Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan teatrı yeni inkişaf mərhələsində

Bakı, 6 yanvar (AZƏRTAC). Azərbaycan teatr sənətinin çox qədim və zəngin tarixi vardır. İnsanların əmək fəaliyyəti ilə bağlı oyunlar və rəqslər, mövsüm bayramları, aşıq sənəti, dini ayinlərlə bağlı meydan mərasimləri, “Qaravəlli” tipli müxtəlif tamaşa növləri xalq teatrının əsasını müəyyən etmiş, milli teatrın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır.

XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələr ölkədə maarifçilik hərəkatının inkişafına güclü təkan vermişdir. Ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində köklü forma və məzmun dəyişiklikləri yaranmışdır. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar olmuşdur. Dahi mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynamışdır.

Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının tamaşaya qoyulması Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrın təməlini qoymuşdur.

Uzun və şərəfli tarixi bir yol keçmiş Azərbaycan teatrı son illər ərzində daha da möhkəmlənərək yeni inkişaf yoluna qədəm qoymuşdur. Bu gün ölkəmizdə 27 dövlət teatrı fəaliyyət göstərir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev teatr sənətinə həmişə böyük diqqətlə yanaşmışdır. Bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul edilmişdir.

2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilmişdir. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalamışdır. 2009-cu il mayın 18-də isə ölkə başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq etmişdir.

Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və günün tələblərinə uyğun repertuarın formalaşması məqsədlərinə xidmət edir.

Son 5 ildə dövlət teatrlarında 433 yeni tamaşa hazırlanmışdır. Onların 70-dən çoxu Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ərsəyə gəlmişdir. Proqrama uyğun olaraq Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının, Dövlət Gənc Tamaşaçılar Teatrının, Dövlət Akademik Milli Dram Teatrının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılmış və artıq istismara verilmişdir.

Daxili imkanlar hesabına Dövlət Pantomima Teatrının bir hissəsi bərpa edilərək tamaşaçıların və teatrsevərlərin ixtiyarına verilmişdir. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının 40 il ərzində həll olunmayan bina məsələsi köklü şəkildə öz həllini tapmışdır. İrəvan Dövlət Azərbaycan Dram Teatrının uzun illərdən bəri binasızlıq şəraitində davam edən qaçqınlıq həyatına son qoyulmuş və teatr gözəl bina ilə təmin edilmişdir. 2011-ci ildə Ağdam Dövlәt Dram Teatrının binasının, həm də əsaslı yenidənqurmadan sonra Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasının istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Dövlət Opera və Balet Teatrı əsaslı şəkildə yenidən qurulmaq üçün layihə-smeta sənədlərinin hazırlıq prosesindədir.

Son beş ildə 366 nəfər sənət adamına dövlətimizin başçısının sərəncamları ilə yüksək fəxri adlar verilmişdir. Hər il 100 nəfər istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür. Yüzlərlə insanın mənzil və digər problemləri həll olunur. Hər il Azərbaycan sənəti qarşısında fövqəladə böyük xidməti olan şəxslər ömürlük təqaüd alanlar siyahısına daxil edilirlər.

Ötən illər ərzində respublika teatrları dünyanın 20-dən artıq ölkəsində, o cümlədən Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna və İsveçrədə keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil etmişlər.

Eyni zamanda, xarici dövlətlərdən tanınmış rejissorlar, baletmeysterlər xoreoqraflar, teatr rəssamları tamaşa hazırlamaq üçün Azərbaycana dəvət olunmuşlar.

Yola saldığımız 2010-cu ilin teatr tariximizdə ən mühüm hadisələrindən biri Bakıda “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” mövzusunda Beynəlxalq elmi-praktiki teatr konfransının keçirilməsi olmuşdur. İnanırıq ki, dünyanın 30-dan çox ölkəsindən 70-ə yaxın teatr mütəxəssisinin qatıldığı bu konfrans dünya teatr prosesinin inkişafına öz dəyərli töhfəsini verəcəkdir.

