İDMAN
Azərbaycanın veteran atletləri İtaliyada keçiriləcək VIII Ümumdünya oyunlarında iştirak edəcəklər
Bakı, 2 avqust (AZƏRTAC). Avqustun 3-dən 10-dək İtaliyanın Turin şəhərində keçiriləcək VIII Ümumdünya oyunlarında Azərbaycanı veteran atletlərdən ibarət milli yığmamız təmsil edəcəkdir.
Azərbaycan Respublikası Veteran Ağır Atletlər İctimai birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yarışda 29 idman növü üzrə 30 minə yaxın 35-100 yaşlı veteran idmançı öz qüvvəsini sınayacaqdır.
Natiq Ağayevin və baş məşqçi Oktay Muxtarovun rəhbərliyi altında veteran atletlərdən ibarət milli yığmamız artıq Turinə yola düşmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [12:23]
Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək
- 03.05.2024 [11:31]
"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb
- 03.05.2024 [10:49]