Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Azərbaycan tarixinə şərəf, ləyaqət, qürur səhifəsi yazan Ali Baş Komandan – İlham Əliyev” mövzusunda videokonfrans keçirilib

“Azərbaycan tarixinə şərəf, ləyaqət, qürur səhifəsi yazan Ali Baş Komandan – İlham Əliyev” mövzusunda videokonfrans keçirilib

Bakı, 24 dekabr, AZƏRTAC

YAP Səbail rayon təşkilatında, Vətən müharibəsində Azərbaycan xalqının möhtəşəm tarixi qələbəsinin memarı, görkəmli dövlət xadimi, möhtərəm Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin şərəfli tarixi ənənələrə söykənən siyasi fəaliyyətinə həsr olunan “Azərbaycan tarixinə Şərəf, Ləyaqət, Qürur səhifəsi yazan Ali Baş Komandan - İlham Əliyev” mövzusunda videokonfrans keçirilib.

YAP Səbail rayon təşkilatından AZƏRTAC-a bildirilib ki, rayon ictimaiyyəti nümayəndələrinin, ziyalıların, partiya veteranlarının və gənc fəalların iştirak etdiyi videokonfransda YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, sədr müavini Mehman İsmayılov, aparat rəhbəri Zəfər Bayramov, İdarə Heyətinin üzvləri - “Səs” media qrupunun rəhbəri Bəhruz Quliyev, 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova, habelə Adilə Abbasova, Rayon Şurasının üzvləri - 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova, 239 nömrəli orta məktəbin direktoru Sədaqət Əzimova, 50 nömrəli orta məktəbin direktoru Sədaqət Həsənova, Azərbaycan Respblikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı Elçin Əhmədov, “Təhsil tədqiqatçıları” (Azərbaycan Respublikasının Təhsil İnstitutu) ərazi ilk partiya təşkilatının sədri Piralı Əliyev, Qadınlar Şurasının sədri Təranə Kərimova, Gənclər Birliyinin sədri Riyad Rüstəmli, fəal gənclər Bəyim Nəbiyeva və Fuad Heydərli çıxış ediblər. Natiqlər, adını müasir Azərbaycan tarixinə qızıl hərflərlə həkk edən Prezident İlham Əliyevin müstəqil daxili və xarici siyasətinin mühüm tərkib elementlərini, o cümlədən Vətən müharibəsində həm döyüş meydanında, həm də diplomatik masada əzəli düşmənimiz üzərində qazanılmış inamlı, parlaq qələbəmizi təmin edən güclü, müasir ordu quruculuğunun və dinamik, dayanıqlı iqtisadi inkişafın Azərbaycan modelinin müxtəlif aspektlərini geniş təhlil ediblər.

YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev partiya təşkilatının çoxminli üzvləri adından Prezident, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi doğum günü münasibətilə təbrik edərək ən səmimi arzularını bildirib, ölkə başçısına möhkəm cansağlığı, sağlam uzun ömür, Azərbaycanın gələcək inkişafı naminə şərəfli fəaliyyətində yeni-yeni uğurlar, ailəsinə xoşbəxtlik, səadət arzulayıb. Azərbaycan xalqının 30 ilə yaxındır ki, həsrətində olduğu Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun düşmən tapdağından azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün, dövlət sərhədlərinin, suverenliyinin tam bərpa edilməsi münasibətilə Müzəffər Ali Baş Komandanımız İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunu, bütün xalqımızı təbrik edən Ş.Hacıyev diqqətə çatdırıb ki, Azərbaycan xalqı möhtərəm Prezidentimizlə sözün əsl mənasında qürur duyur, fəxr edir. Bütün Türk dünyası, eləcə də Azərbaycan xalqına dost-qardaş olan dövlətlərin vətəndaşları, sülhsevər dünya ictimaiyyəti Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə sevincini bölüşür. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyev döyüş meydanında, siyasi arenada, beynəlxalq informasiya mübarizəsində misilsiz uğurlara imza atdı, işğalçı Ermənistanın uydurmalarını, erməni miflərini dağıdıb, Azərbaycan xalqını məğlubiyyət, fəlakət, müsibət nisgilindən xilas edib, Azərbaycan xalqının qəhrəmanlığını, məğlubedilməzliyini, qələbə əzmini, döyüşkənliyini və işğalla heç bir zaman barışmadığını bütün dünyaya nümayiş etdirib. İlham Əliyevin memarı olduğu bu tarixi qələbə nəticəsində Azərbaycan, düşmən tapdağı altında olan torpaqlarını işğaldan azad etməklə yanaşı, müstəqillik tarixinin yeni, möhtəşəm, şərəfli tarixini yazıb. Ş.Hacıyev vurğulayıb ki, bu qələbə Prezident İlham Əliyevin rəhbəliyi ilə Azərbaycanın ötən 17 il ərzində əldə etdiyi misilsiz iqtisadi, siyasi, diplomatik uğurların, gərgin əməyin nəticəsidir. İlham Əliyevin Azərbaycan xalqının milli maraqlarına xidmət edən fəaliyyəti ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamıdır: “Dövlətimizin başçısı Azərbaycan üçün mümkünsüz görünənləri reallaşdırdı. “Ölkəmizin hazırkı iqtisadi, hərbi qüdrəti, müsbət beynəlxalq imici və dünya ictimaiyyətinin diplomatik dəstəyi olmasaydı Azərbaycan təkbaşına bu münaqişəni həll edə bilməzdi. Lakin Prezident İlham Əliyevin görkəmli dövlət xadimi, əsl Liderə xas şəxsi keyfiyyətləri, cəsarəti, intellekti, uzaqgörənliyi, situasiyanı düzgün qiymətləndirmə, adekvat, optimal qərar qəbul etmə qabiliyyəti və Xalq-İqtidar-Ordu birliyinə arxalanması nəticəsində Azərbaycan bu gün regionun Lider ölkəsinə, yeni geo-siyasi və geo-iqtisadi reallıqlar yaradan güc mərkəzinə, güclü iqtisadiyyata malik qüdrətli, demokratik, müstəqil, dünyəvi dövlətə çevrilib. İlham Əliyev yeni dövrdə Türk dünyasının yeni Lideridir. Müzəffər Ali Baş Komandanımız 44 günlük Vətən müharibəsi dövründə dünyanın nüfuzlu telekanallarına, aparıcı informasiya agentliklərinə verdiyi çoxsaylı müsahibələrində ölkəmizi, xalqımızı bütün dünyaya yenidən təqdim etdi. Azərbaycan, İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında və diplomatik masada əldə etdiyi misilsiz nailiyyətlər nəticəsində uzun illərdən sonra məğrur, qalib dövlətə çevrildi. İndi isə Azərbaycan üçün tamamilə yeni, möhtəşəm inkişaf dövrü başlayır. Xalqımız, illərdir düşmənin viran qoyduğu torpaqlarımızı İlham Əliyevin rəhbərliyi altında qısa müddətdə yenidən quracaq, o bölgələrimizə məxsus zəngin tarixi, mədəni, dini irsimizi bərpa edəcək, Qarabağı və ətraf rayonları cənnət məkana, beynəlxalq əhəmiyyətli turizm mərkəzinə çevirəcək. Azərbaycan dünyanın ən inkişaf etmiş, əhalinin yüksək rifahının təmin olunduğu ölkələrdən birinə çevriləcək. Bu şərəfli vəzifələrin icrasında sözsüz ki, Yeni Azərbaycan Partiyasının üzvlərinin mühüm töhfələri olacaq. Yeni Azərbaycan Partiyasının hər bir üzvü ölkə başçısı İlham Əliyevin müsəlləh əsgəridir. Bizim yolumuz ulu öndər Heydər Əliyev yolu, siyasətimiz İlham Əliyev siyasətidir.”

Konfransda çıxış edən digər natiqlər İlham Əliyev şəxsiyyətini, zəngin dövlətçilik təcrübəsini, liderlik xüsusiyyətlərini və siyasi uğurlarını geniş şərh edərək, müasir müstəqil Azərbaycan dövlətçiliyinin tarixi nailiyyətlərindən və inkişaf perspektivlərindən, dövlətimizin başçısının Azərbaycanın siyasi maraqlarını yüksək səviyyədə layiqincə qorumasından və Vətən müharibəsində xalqımıza bəxş etdiyi möhtəşəm Qələbə sevincindən danışıblar.

