İQTİSADİYYAT
Bakıda investorlar yarmarkası keçiriləcəkdir
Bakı, 29 sentyabr (AZƏRTAC). Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) oktyabrın 4-də Bakıda investorlar yarmarkası keçirəcəkdir.
Assosiasiyadan AZƏRTAC-a bildirmişlər ki, yarmarkada Azərbaycanda artıq borclanmaya qarşı mübarizə məsələləri müzakirə olunacaqdır.
Yarmarkanın əsas məqsədi üzvlər, səhmdarlar və donorlar arasında körpü yaratmaqdır. Burada iştirakçılar potensial biznes müştəriləri və tərəfdaşları ilə tanış olmaq, yeni maliyyələşmə və əməkdaşlıq imkanları haqqında müzakirələr aparacaqlar.
Tədbirdə mikromaliyyə təşkilatlarının və bank nümayəndələrinin iştirakı gözlənilir.