İDMAN
Azərbaycanın U-17 yığmasının təlim-məşq toplanışı üçün heyəti açıqlanmışdır
Bakı, 24 aprel (AZƏRTAC). Aprelin 28-dən mayın 7-dək Bakı şəhərində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcəkdir.
AFFA-dan AZƏRTAC-a bildirmişlər ki, toplanışa Ağaseyid Qasımov, Kamran Nəsirov (hər ikisi “Qarabağ”), Nurlan Quluzadə, Elməddin Məmmədov, Emil Həsənzadə (hamısı “Neftçi”), Yusif Şirinov, Roman Hüseynov, Emin Zamanov, Vüqar Əlibabayev, Bəhlul Mustafazadə, Fərid Əsədli, Yusif Nəbiyev (hamısı “Qəbələ”), Mahir Mədətov, Umar Akmurzaev, Renat Ağaverdiyev, Nəriman Novruzlu (hamısı “Bakı”), Elnur Cəfərov (“Xəzər-Lənkəran”), Fərid Kərimzadə (“Sumqayıt”), Rəsul Babazadə (“İnter”), Elgün Uluxanov (MOİK, Rusiya), Şahban Cəbrayilov (“Anji”, Rusiya), Bəhram Tağıyev (UGİM-80, Moskva), Rüzigar İbrahimzadə (“Fundacion Marcet”, İspaniya), Əli Əsədov (“Zarya”, Ukrayna) və Teymur Cəfərov (“Qomel”, Belarus) dəvət olunmuşlar.