Konfrans iştirakçıları Prezident, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə “Xalqın Qəhrəmanı” Fəxri adının verilməsi təklifini yekdilliklə dəstəkləyiblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Faktiki hava: Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 27 metrə çatır

Hikmət Hacıyev: Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə revanşizm xülyalarından tamamilə əl çəkməyi tövsiyə edirik

İnger Anderson Şirvan Milli Parkında ceyran sürüsünü müşahidə edib

Şuşa və Ağdamda “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçiriləcək

Keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlanıb

“Neftçi”nin yeni baş məşqçisi bəlli olub

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

Sumqayıt ayparaçılarının yeni sədri seçilib

Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır ŞƏRH

Kür çayına düşən iki nəfərin axtarışları davam etdirilir VİDEO

ADAU-da “Məzun günü” keçirilib

Avropa Liqası: "Şerif" - "Zirə" oyununun hakimləri bəlli olub

Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb VİDEO

Şuşada Qarabağ müharibəsi qaziləri, hərbçilərimiz və şəhid ailələrinin üzvləri ilə görüş təşkil edilib

Azərbaycan Bellapais Beynəlxalq musiqi festivalında

Bakıda gənc oğlanı qəsdən öldürməkdə şübhəli bilinən iki şəxs tutulub

Azərbaycanın ICESCO üzrə sözçüsü: “By Youth For Youth” tədbirinin ilk dəfə ölkəmizdə keçirilməsi qürurvericidir

Silahlı Qüvvələr Gününə həsr olunmuş fləş-mob VİDEO

Culian Assanc Avstraliyada ailəsi ilə görüşüb - tarixi an

Gürcüstanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirilib

İqtisadiyyat Nazirliyində AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib

Bakıda qara maska taxaraq quldurluq edənlər saxlanılıb

Çempionlar Liqası: “Sabah” basketbol komandasının rəqibləri müəyyənləşib

ETSN sözçüsü: Hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür

İstanbulun tarixi “Validə Sultan” gəmisində “Zəngəzur sənətkarlığı” sərgisi açılıb

Yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır

Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərimizin məzarları ziyarət olunub VİDEO

Azərbaycanı "Asiya Uşaqları" Oyunlarında 8 boksçu təmsil edəcək

Gürcüstan mətbuatında AZƏRTAC-ın xüsusi müxbirinin Silahlı Qüvvələr Gününə həsr olunmuş məqaləsi dərc edilib

“By Youth For Youth” Beynəlxalq Forumu işini Bakıda davam etdirir

Qərbi Azərbaycan İcması BMT-nin ali komissarını insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa çağırıb

Hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü təşkil edilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib

Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib  YENİLƏNİB VİDEO

BMT-nin Ətraf Mühit Proqramının nümayəndələri Kür çayına balıq buraxıblar

Nazirlik: Siyəzəndə təsərrüfatların 80 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Azərbaycanda son 25 gün ərzində 165 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Qəbələnin Nohurqışlaq kəndi ərazisində güclü küləyin aşırdığı ağaclar magistral yoldan götürülüb VİDEO

Ukrayna ordusunda yeni qoşun qüvvələri yaradılıb

Kuala-Lumpurda Şuşanın tarixi haqqında film təqdim edilib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik

NATO ilə Azərbaycan arasında güclü siyasi dialoq və əməkdaşlıq əlaqələri qurulub

Azərbaycan hər zaman ordu quruculuğunu inkişaf etdirəcək – ŞƏRH

ATƏT-in iclasında Qərbi azərbaycanlıların qayıdış hüququndan danışılıb VİDEO

Azərbaycan klubu rusiyalı qapıçını transfer edib

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Avro-2024: Türkiyə millisi bu gün Çexiya ilə qarşılaşacaq

Qarabağda ucalan azadlıq bayrağı müzəffər Ordumuzun şərəf əsəri kimi dəyərləndirilir ŞƏRH

