İQTİSADİYYAT
Azərbaycana uçan lou-kosterlərin sayı artır
Bakı, 22 sentyabr, AZƏRTAC
Rusiyanın büdcə aviadaşıyıcısı “Pobeda” oktyabrın 31-dən Rostov-Bakı-Rostov marşrutu üzrə müntəzəm uçuşlara başlayır.
Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, uçuşların həftədə 4 dəfə - bazar ertəsi, çərşənbə, cümə və bazar günləri yerinə yetirilməsi planlaşdırılır.
Qeyd edək ki, bu, Azərbaycana uçuşlar yerinə yetirən artıq beşinci lou-kosterdir. Hazırda ölkəyə “flydubai”, “WizzAir”, “Pegasus” və “airBaltic” büdcə aviaşirkətləri uçuşlar həyata keçirir.
Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası, həmçinin ölkə regionlarına uçuşlara başlanılması üçün bir sıra aviaşirkətlər ilə danışıqları davam etdirir.