İDMAN
Azərbaycan voleybolçuları Serbiya komandası ilə oyunda hesabı yenidən bərabərləşdirmişlər-2:2 [YENİLƏNİB]
Bakı, 5 yanvar (AZƏRTAC). Yanvarın 5-də Azərbaycan milli komandası qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirir.
AZƏRTAC xəbər verir ki, dünya çempionatının seçmə mərhələsində J qrupu oyunlarının keçirildiyi Azərbaycan Voleybol Mərkəzində milli komandamız Serbiya yığması ilə qarşılaşır. Bir qədər əvvəl dördüncü hissə başa çatmışdır. Millimiz bu hissədə qələbə qazanaraq hesabı yenidən bərabərləşdirməyə nail olmuşdur-2:2.
Beləliklə, son dərəcə gərgin idman mübarizəsi şəraitində keçən oyunun taleyi həlledici beşinci hissədə həll ediləcəkdir.
Qeyd edək ki, bu görüşün qalibi dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaqdır.