ELM VƏ TƏHSİL
Bakıda “Bitki viruslarının molekulyar təyini” mövzusunda elmi-praktiki seminar keçiriləcək
![Bakıda “Bitki viruslarının molekulyar təyini” mövzusunda elmi-praktiki seminar keçiriləcək](/files/2014/2/1200x630/14087125595010151723_1200x630.jpg)
Bakı, 10 avqust (AZƏRTAC). Sentyabrın 15-dən 17-dək Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun təşkilatçılığı ilə “Bitki viruslarının molekulyar təyini” mövzusunda elmi-praktiki seminar keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, seminar Avropa İttifaqında Birləşmiş Millətlər Təşkilatının Regionlararası Cinayət və Hüquq Tədqiqatları İnstitutunun (UNİCRİ) “Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində biotəhlükəsizliyin və biomüdafiənin imkanlarının gücləndirilməsi“ proqramı çərcivəsində “Azərbaycana idxal olunan kənd təsərrüfatı bitkilərinin, toxumların müxtəlif xəstəliklərinin və GMO məhsulların molekulyar diaqnostikası“ adlı layihə üzrə reallaşdırılacaq.
Seminarda iştirak etmək istəyən tələbə və doktorantlar elektron ərizə formasını sentyabrın 1-dək [email protected] elektron ünvanına göndərə bilərlər.