İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 1 avqust (AZƏRTAC). Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) iyulun 31-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta birja məzənnəsi 1 ABŞ dolları üçün 0,7835 AZN-ə bərabər olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7835 AZN-ə bərabər idi.
Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə 196.125 AZN məbləğində əqdlər qeydə alınmışdır.
Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7835 AZN olmuşdur.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə heç bir əqd qeydə alınmamışdır.
Gündüz sessiyasının orta hesablanmış məzənnəsi dəyişməmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, 250.000 ABŞ dolları, yaxud manat ekvivalenti ilə 196.125 AZN məbləğində əqdlər qeydə alınmışdır.
USD/AZN T+1, T+2, SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanmamışdır.
EUR/AZN və RUB/AZN alətləri üzrə bank sifarişləri qeydə alınmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 10,79 faiz, ABŞ dolları üzrə isə 11,69 faiz təşkil etmişdir.
İyulun 31-də birjada banklararası kredit alətləri üzrə əqdlər bağlanmamışdır.