ELM VƏ TƏHSİL
Bakı Şəhəri üzrə Təhsil İdarəsində məktəb direktorları ilə görüş
Bakı, 2 mart, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumtəhsil məktəblərinin direktorları ilə görüş keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə, təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Ceyhun Bayramov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan söz açıb. O, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişafı, müəllimin karyera imkanları, fəaliyyətinin stimullaşdırılması və müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsinin əsas hədəflərdən olduğunu bir daha xatırladıb. C.Bayramov BŞTİ-nin həyata keçirəcəyi yeniliklər barədə də məlumat verib.
Təhsil nazirinin müavini bu ildən etibarən birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsilə aparılacağını vurğulayıb, bunun məqsəd və mahiyyətindən danışıb.
Görüşdə müxtəlif fikir və təkliflər səsləndirilib, suallar cavablandırılıb.