Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakı Enerji Forumu: Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təminatında böyük rol oynayır

Bakı, 2 iyun, AZƏRTAC

İyunun 2-də Bakı Konqres Mərkəzində Bakı Enerji Forumu öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən forumun ilk günündə qlobal enerji perspektivləri, “yaşıl enerji”yə keçidin maliyyələşdirilməsi, qaz təchizatı məsələləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi və bir sıra digər aktual məsələlər müzakirə olunur.

Bu il forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edir. Forumun proqramına 50 məruzəçinin 25-dən çox mövzusu daxildir. Plenar iclas “Enerji keçid dövründə dəyişən dünyada yeni imkanlar və problemlər” mövzusuna həsr olunub.

Forumda çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından indiyədək 168 milyard kubmetr qaz hasil edilib. Bu layihələr çərçivəsində 163 milyard dollardan artıq gəlir əldə olunub. Bu günədək AÇG neft-qaz yataqları blokunda və “Şahdəniz” qaz-kondensat yatağında 555 milyon ton neft hasil edilib.

Nazir, həmçinin diqqətə çatdırıb ki, indiyədək Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 29 milyard kubmetr Azərbaycan təbii qazı nəql olunub. Bunun 6,8 milyard kubmetri bu il nəql edilib. Bu ilin yekununda TANAP-la 16 milyard kubmetr qazın ötürülməsi nəzərdə tutulub.

“İyunun 4-də Şuşada bərpaolunan enerji sahəsində müqavilə imzalanacaq. Bu cür müqavilələrin imzalanması investorlar tərəfindən gözlənilən addımdır. Çünki Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji” sektorunda böyük potensialı mövcuddur”, - deyə P.Şahbazov vurğulayıb.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ölkəsinin Azərbaycandan enerji ehtiyatlarını tədarük etməkdə maraqlı olduğunu söyləyib. Bildirib ki, Azərbaycan qazının Avropanın əsas idxalatçısına çevrilməsi üçün Xəzər regionunun infrastrukturu və potensialı inkişaf etdirilməlidir. Enerji qiymətləri, boru kəmərlərinin azlığı müəyyən çətinliklər yaradır.

Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi özünü sübut etdiyini deyən Bolqarıstanın energetika naziri Aleksandr Nikolov diqqətə çatdırıb ki, Avropanın enerji təchizatının şaxələndirilməsi indi daha əhəmiyyətlidir və bu səbəbdən Xəzər regionu ilə əməkdaşlıq Avropa üçün mühüm məsələdir.

İtaliyanın ekoloji keçid məsələləri üzrə nazir müavini Vannia Qava qeyd edib ki, İtaliya Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığı gücləndirəcək. Məqsəd TAP-ın buraxılış gücünü 20 milyard kubmetrədək artırmaqdır. Bu, Yunanıstana, İtaliyaya tədarükün təmini baxımından mühümdür. Cənub Qaz Dəhlizi ilə İtaliyaya qaz tədarükü 7,2 milyard kubmetrə çatıb.

“Enerji təhlükəsizliyi ilə bağlı məsələlər İtaliya üçün bu sahədə prioritetdir. İtaliya tərəfdaşları ilə infrastrukturun inkişafı və tədarükün şaxələndirilməsi istiqamətində çalışır”, - deyə V.Qava əlavə edib.

ABŞ dövlət katibi müavininin enerji diplomatiyası üzrə müşaviri Laura Loxman vurğulayıb ki, ABŞ enerji keçidi ilə əlaqədar Azərbaycanın səylərini qiymətləndirir. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təminatında böyük rol oynayır.

Bakı Enerji Forumu çərçivəsində BP şirkəti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında çərçivə sazişi imzalanıb. Sənədi BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və ADNSU-nun rektoru Mustafa Babanlı imzalayıb.

Razılaşmaya əsasən Britaniya universitetlərindən biri ilə ADNSU-nun ikili diplom magistr proqramı olacaq. Saziş çərçivəsində yaxın 3 ildə Azərbaycanda bərpaolunan enerji sahəsində 100-dən çox mütəxəssis hazırlanacaq.

Sonra Forum şirkət və dövlət rəsmilərinin çıxışları ilə davam edib.

SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf bildirib ki, Azərbaycanın Avropaya qaz ixracını artırmaq potensialı var.

