Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda Azərbaycan-Avstriya biznes forumu keçirilmişdir

Bakı, 12 oktyabr (AZƏRTAC). Oktyabrın 12-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Avstriya biznes forumu keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, tədbirə kənd təsərrüfatı, qida sənayesi, tikinti, konsaltinq, informasiya-kommunikasiya texnologiyaları, maliyyə, yüngül sənaye, metallurgiya, alternativ enerji, kimya sənayesi, səhiyyə və digər sektorlarında fəaliyyət göstərən Azərbaycan tərəfdən 200-dən çox, Avstriya tərəfindən isə 45 şirkəti təmsil edən 64 iş adamı qatılmışdır.

Biznes-forumu açan iqtisadi inkişaf naziri Şahin Mustafayev hər iki ölkənin prezidentləri arasında qarşılıqlı etimada söykənən münasibətlərin Azərbaycan və Avstriya arasında əməkdaşlığın inkişafında mühüm rol oynadığını demişdir. Bildirmişdir ki, Azərbaycan və Avstriya prezidentlərinin bugünkü biznes-forumda iştirakı tədbirin əhəmiyyətini daha da artırır, iş adamlarımız arasında işgüzar əlaqələrin yaradılmasına möhkəm zəmin yaradır. Ölkələrimiz arasında iqtisadi əlaqələrin sağlam qanunvericilik bazasının yaradıldığını diqqətə çatdıran nazir, indiyədək 20-yə yaxın sənədin, o cümlədən investisiyaların təşviqi və qarşılıqlı qorunması, ikiqat vergitutmanın aradan qaldırılması və s. sənədlərin imzalandığını qeyd etmişdir. 1998-ci ildə yaradılan hökumətlərarası komissiya əlaqələrimizin inkişafına töhfə verir.

Cari ildə artıq ikinci biznes-forumun təşkil olunduğunu diqqətə çatdıran Ş.Mustafayev son on ildə Azərbaycanda inşaat, ticarət, marketinq araşdırmaları sahələrində 40-dan çox Avstriya şirkətinin fəaliyyət göstərdiyini vurğulamışdır. O, Şahdağ Qış-Yay Olimpiya Kompleksinin, Xalça Muzeyinin və digər turizm və infrastruktur layihələrinin reallaşdırılmasında Avstriya şirkətlərinin fəal iştirakını qeyd etmişdir.

Azərbaycan iqtisadiyyatı haqqında məlumat verən nazir Ş.Mustafayev 2004-2010-cu illərdə ÜDM-in üç, qeyri-neft sektorunun iki, xarici ticarət dövriyyəsinin 5,4, strateji valyuta ehtiyatlarının 18,4 dəfə artdığını, yoxsulluğun səviyyəsinin 5 dəfə azaldığını demişdir. Azərbaycan iqtisadiyyatına indiyədək 40 milyard dollar investisiya qoyulmuşdur ki, bunun yarıdan çoxu xarici sərmayədir. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları xarici borcları 8 dəfə üstələyir. Ötən il Azərbaycan qlobal rəqabətlilik indeksində MDB ölkələri arasında birinci, 142 ölkə arasında isə 55-ci olmuşdur. “Forbes” jurnalının bu yaxınlarda dərc etdiyi biznes üçün ən əlverişli ölkələr sırasında Azərbaycan MDB ölkələri arasında birinci yeri tutur.

Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını vurğulayan Ş.Mustafayev müstəqilliyimizin bərpasından sonra iqtisadiyyatımıza 100 milyard dollar həcmində sərmayə qoyulduğunu, qeyri-neft sektoruna düşən investisiyaların həcminin 57 faiz təşkil etdiyini demişdir.

Nazir Ş.Mustafayev Avstriya iş adamlarını qeyri-neft sektoruna, xüsusilə informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, turizm, alternativ enerji, ekologiya, tikinti və s. sahələrə investisiya yatırmağa dəvət etmişdir. Azərbaycan müəssisələri keyfiyyətli, rəqabətədavamlı məhsullar istehsal etməklə Avropa bazarlarına çıxış imkanı qazana bilərlər. Bugünkü biznes-forum isə bunun üçün yaxşı imkanlar yaradacaqdır.

Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı təbriklərini çatdıran Avstriyanın iqtisadiyyat naziri Reinhold Mitterlehner bu müddət ərzində iki ölkə arasında iqtisadiyyat sahəsində uğurlu əməkdaşlığın olduğunu bildirmişdir. O, ölkəsinin əlverişli biznes mühitindən danışmış, Avropa İttifaqı ölkələri arasında ən aşağı işsizlik səviyyəsinə sahib olduqlarını bildirmişdir.

Azərbaycan bizim üçün regionda uğurlu tərəfdaşdır, - deyən nazir bir çox Avstriya şirkətlərinin ölkəmizdə fəaliyyət göstərdiklərini bildirmişdir.

Azərbaycan ilə infrastruktur, şəhərsalma, memarlıq, bərpa olunan enerji, səhiyyə sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayan nazir, ölkəsində bu sahədə ixtisaslaşmış şirkətlərin fəaliyyət göstərdiyini demişdir. Bunun üçün, kifayət qədər hüquqi çərçivənin yaradıldığını bildirən nazir Azərbaycan şirkətlərinin də Avstriyada uğurla fəaliyyət göstərdiklərini qeyd etmişdir.

Avstriya və Azərbaycan prezidentləri arasında xoş münasibətlərin olduğunu deyən R.Mitterlehner bunun iki ölkənin iş adamları üçün uğurlu şərait yaratdığını vurğulamışdır.

Çıxışlardan sonra “Qarşılıqlı əməkdaşlıq haqqında anlaşma Memorandumu” və iki ölkənin bəzi şirkətləri arasında müqavilələr imzalanmışdır.

İmzalanma mərasimindən sonra AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycanın investisiya və ixrac imkanları, rəhbərlik etdiyi Fondun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat vermişdir. Ölkəmizdə möhkəm siyasi və maliyyə sabitliyinin yaradıldığını diqqətə çatdıran A.Məmmədov bu il Azərbaycan iqtisadiyyatına 17,3 milyard dollar, o cümlədən neft sektoruna 5,2, qeyri-neft sektoruna isə 12,1 milyard dollar sərmayə yatırıldığını bildirmişdir.

Avstriyanın Federal İqtisadiyyat Palatasının vitse-prezidenti Kristof Matznetter, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev və Avstriyanın Federal İqtisadiyyat Palatasının Xarici Ticarət Departamentinin direktoru Valter Koren təmsil etdikləri qurumların fəaliyyəti barədə təqdimatlarla çıxış etmişlər.

Sonda biznes-foruma qatılan Azərbaycan və Avstriya şirkətləri arasında ikitərəfli görüşlər keçirilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün seçim idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub