunan elmi konfrans haqqında məlumat təqdim edilir.
Jurnalın “Ədəbiyyat”, “Dilçilik”, “Din və ictimai fikir” bölmələrində Seyid Yəhya Şirvani, Kərim Məşrutəçi Sönməz və Haşım Tərlana, Avropada islamofobiyaya və “Borhan-e Qate”də fars dilinin leksik məsələlərinə həsr olunan məqalələr dərc edilib.
Nəşrdə, həmçinin ermənilərin İranda azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları ilə bağlı Şərqşünaslıq İnstitutunda aparılan araşdırmalar barədə yazı, yeni kitablar haqqında rəy və məlumatlar, bu elm müəssisəsinin 2014-cü il üçün hesabatı verilib.