ELM VƏ TƏHSİL
Azərbaycan Universitetindən “Köçkünlərlə bərabərik” aksiyasına dəstək
Bakı, 17 iyul, AZƏRTAC
Azərbaycan Universiteti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçirdiyi “Köçkünlərlə bərabərik” aksiyasına qoşularaq həmrəylik nümayiş etdirib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ali məktəbin bir qrup əməkdaşının Azərbaycan və ingilis dillərində “Köçkünlərlə bərabərik” yazılmış çərçivələrlə çəkdirdiyi şəkillər #withIDPs, #köçkünlərləbərabərik həştəqləri ilə sosial mediada paylaşılıb.
Aksiyada professor-müəllim heyəti, dekanlar, kafedra müdirləri, şöbə rəhbərləri, inzibati heyət iştirak edib.
Xatırladaq ki, ictimaiyyətin qaçqın və məcburi köçkünlərlə həmrəyliyini nümayiş etdirmək məqsədilə keçirilən aksiyaya 20 iyun - Ümumdünya Qaçqınlar Günündə start verilib.