Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Pyotr Fomenkonun emalatxanası” teatrının qastrolları olub

Bakı, 20 may, Tatyana İvanayeva, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində Moskvanın “Pyotr Fomenkonun emalatxanası” teatrının artistləri bakılı tamaşaçılara və şəhərimizin qonaqlarına “Canavarlar və qoyunlar” tamaşasını təqdim ediblər. Bu tamaşa rus dramaturqu, Rusiya milli teatr sənətinin formalaşmasında mühüm rol oynamış Aleksandr Nikolayeviç Ostrovskinin pyesi əsasında hazırlanıb.

“Pyotr Fomenkonun emalatxanası” teatrının tamaşaları müxtəlif teatr mükafatlarının laureatları olub. Bu tamaşalarda çıxış edən aktyorlar çoxsaylı Rusiya və beynəlxalq teatr festivallarına qatılıblar. “Canavarlar və qoyunlar” tamaşasının premyerası 1992-ci il mayın 22-də olub. Yenilənmiş heyətdə yeni tamaşa isə 2023-cü il sentyabrın 21-də təqdim edilib.

Yetərincə böyük yaşına baxmayaraq, pyes 150 ildən sonra yenə tamaşaçıların diqqətini cəlb edir, səfeh qoyunların ilk baxışdan təvazökar və vicdanlı olan canavarların tələsinə necə düşməsi tarixçəsini göstərir. Çox gözəl və tamaşaçını düşünməyə vadar edən əsərin süjet xətti kriminal ehtiraslar fonunda sevgi hekayələri və ən müxtəlif insan xarakteri təzahürləri ilə zəngindir. Moskvalı artistlər hər bir süjeti ustalıqla ifa edir, həm də teatrın quruluşunun mükəmməl olduğunu isbatlayırlar. Bu tamaşa klassikaya çox həssas münasibətin nümunəsidir və geniş məkanı, Çexov impressionizmi fonunda rus malikanəsinin yoxa çıxmasının xəfif kədəri, habelə yumor hissini əks etdirir. Pyesin süjeti veksellərlə fırıldaqlar kontekstində daha çox qrotesk janrında təqdim edilir. Onun müasir yozumu rejissor tərəfindən ustalıqla vurğulanır və tamaşaçıya mükəmməl şəkildə çatdırılır.

AZƏRTAC-ın müxbiri teatrın direktoru Andrey Mixayloviç Vorobyovla bu barədə söhbət edib.

-Niyə məhz “Canavarlar və qoyunlar”?

-Bu tamaşa bizim teatrdan bir yaş daha böyükdür. O, Moskvadakı Dövlət Teatr Sənəti İnstitutunda tələbə olan vaxt “Pyotr Fomenkonun emalatxanası”nın təsisçiləri tərəfindən yaradılıb. İdeya müəllifi çinli tələbə Ma Çjen Xun olub, onun assistenti isə kanadalı Everett Kristofer Dikson idi. O vaxt tamaşamızın ilk aktını başa çatdıran və Linyayev ilə Qlafira arasında dialoqu əks etdirən kiçik səhnə qurulmuşdu. O, çox gözəl idi. Pyotr Naumoviç qərara gəldi ki, bu material üzərində işi davam etdirmək lazımdır və müstəqil şəkildə tamaşaya quruluş verdi. Bütün Moskvanın tamaşa etdiyi bu quruluş artıq dördüncü kursda geniş tamaşaçı kütləsinə nümayiş etdirilməyə başladı və “Pyotr Fomenkonun emalatxanası” gənc teatrının repertuarında yer aldı. Hazırda teatrın 31 yaşı, tamaşanın isə 32 yaşı var.

-Müəllifin də ötən il keçirilmiş 200 illik yubileyinə hədiyyə oldu?

-Ostrovski həqiqətən də təsadüfən seçilməyib. O, Rusiyanın ən böyük dramaturqlarındandır. Belə bir fraza var: “Moskva çayı ətrafının Kolumbu”. Aleksandr Nikolayeviç məhz təsvir etdiyi dövrün Kolumbudur və onun pyeslərində baş verənlər bu gün də aktualdır. Tamaşaya baxanlar onun təkcə parlaq komediya deyil, həm də çox gözəl detektiv olduğunu görürlər. Qəhrəmanların veksellərlə bütün hoqqabazlıqları bu gün də mövcuddur. Sadəcə, onun formatı kağızdan rəqəmsala dəyişib.

-Bakı, Azərbaycanla bağlı təəssüratlarınız necədir?

-Əvvəlcə deyim ki, artıq Bakıda olmuşuq. 2006-cı ildə burada ilk qastrollarımız olub və Lev Nikolayeviç Tolstoyun “Ailə səadəti” tamaşasını göstərmişik. Sonra, 2017-ci ildə “ÜNS” teatrında Dostoyevskinin “Gülməli adam” hekayəsi əsasında səhnələşdirilmiş “Gülməli adamın yuxusu” tamaşasını təqdim etmişik. Bakıya üçüncü səfərimizdə, əlbəttə ki, azərbaycanlı tamaşaçılarla çox gözəl görüşün olacağını gözləyirdik. Onlar rus dilini, rus mədəniyyətini yaxşı bilirlər. Biz bir dövlətdən çıxmışıq, mentalitetlərimiz kifayət qədər yaxındır və bir-birimizi başa düşürük.

Qeyd etmək lazımdır ki, dünyəvi dövlət olan Azərbaycan mədəniyyətlə bağlı ən müxtəlif çoxsaylı tədbirlərə ev sahibliyi edir. Bu, təkcə teatr, kino, estrada ilə bağlı deyil. Burada çox böyük sərgilər keçirilir, məşhur artistlər, həm də təkcə Rusiyadan deyil, bütün MDB məkanından incəsənət xadimləri Azərbaycan paytaxtına axışırlar. Əlbəttə, tamaşaçı auditoriyası da yüksək səviyyədədir. İnsanlar çox gözəl səviyyəyə malikdir və şübhəsiz ki, incəsənətdən yaxşı anlayışları var. Bu mənada bizim teatrın əsas missiyası rus dram teatr sənətinin repertuarının qorunub saxlanılması və inkişafıdır. Əlbəttə ki, prinsipial olan tamaşaçı üçün hər məqamı düzgün çatdırmaqdır. Bu kontekstdə Azərbaycan auditoriyası bizim üçün çox mühümdür və prioritetlərimiz sırasındadır. Həm də burada mehriban Qafqaz qonaqpərvərliyi, ləziz mətbəx nümunələri ilə rastlaşacağımızı gözləyirdik. Azərbaycanın ən ləziz qastronomik palitrasını – Bakı plovu, kabab, pendirlə küftə, üzüm yarpaqlarından hazırlanan dolma çox ləzzətlidir. Azərbaycan şərabı da ayrıca qeyd olunmalıdır. Biz bütün bunların dadına baxa bildik.

-Zaman kontekstində Bakı ilə bağlı təəssüratlarınız necədir?

-Bakı gözümüzün qabağında dəyişir. Artıq ilk səfərimizdə “Alov qüllələri”ndə yerləşdik. Hələ də eyvanlarında paltarlar asılan beşmərtəbəli binalar var. Artıq köhnə binalar da gözəl milli naxışlarla bəzədilib. “Stalin” tikililərinin görkəmi yenilənir və Bakının bəzəyinə çevrilir. “Stalin” binaları sovet memarlığının xüsusi növüdür və incəsənət nümunəsidir. Hansısa məqamda biz hətta harada olduğumuzu unuduruq, bəzən elə gəlir ki, hazırda Parisdəyik. Bir məhəllədən sonra isə Londonda, daha bir məhəllə sonra Cenevrədəyik. Burada – Bakıda harada olduğunu belə unudursan.

-Bu dəfə sizin artistlər Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində çıxış etdilər.

-Bu, çox yaxşı teatrdır. Kollektivi də olduqca mehribandır. Teatr, onu sevənlər üçün ev kimidir. Onu qoruyur və divarlarının hərarətinə sığınırıq. Burada bizi mehribanlıqla, diqqətlə, qonaqpərvərliklə qarşıladılar. Bilirsiniz, elə meydançalar olur ki, səni orada çox soyuq qarşılayırlar. Burada isə teatra və həmkarlara sevgi hissi yaranır. Musiqili teatrın səhnəsinin seçimi onunla bağlıdır ki, burada tamaşamızı yeni şəraitə uyğunlaşdırmaq daha asandır. Çox təəssüflə qeyd etməliyəm ki, Rus Dram Teatrının səhnəsi bu tələbə tam cavab vermir. Bizim üçün səhnədə uğurla çıxış edən həmkarlarımıza dəstək vermək də çox vacibdir. Beləliklə, vurğulamalıyam ki, bu səhnə müstəsna olaraq texniki səbəblərdən seçilib.

-Teatrlarımızı birləşdirən daha hansı amillər var?

-Zalın qeyri-adi gözəlliyini ayrıca vurğulamaq istəyirəm. Qeyd edim ki, o, 432 tamaşaçı yeri olan öz zalımıza çox bənzəyir. Bu, həm də bizim sələfimiz olan və çox sevdiyimiz kamera teatrının standartlarına yaxındır.

-Bakıya yenidən gəlmək planlarınız varmı?

-Buna ümid edirik. Bəlkə də Azərbaycan tərəfi dəvət edəcək. Bizim cavab vermək imkanımız olmadığı çoxlu maraqlı dəvətlərimiz var...

“Canavarlar və qoyunlar” tamaşasında teatrın artistləri Natalya Kurdyubova, Aleksandr Morovov, Mariya Andreyeva, Yekaterina Smirnova, Taqir Raximov və başqaları çıxış edirlər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb