SİYASƏT
AZƏRİ-PRESS AGENTLİYİ BEŞ YAŞINI QEYD ETMİŞDIR
Bakı, 16 noyabr (AZƏRTAC). Noyabrın 16-da Bakı Əyləncə Mərkəzində Azəri-Press Agentliyinin (APA) 5 illik fəaliyyətinə həsr olunmuş tədbir keçirilmişdir.
Əvvəlcə agentliyin ötən dövrdəki fəaliyyətini əks etdirən videofilm nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edən APA-nın baş direktoru Vüsalə Mahirqızı bildirmişdir ki, 2004-cü ildə yaradılan bu agentlik dünyada baş verən önəmli hadisələrlə yanaşı, əsasən, Azərbaycan və Cənubi Qafqazı əhatə edir, “on-line” rejimində xidmət göstərir, xəbərlərini müxtəlif dillərdə yayımlayır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov agentliyin kollektivini əlamətdar gün münasibətilə təbrik etmiş, Azərbaycan həqiqətlərinin təbliğində APA-nın da xidmətləri olduğunu vurğulamışdır.
Tədbir musiqiçilərin ifasında maraqlı konsert proqramı ilə davam etmişdir.