Mərkəzi Bank yeni 1 qəpiklik metal pul nişanını tədavülə buraxıb
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yenilənmiş 1 qəpiklik metal pul nişanları tədavülə buraxılıb.
AMB-dan AZƏRTAC-a bildirilib ki, tədavülə buraxılan yenilənmiş 1 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Dövlət Gerbi, eləcə də pul nişanının istehsal ili əks olunub.
Yenilənmiş 1 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb. Yenilənmiş 1 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]
Qızıl investisiya cəlbediciliyini qismən itirir
- 08.06.2026 [17:18]