İDMAN
Azərbaycanın peşəkar velosiped komandası “Cycle Classic” veloyürüşündə mübarizə aparacaq
Bakı, 29 noyabr (AZƏRTAC). Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku Cycling Project” yanvarın 29-dan fevralın 2-dək Yeni Zelandiyanın Manavatu şəhərində keçiriləcək “Cycle Classic” veloyürüşündə mübarizə aparacaq.
Azərbaycan Velosiped İdman Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, “Synergy Baku” 2013-cü ildə Beynəlxalq Velosipedçilər İttifaqının xətti ilə keçirilmiş Avropa və Asiya turlarında üst-üstə 14 dəfə qələbə sevinci yaşamış komandamız Yeni Zelandiya turunda favoritlər sırasındadır.
Komandanın meneceri David McQuaidın bildirmişdir ki, Yeni Zelandiya turdan qabaq “Synergy Baku Cycling Project” Avstraliyanın Melbrun şəhərində təlim-məşq toplanışında da iştirak edəcəkdir.
O, həmçinin demişdir ki, kollektivdə aparılan kadr dəyişiklikləri ilə əlaqədar gələn il komanda üzvlərinin orta yaşı 25-ə bərabər olacaqdır.
Xatırladaq ki, 2013-cü ildə müvafiq göstərici 27 yaş olmuşdur.