Hazırda Azərbaycanın tədarük edə biləcəyi kifayət qədər qaz potensialının olduğunu söyləyən SOCAR-ın birinci vitse-prezidenti qeyd edib ki, hazırkı mərhələdə Cənub Qaz Dəhlizi vasitəsilə nəzərdə tutulan həcmdən əlavə qazın nəqli mümkün deyil: “Əlavə qaz həcmlərinin daşınması üçün dəhlizin ötürücülük qabiliyyətinin artırılması vacibdir. Bu səbəbdən qarşımızda duran əsas məsələlərdən biri Cənub Qaz Dəhlizinin nəqletmə gücünün artırılmasıdır. Bunun üçün avropalı tərəfdaşlarımızın, alıcılarımızın və beynəlxalq maliyyə qurumlarının dəstəyi önəmlidir. Biz tərəfdaşlarımızla danışıqlar prosesini davam etdiririk. Onu da vurğulamalıyam ki, bu prosesə dərhal başlamaq üçün hazırda əlverişli fürsət mövcuddur”.

SOCAR-ın birinci vitse-prezidenti diqqətə çatdırıb ki, son dövrlərdə qlobal miqyasda apstrim layihələrinə investisiya qoyuluşlarında azalmaların müşahidə olunması səbəbindən hazırda beynəlxalq bazarlarda təkliflər tələbi qarşılaya bilmir, buna görə də apstrim və midstrim layihələrinə investisiyaların artırılması zəruridir.

SOCAR-ın 2035-ci ilə qədər olan Korporativ Strategiyasından bəhs edən R.Nəcəf bildirib ki, SOCAR nümunəvi və ən müasir enerji şirkətlərindən birinə çevrilmək məqsədini qarşıya qoyub: “SOCAR olaraq yalnız neft-qaz layihələrinə deyil, həmçinin bərpa olunan enerji mənbələri, quruda və dənizdə külək enerjisi layihələri və digər aşağı emissiyalı sahələrdə potensial bazar imkanlarını nəzərdən keçiririk. Bizim strategiyamız qısa və ya orta müddətli deyil, uzunmüddətli hədəfləri nəzərdə tutur”.

O qeyd edib ki, SOCAR öz müəssisələrində rəqəmsal enerji texnologiyalarının tətbiqinə də üstünlük verir və bunu prioritet istiqamət kimi müəyyənləşdirib.

Neft və qaza olan tələbatın bundan sonra da davam edəcəyini söyləyən Rövşən Nəcəf bununla bərabər olaraq, iqlim dəyişikliyi, bərpa olunan enerji məsələlərinin də diqqətdən kənarda saxlanılmamalı olduğunu vurğulayıb. Bildirib ki, enerji istehsalının bərpa olunan mənbələr hesabına artırılması ilə təbii qaz sərfiyyatı azaldıla və beləliklə, qənaət edilən qaz xarici bazarlara ixrac oluna bilər.

Rumıniyanın energetika naziri Virgil Daniel Popesku diqqətə çatdırıb ki, ölkəsi Azərbaycan ilə “yaşıl enerji” sahəsində əməkdaşlıq edə bilər. Bərpaolunan enerji sahəsində istehsal edilən elektrik enerjisinin tədarükü ilə əlaqədar Azərbaycan, Gürcüstan və Avropanı birləşdirən “yaşıl dəhliz” yaratmaq olar. Rumıniya bu istiqamətdə səylər aparmaqda maraqlıdır.

Serbiyanın Baş nazirinin müavini – energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç deyib ki, Serbiya Azərbaycanla interkonnektor vasitəsilə qaz tədarükü məsələsini müzakirə edir. Serbiyanın enerji ehtiyatlarından asılılığının azaldılması üçün tədarükün şaxələndirilməsi çox əhəmiyyətlidir.

Türkmənistandan Azərbaycana İran üzərindən il ərzində 1,5 milyard kubmetr qaz nəql ediləcəyini deyən İranın neft naziri Cavad Oici vurğulayıb ki, bu, Azərbaycan, İran və Türkmənistan arasında imzalanan üçtərəfli müqaviləyə əsasən həyata keçiriləcək. İran təbii qazın gündəlik istehsal həcmini 2 milyard kubmetrə çatdırıb, neft hasilatı üzrə bu göstərici 4 milyon bareldir. Gələcəkdə qaz hasilatının 1,4 milyard kubmetrədək azaldılması, xam neft hasilatının isə gündəlik 6 milyon barelə çatdırılması planlaşdırılır.

Moldova Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spinu Azərbaycanın həm ənənəvi enerji ehtiyatları, həm də alternativ enerji üzrə böyük potensiala malik olduğunu vurğulayıb: “Enerji ehtiyatları tədarükünün şaxələndirilməsi baxımından Azərbaycan Moldovanın əsas tərəfdaşıdır. Yarımil ərzində Moldovada qazın qiyməti 5 dəfə artıb. Bu da enerji ehtiyatları olmayan Serbiya və Moldova kimi ölkələrə çox ciddi təsir edir”.

Sonra digər çıxışçılar qlobal enerji perspektivləri, xalis sıfıra aparan yol, enerji sektorunda az karbonlu gələcəyə keçid üçün kadr potensialı, Xəzər regionunda kəşfiyyat və hasilat imkanları kimi mövzular ətrafında fikirlərini bölüşüblər.

Qeyd edək ki, Bakı Enerji Forumunda yerli və xarici şirkətlərin nümayəndələrinin ünsiyyət qurmasına və mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan verəcək ikitərəfli B2B işgüzar görüşlər də keçirilir. Forum enerji sənayesinin aparıcı nümayəndələri ilə görüşmək, yeni səmərəli və qarşılıqlı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək üçün unikal imkan yaradır.

Forumun möhtəşəm yekunu Qarabağın işğaldan azad edilmiş ərazilərində baş tutacaq. İyunun 4-də Şuşa şəhərində Bakı Enerji Forumunun iştirakçıları ilə sessiya keçiriləcək. Səfər sessiyası “Qarabağ regionunda yaşıl enerjinin potensialı və imkanları” mövzusuna həsr olunub.

Bakı Enerji Forumu Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın rəsmi dəstəyi ilə həyata keçirilir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveç polisi “Eurovision” müsabiqəsinin təhlükəsizliyini dronlarla qoruyacaq

Agentliyin sədri: Əmək yarmarkaları əhalinin məşğulluğunun təmin olunması baxımından vacibdir

Azərbaycan Göygöldəki Avropa Kubokunda 147 cüdoçu ilə təmsil olunacaq

DSMF: Mart ayında 3,6 min nəfərdən çox proaktiv pensiya təyinatı aparılıb

Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Pediatr alim: Uşaqlar qarşısı peyvəndlə alına bilən infeksion xəstəliklərdən ciddi zərər görə bilərlər

Ötən il Naxçıvanda 40 investisiya layihəsi maliyyələşdirilib

Konstitusiya Məhkəməsində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Komissiyasının nümayəndəsi: Sonuncu itkinin taleyi məlum olana qədər axtarışlar davam edəcək

Naxçıvanda istehlakçılara 1 milyon 176 min manatdan çox ƏDV məbləği qaytarılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 24 faiz artıb

Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini: İndiyədək 11 mindən çox itkin ailəsindən bioloji nümunə götürülüb VİDEO

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilir VİDEO

Aksiz markasız 1,7 milyondan çox tütün məmulatı aşkar edilib

Rektor Elçin Babayev: Karyera Festivalında 1200-dən çox vakansiya təklif edilir

İsveç tədqiqatçıları Kvant kompüterinin təkmilləşdirilməsi üçün yer qatının 2100 metr dərinliyinə enəcəklər

Hərbi xidmətə çağırılanların tibbi müayinəsi regional xəstəxanada aparılacaq

“Qarabağ”ın legioneri: Albaniyaya qayıtmağı düşünmürəm

Bu gün Beynəlxalq Heykəltaraşlıq Günüdür

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür

“Samsung” kompaniyasının əməliyyat gəliri üç ayda 10 dəfə artıb

Masallıda istehlaka yararsız müxtəlif növ qida məhsulları aşkarlanıb

Bu ilin yanvar-mart aylarında mehmanxanalarda gecələmələrin sayı 40 faizdən çox artıb

Şəkidə indiyədək 531 hektar sahəyə tütün şitilləri köçürülüb

Pekində HƏMAS və FƏTH nümayəndələrinin görüşü olub

“Məşğulluğa Dəstək Layihəsi” üzrə 15 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb

Microsoft İndoneziyada süni intellektin inkişafına 1,7 milyard dollar ayıracaq

Medianın İnkişafı Agentliyində Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüş olub

Musiqi məktəblərinin şagirdləri beynəlxalq müsabiqələrdə uğur qazanıblar

Sözün dahisi: Məhəmməd Füzuli

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişdirilib

Azərbaycanla Özbəkistan qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlığı genişləndirir

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək

Azərbaycan və Səudiyyə Ərəbistanı biznes dairələri arasında qarşılıqlı investisiyaların təşviqi müzakirə olunub

“Titanik”in ən zəngin sərnişininin saatı rekord qiymətə satılıb

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda yekun dərs

I Beynəlxalq Opera Festivalının üçüncü günündə səhnəyə gənc istedadlar çıxıb

Xalq artisti Hacı İsmayılovun 80 illik yubileyi münasibətilə tədbir təşkil olunub

Qazaxıstanın sabiq daxili işlər naziri həbs olunub

Təhlükəli hesab edilən qida məhsullarının reyestr məlumatları açıqlanıb

G7 ölkələri kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini mərhələli şəkildə dayandıracaq

