ELM VƏ TƏHSİL
Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri sığorta mədəniyyəti barədə məlumatlandırılıblar
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “PAŞA Həyat Sığorta” ASC tərəfindən bu ali təhsil ocağının tələbələri üçün “Sığorta və sığorta mədəniyyəti” mövzusunda ustad dərsi keçirilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, dərsdə tələbələrə müasir dövrdə ailə büdcəsinə nəzarət, gəlir və xərclərin düzgün idarə olunması, sığorta savadlılığının və mədəniyyətinin artırılması istiqamətində maarifləndirici məlumatlar verilib. Həmçinin cəmiyyətdə sığorta mədəniyyətinin formalaşmasının bir sıra amillərdən asılılığı ətraflı təhlil edilib.
Ustad dərsində fəallığı ilə seçilən bir qrup tələbəyə sertifikat və hədiyyələr təqdim olunub.