Bununla yanaşı, Bakıda A.P.Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək yolu” adlı mərhələsinin keçirilməsi də ötən ilin yaddaqalan hadisələrindən olmuşdur. Festival çərçivəsində paytaxtımızdakı bir çox teatrların səhnəsində Kanadadan, Fransadan, Rusiyadan gəlmiş tanınmış teatr kollektivləri çıxış etmişlər.

Eyni zamanda, 2010-cu ildə Azərbaycanın teatr prosesini daha da canlandırmaq üçün üç mərhələdən ibarət milli teatr festivalı təşkil edilmişdir. Festivalda bütün dövlət teatrlarının iştirakı təmin edilmiş və gənc rejissorlar bölgə teatrlarında bir çox əsərlər səhnələşdirmişlər.

Teatr sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə izah olunmur. Bu gün artıq ölkəmizdə özəl sektor və biznes münasibətlərindən faydalanaraq, yeni prodüser mərkəzləri yaranır. Cəmiyyətdə teatra olan marağın artması yeni teatr fəaliyyəti formalarının yaranmasına səbəb olur. Bu, həm də teatrla bağlı qəbul olunmuş qanun və digər dövlət sənədlərinin işlək mexanizminə dəlalət edir. Bu baxımdan yeni teatr formalarının ən müasir nümunəsi kimi maraqlı layihələrlə çıxış edən “Üns” yaradıcılıq səhnəsinin fəaliyyətini qeyd etmək olar.

Azərbaycan teatrının uğurları hələ qarşıdadır. Ümidvarıq ki, 2011-ci ildə Azərbaycan teatr səhnəsi bir-birindən maraqlı əsərlərlə daha böyük tamaşaçı alqışı qazanacaqdır.

Abdulla Suvar

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Poniçaladakı partlayışdan 8 saat sonra 3 yaşlı uşaq dağıntılar altından sağ çıxarılıb

Tramp Çinə səfərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirəcək

Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tutularaq Azərbaycana ekstradisiya edilib

Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

Türkiyənin ilk pilotsuz qırıcı təyyarəsi “KIZILELMA” inventara daxil edilib

Dadaş Məmmədov: İncəsənət protokolsuz ünsiyyətə imkan yaradır və mədəniyyətləri yaxınlaşdırır

Böyük Britaniyada tələbələr ilk qazıntılarında Roma dövrünə aid xəzinə aşkarlayıblar

Aİ Böyük Britaniyadan “Brexit”lə bağlı mövqeyini dəqiqləşdirməyi tələb edir

Milli Məclisin sədri MDB PA-nın Şura iclasında iştirak edib

Nazir: “Made in EU” strategiyası Türkiyə-Aİ əlaqələrinə xələl gətirir

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaradır ŞƏRH

Bu saata olan əsas xəbərlər

Ağdama köçürülmüş sakinlərin 2640-dan çoxu məşğulluq tədbirlərinə cəlb edilib - EKSKLÜZİV

Yazdıqlarımın oxuculara çatması ən böyük arzularımdan biri idi - yazıçı

“Eternity-2026” təlimi çərçivəsində Azərbaycan-Gürcüstan nümayəndələrinin görüşü keçirilib

AzTU-ya QS dünya reytinqindəki mövqeyinə görə sertifikat təqdim edilib

Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib

Altı marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Putin Ukrayna ilə danışıqların müddəti barədə danışıb

Azərbaycan ağırlıqqaldıranı Şanxay Əməkdaşlıq Təşkilatı Açıq Kubokunda 3-cü yeri tutub

BMT Məhkəməsi Myanmanı rohincalara qarşı soyqırımı törətməkdə məsuliyyətli hesab edib

Naxçıvan Kukla Teatrı ilə Çine Belediyesi Kültür Merkezi arasında əməkdaşlıq memorandumu imzalanıb

Baş məşqçi: Çalışırıq ki, Xankəndi rəqiblər üçün çətin səfər olsun

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başlayıb

Ali Radanın sədri: Ukraynanı və Azərbaycanı qarşılıqlı hörmət birləşdirir

Ədəbiyyat Muzeyində Lətif Kərimovun 120 illik yubileyi qeyd olunub

Türkmənistanda Azərbaycan-Rusiya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Daha bir şirkət Ağdam Sənaye Parkının rezidenti olub

Ramiz Məmmədov: Şükürlər olsun ki, yenidən Xankəndidə futbol matçı keçirildi

BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisi Vəkillər Kollegiyasının fəaliyyəti barədə məlumatlandırılıb

Elşən Rüstəmov: “İvan İliçin ölümü” teatrın repertuarında layiqli yer tutacaq

Azərbaycanın Qarabağda yaratdığı yeni reallıqlar regionda davamlı sülh üçün zəmin yaradır ŞƏRH

Azərbaycan cüdo üzrə U-23 dünya çempionatında ilk medalını qazanıb

FAO: Qlobal taxıl ehtiyatları gələn il 1,8 faiz artacaq

Pan-Avropa Regional Şurasının iclasında Azərbaycandakı sosial-iqtisadi islahatlar barədə məlumat verilib

Deputat: Gələn ilin sosial müdafiə və səhiyyə xərcləri əhalinin rifahına yönələcək

“Azərişıq” elektroenergetika sektorundakı nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Gömrükçülər pirotexniki vasitələr aşkar ediblər

İncəsənət məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb

COP31-də Azərbaycanın sənaye sektorunda yaşıl və rəqəmsal transformasiya təcrübəsi təqdim olunub

UN-Habitat-ın nümayəndələri Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırılıb

Naxçıvan Muxtar Respublikasının 2027-ci il büdcə gəlirlərinin 510 milyon manat təsdiq edilməsi nəzərdə tutulub

Azərbaycanda ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib YENİLƏNİB VİDEO

Azərbaycanda ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib YENİLƏNİB VİDEO

Nigar Camalova: Tarixi və etnoloji tədqiqatlarda süni intellektin tətbiqi üçün yeddi mərhələli metodika təklif edilib - MÜSAHİBƏ

Azərbaycanla ABŞ arasında aqrar investisiya və texnologiya sahələrində əməkdaşlıq müzakirə olunub

Böyük futbol yenidən Xankəndiyə qayıtdı

Zəfərdən quruculuğa: Böyük Qayıdışın konturları - ŞƏRH

Dövlət Komissiyası: Cari ilin 10 ayında müsadirə edilən narkotiklərin həcmi 1,7 tondan çox artıb

Bakıda Avstriya günləri

Şərurda Dövlət Proqramının icrası ilə əlaqədar görüş olub

Nazir: Milli komandamız da ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilər

Lənkəranda fermer təsərrüfatlarında görülən işlərlə yerində tanışlıq olub

Tovuzda sahibkarlıq subyektlərinin fəaliyyəti ilə tanışlıq olub

Liderlərin üçtərəfli görüşü: Geosiyasi hesablamalar və Ukraynanın gələcəyi - TƏHLİL

Yusif Tapdıqlı: İstehlakçı müraciətlərinin əksəriyyəti qüsurlu malların satışı ilə bağlıdır

® Mərkəzi Gömrük Hospitalında iş mühitində psixoloji dayanıqlıq mövzusunda maarifləndirici təlim təşkil edilib

Çinin hərbi təhsil üzrə nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib

Nərmin Mirzəyeva: ƏMAS əmək qanunvericiliyinin pozulmasının qarşısını əvvəlcədən alır

İcraçı direktor: Biznes biliklərinin adaptasiyası və texnologiyaya transformasiyası çox önəmlidir

Cahangirbəyli kəndində daha 19 ailəyə evlərinin açarları təqdim olunub

Rusiya Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Avropa İttifaqı nümayəndələrini Moskvaya dəvət edib

Bu ilin on ayında istehlakçılara qaytarılan vəsait açıqlanıb

Qırğızıstan və Türkmənistan Azərbaycandan Avropaya uzanan marşrutun perspektivlərini müzakirə edib

Şair Nazim Aslanın “Bir sevginin taleyi” kitabının təqdimatı olub

Qida subyektlərinin əməkdaşları üçün HACCP təlimi keçirilib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Kerç körpüsünün dəmir yolu xəttinin zədələndiyini təsdiqləyib

Bakıda ilk dəfə avtobuslar üçün ayrıca işıqfor quraşdırılacaq YENİLƏNİB VİDEO

Bakıda ilk dəfə avtobuslar üçün ayrıca işıqfor quraşdırılacaq YENİLƏNİB VİDEO

Rusiya Prezidenti Krım körpüsünə hücumlardan sonra qismən atəşkəs ideyasından imtina edib

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib VİDEO

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı aşkar edilmiş cinayətlərin 189-u qrup halında törədilib

Avropa İttifaqı İndoneziya ilə iki ticarət və investisiya sazişi imzalayır

Azərbaycanın turizm potensialı Ankarada beynəlxalq sərgidə tanıdılır

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsaslı dəyişikliklər ediləcək

Xaçmazda beynəlxalq ekspert bağçılıqla bağlı təcrübəsini bölüşüb

Azərbaycanda “Eternity-2026” təlimi uğurla davam edir

Putin: Rusiya ABŞ-nin Ankoricdə Ukrayna ilə bağlı təkliflərini qəbul edib

Məhdudiyyətləri aşan yaradıcılıq: Ülkər Ayçiçəyin kitabı təqdim olunub

Yanvar-sentyabr ayları ərzində elektron satınalmanın məbləği 3 milyard manatı ötüb

Azərbaycanda 10 ayda 9 tondan çox narkotik vasitə və psixotrop maddə müsadirə olunub

Londonda 265 minədək ictimai nəqliyyat istifadəçisinin şəxsi məlumatları oğurlanıb

Aİ nümayəndəsi: Kibertəhlükəsizlik sahəsində Azərbaycan ilə əməkdaşlığı davam etdiririk

Hindistanda siklon təhlükəsi: 80 mindən çox insan təxliyə edilib

“Türkman dili: ibtidai siniflər üçün qaydalar (I-IV siniflər)” kitabı nəşr edilib

Səudiyyə Ərəbistanı Azərbaycanla əlyazmalar sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Hacettepe Universitetinin Simfonik Orkestri “Nizami” simfoniyasını ifa edib

Putin Si Cinpin və Trampla üçtərəfli görüşlərin davam etdirilməsinə çağırıb

Stanford Universitetində azərbaycanlı IT və süni intellekt mütəxəssislərinin forumu təşkil edilib

Daha bir bank olmayan kredit təşkilatına lisenziya verilib

İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alınıb

Riyaziyyat fənni üzrə kurikulum və dərsliklər yenilənir

Xankəndi stadionunda keçirilən oyunda topa ilk toxunuşu şəhid övladı edib

Vətəndaşlar arterial hipertenziya ilə bağlı 26 adda dərman preparatını icbari tibbi sığorta hesabına əldə edəcəklər

Azərbaycan və Sudan mərkəzi bankları gələcək əməkdaşlıq imkanlarını dəyərləndirib

İtaliyada azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılacaq

“Sumqayıt” stansiyası indiyədək 51 milyard kilovat/saat elektrik enerjisi istehsal edib

Azərbaycanda 40 radiotezlik kanalının ayrılmasına qərar verilib

Özəl tibb müəssisələri üçün icbari tibbi sığorta müraciətləri elektron qaydada qəbul olunacaq

Deputat: Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki rolunun keyfiyyətcə dəyişdiyi aydın görünür

Zəfərdən sonra qurulan gələcək: Böyük Qayıdış və regional sülhün strateji perspektivləri - ŞƏRH

Milli Dram Teatrında “İvan İliçin ölümü” tamaşasının premyerası olub