Azərbaycanda küləkli hava şəraiti iyunun 27-si səhərədək davam edəcək

Nazirlik: Əmək, məşğulluq və sosial müdafiə sahələrində e-xidmətlərin dairəsi genişləndirilir

DİN: Ötən gün 57 cinayətin üstü açılıb

Leysan nəticəsində Qax və Qəbələ rayonları ərazisindən axan çaylardan sel keçib

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Azərbaycan idmançıları VIII "Asiya Uşaqları" Oyunlarında ilk medalı qazanıb

Güclü küləklə müşayiət olunan leysan yağışları Qəbələdə fəsadlar törədib VİDEO

Azərbaycan Ordusu 106 yaşında: Silahlı Qüvvələrimiz istənilən döyüş tapşırığını icra etməyə qadirdir

Ağcabədidə oğurluğa görə əvvəllər məhkum olunmuş şəxs yenidən saxlanılıb

Ruslan Stefançuk: Ukraynanın NATO Sammitindən real gözləntiləri var

Silahlı Qüvvələr Günü təkcə hərbçilərin deyil, bütün xalqımızın bayramıdır - ŞƏRH

Paris Olimpiya Oyunları proqnozlaşdırılan güclü istilər səbəbindən təhlükə altındadır

Culian Assanc azadlığa buraxılıb VİDEO

Araşdırma: Qəzəbli insanlar çətinliklərin öhdəsindən daha yaxşı gəlirlər

ABŞ-ın keçmiş vitse-prezidenti: Culian Assanc mühakimə olunmalı idi

Aralıq dənizində 7 min illik yol tapıldı

Ərdoğan: Türkiyəyə zərər vurmaq məqsədi daşıyan istənilən cəhdlərin qarşısı qətiyyətlə alınacaq

Keniya Prezidenti: Etirazçılarla dialoq konstitusiya mexanizmlərinə əsaslanmalıdır

Diş çıxaran dərmanın nə vaxt buraxılacağı açıqlanıb

Rusiya əsirliyindən azad edilənlər arasında “Azovstal”ın 52 müdafiəçisi var

ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Culian Assancın təyyarəsi Sakit okeanda yerləşən Saypan adasına eniş edib

Şərur rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib

Avro-2024: Daha iki yığma 1/8 finala vəsiqə qazanıb

Prezident İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edib

Yaponiya İmperatoru və xanımı üçün Bukinqem sarayında rəsmi ziyafət verilib

Naxçıvanın dağ kəndlərinin avtomobil yollarında yaranan məhdudiyyət aradan qaldırılır

Rusiya və Ukrayna BƏƏ-nin vasitəçiliyi ilə əsirləri dəyişdiriblər

Keniyada etirazlar nəticəsində 10 nəfər ölüb

Naxçıvan Dövlət Universitetində məzun günü keçirilib

Müdafiə naziri: Azərbaycan müstəqilliyini bərpa edəndən ikili standartlarla qarşılaşırıq

Avro-2024: Daha 3 ölkənin yığması 1/8 finala vəsiqə qazanıb

Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələr Günü ərəfəsində AZƏRTAC-a və AzTV-yə müsahibə verib

Azərbaycanın müdafiə naziri: Qarşıya vəzifə qoymuşuq ki, özümüzü digər mərmilərlə, raketlərlə təmin edək

“Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyyatına mənfi təsirləri” mövzusunda tədbir keçirilib

Azərbaycan güləşçiləri Avropa çempionatına 4 medalla başlayıblar

Zakir Həsənov: Antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar

İcma sədri: Ermənistan tərəfinin dialoqdan yayınması ədalətli irəliləyişə mane olur

SOCAR ilə VNG şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Bakıda Moskva Quberniya Teatrının artistlərinin ustad dərsi: Mədəniyyətlərarası qarşılıqlı əlaqə hər zaman sərvətdir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

N.S.Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Əziz Ələkbərli: Qərbi Azərbaycan İcması səsini beynəlxalq müstəviyə çıxara bilib

Avropa çempionatı: Azərbaycanın dörd güləşçisi finala yüksəlib

Naxçıvanın dağ kəndlərində güclü yağış və sel fəsadlar törədib VİDEO

Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib