Azərbaycanın “Yaşıl Kart” sısteminə daxil olması prosesi davam edir
Bakı, 14 may (AZƏRTAC). İcbari Sığorta Bürosunun icraçı direktoru Elxan Quluyev və Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov Milli Avtonəqliyyat Sığortası Bürolarının Beynəlxalq Assosiasiyasının Bürolar Şurasının prezidenti Mariusz Viçtovski və baş katibi Qrit Florenlə görüşmüşdür. Belçikanın Brüssel şəhərində reallaşan görüş Azərbaycan Respublikasının “Yaşıl Kart” sisteminə daxil olması prosesinin başlanması ilə bağlı olmuşdur.
Görüş zamanı “Yaşıl Kart” sisteminə daxil olma prosedurları müzakirə edilmiş, müvafiq tövsiyələr verilmişdir.
“Yaşıl Kart” sistemi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir. Bu sistemə əsasən dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır.
Hazırda “Yaşıl Kart” sisteminə Avropa, Asiya və Afrikadan 46 ölkə, həmçinin Rusiya, Türkiyə və İran daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [20:18]
KPMG rəhbəri: Region yaşıl enerjiyə yönəlir– MÜSAHİBƏ
- 03.06.2026 [18:00]