AZƏRBAYCAN VOLEYBOLÇULARI “TOP-KOMANDA” KUBOKU UĞRUNDA YARIŞLARIN YARIMFİNALINA ÇIXDILAR
Fevralın 15-də Bakı idman sarayında Avropanın “Top-komanda” kuboku uğrunda Bakının “Azərreyl” və Odessanın “Dinamo” komandaları arasında dörddə bir final oyunlarının ikinci görüşü keçirilmişdir. Xatırladaq ki, birinci oyunda voleybolçu qızlarımız 3:0 hesabı ilə qalib gəlmişdilər.
Voleybolçularımızın turnirin növbəti mərhələsinə çıxması üçün bu görüşdə təkcə bir hissədə qalib gəlməsi kifayət idi. Lakin Faiq Qarayevin yetirmələri əvvəlki oyundakı kimi, bu görüşdə də 3:0 hesabı ilə qələbə qazandılar. Qonaqlar voleybolçularımıza yalnız birinci hissədə güclü müqavimət göstərə bildilər. Qalan hissələr “Azərreyl”in tam üstünlüyü şəraitində keçdi.
Bakı idman sarayına toplaşan çoxsaylı azarkeşlər voleybolçularımızın bu müvəffəqiyyətini hərarətli alqışlarla qarşıladılar.
Azərbaycan yığma voleybol komandasının baş məşqçisi Faiq Qarayevi və “Azərreyl” komandasını bu uğur münasibətilə təbrik edir və onlara qarşıdakı oyunlarda yeni qələbələr arzulayırıq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [15:35]
Azərbaycan parakarateçisi Avropa çempionatında qızıl medal qazanıb
- 04.11.2026 [14:31]
“Qalatasaray” rusiyalı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq istəyir
- 04.11.2026 [13:22]
Azərbaycan Premyer Liqasının XXI turu “Zəfər turu” elan edilib
- 04.11.2026 [12:25]