ELM VƏ TƏHSİL
Azərbaycanlı şərqşünas alim Türkiyədə keçiriləcək beynəlxalq tədbirdə məruzə edəcəkdir
Bakı, 23 sentyabr (AZƏRTAC). Sentyabrın 24-25-də İstanbulda “Osmanlı və İstanbul” mövzusunda beynəlxalq simpozium keçiriləcəkdir. Tədbiri İstanbul Şəhər Bələdiyyəsi və İstanbul Mədəniyyət Universiteti birgə təşkil edəcəkdir.
Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildirmişlər simpoziumda bu elmi müəssisənin Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Cavid Qasımov iştirak edəcəkdir.
Beynəlxalq tədbirdə şərqşünas alim “Azərbaycanlı səyyahlarının qeydlərində İstanbul” mövzusunda məruzə ilə çıxış edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]