MƏDƏNİYYƏT
Azərbaycanın “Embawood” şirkəti Almaniyada “M.O.W 2014” sərgisində iştirak edib
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, sərgidə tanınmış mebel şirkətləri iştirak ediblər. Sərginin iştirakçısı olan Azərbaycanın “Embawood” şirkətinin təqdimatı istər müasir dizaynlı mebellərə, istərsə də konsept həllərə görə sərgidə çox bəyənilən stendlərdən biri olub. Şirkətin Almaniyada olan tərəfdaşı Bockrat Heinzenin sözlərinə görə, “Embawood” Almaniya, Avstriya və İsveçrə dilerləri tərəfindən böyük rəğbət qazanıb.
Qeyd edək ki, bu sərgi Almaniya və Avropa mebel sənayesi alıcıları üçün ixtisaslaşdırılmış sərgidir. Burada yeni dizaynların təqdimatı ilə yanaşı, hər bir insanın xəyal edə biləcəyi interyer həlləri və otaqlar üçün mebel düzüm variantları təqdim olunur.
Şirkətin rəhbərliyi və nümayəndələri yaxın 3 il ərzində “Embawood” Azərbaycan brendini Avropada inkişaf etdirib tanıtmaqla yanaşı, yeni şəbəkə qurmağı qarşılarına məqsəd qoyublar.