Almaniya Azərbaycanın Cənubi Qafqazdakı rolunu yüksək qiymətləndirir ŞƏRH

Avropa çempionu olan Azərbaycan şahmatçısı mükafatlandırılıb

BMU-nun əməkdaşı Pakistanda beynəlxalq konfransda iştirak edib

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müşahidə kameralarının qeydə aldığı yol-nəqliyyat hadisələri barədə məlumat yayıb

Avropa İttifaqında TikTokun bloklanması istisna olunmur

Bakı Planetarisində Hans Zimmerin musiqisi səsləndirilib

“AzerGold”da təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

® “Rabitəbank” Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə 15 milyon dollar dəyərində müqavilə imzalayıb

Azərbaycan millisinin voleybolçusu Macarıstan klubundan ayrılıb

Ekspertlər UNEC-də yeni dövrün təhsil ideyalarını səsləndiriblər

Azərbaycan diplomatları Şanxay Əməkdaşlıq Təşkilatının şahmat turnirində 2-ci yeri tutublar

Qazaxıstanlı nazir Türk dünyasının alimlərini bu il Tamqalıda keçiriləcək konfransa dəvət edib

BDU-nun 105 illiyinə həsr edilmiş Karyera Festivalı başlanıb

Azərbaycan ABŞ-da keçirilən multikultural festivalda təmsil olunub

AMB xüsusi tənzimləmə rejiminin hədəflərini açıqlayıb

® “Araz” supermarketlər şəbəkəsi yerli istehsalçıların inkişafını dəstəkləyir

Çempionlar Liqası: “Bavariya” “Real Madrid”ə qarşı

FHN: Ötən gün 34 halda yanğına çıxış olub VİDEO

“Don Rafael Trombonçu” yenidən səhnədə

® “Rabitəbank” ABŞ-ın “Bank of New York Mellon” ilə işbirliyini müzakirə edib

Düşündürən sadə həqiqətlər

Odessaya raket hücumu nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb VİDEO

Mingəçevir “Prezident Kuboku-2024” beynəlxalq reqatasına hazırdır

Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər

Bu gün Beynəlxalq Caz Günüdür

Əfqanıstanda məscidə hücum nəticəsində altı nəfər həlak olub

DİN: Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb

Mərkəzi Bankın xüsusi tənzimləmə rejiminə müraciətlər sabahdan qəbul ediləcək

Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib

DİN: Ötən gün 43 cinayətin açılması təmin olunub

Azərbaycan Ali Məhkəməsi ilə Əlcəzair Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalanıb

Kolumbiyada helikopter qəzasında doqquz hərbçi ölüb

Azərbaycan nefti ucuzlaşıb

İmişlidə qəzada xəsarət alan əkizlərdən biri ölüb YENİLƏNİB VİDEO

Dünyanın mədəni tərəqqisinə Azərbaycanın dəyərli töhfələri TƏHLİL

Bakı, sabahın xeyir! - FOTOREPORTAJ

Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıb

Şəmkirdə minik avtomobili arakəsməyə çırpılıb, sürücü ölüb

Azərbaycan gimnastı: Qazandığım medal Azərbaycan üçün tarixi məqamdır

Laçın sakini: İgid oğullarımız qəhrəmanlıq tariximizdə həmişə yaşayacaq

Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktından 15 il ötür

Avropa çempionatında tarixi medal qazanan Azərbaycan gimnastı Vətənə dönüb

Keçmiş məcburi köçkün: Laçına qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Böyük Qayıdış: Laçın rayonuna növbəti köç karvanı yola düşüb VİDEO

Cenevrədə “Minatəmizləməyə Dəstək üzrə Qrup”un iclası keçirilib

Edinburq hersoqu Ukraynaya səfər edib

Tülkü bəzi xalqlarda ev heyvanı olub

Almaniyada yetkinlik yaşına çatmayanlar yoxsulluqdan əziyyət çəkirlər

Burkina-Fasoda Fransa mediasına məhdudiyyət tətbiq edilib

ABŞ-da atışma zamanı 3 zabit həlak olub

Dubayda dünyada ilk robot stüardessa nümayiş olunacaq

İsveçli arxeoloqlar kilsədən 12-ci əsrə aid dəfinə tapıblar

Türkiyədəki aeroportların sayı 61-ə çatdırılacaq

Botsvanada quruyan göllərdə begemotlar məhv olur

Rus Dram Teatrında “Voytsek” tamaşasının premyerası keçirilib

ADA Universitetində Tofiq Əhmədovun 100 illiyinə həsr olunmuş caz konserti keçirilib

Türkiyə XİN: Fransa Milli Assambleyasının qərarı tarixi təhrif etmək cəhdidir

Göyçayda qətldə şübhəli bilinən şəxs saxlanılıb

Azərbaycan və Türkiyənin hesablama palataları İğdır-Naxçıvan qaz kəməri layihəsinin auditi barədə razılığa gəlib