REGİONLAR
Bakıda toxumçuluq sənayesi ilə bağlı simpozium keçiriləcəkdir
Bakı, 2 sentyabr (AZƏRTAC). Türkiyənin Toxum Sənayesi və İstehsalçıları Birliyinin (TSÜAB) nümayəndələri, eləcə də dənli bitkilər (buğda, arpa, yulaf və s.), sənaye bitkiləri (günəbaxan, qarğıdalı, pambıq və s.) toxumu və digər toxum istehsalı sahəsində fəaliyyət göstərən 24 şirkətinin təmsilçiləri sentyabrın 4-dən 8-dək Azərbaycanda səfərdə olacaqlar.
TSÜAB-ın baş katibi Tayfur Çağlayan AZƏRTAC-a bildirmişdir ki, səfər çərçivəsində sentyabrın 5-də Bakıda toxumçuluq sənayesi ilə bağlı simpozium və ikitərəfli görüşlər keçiriləcək, ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə ediləcək, təcrübə mübadiləsi aparılacaqdır.
Tayfur Çağlayan diqqətə çatdırmışdır ki, qurumun məqsədi Türkiyədə toxumçuluq ənənələrinin yaşadılması, inkişaf etdirilməsi, alimlərimizin istehsalçılarla birgə əldə etdikləri uğurları dünyaya yaymaq, Türkiyə toxumçuluq şirkətlərinin ticarət əlaqələrini genişləndirməkdir. TSÜAB-da Türkiyəni toxumçuluqla məşğul olan 500 elmi və toxumçuluq şirkəti birləşir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]